Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-527/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 875 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 onun keçmiş qayınanasıdır və hal-hazırda Gəncə şəhəri, Avtovazod qəsəbəsində yaşayır. Onun cavabdehə qarşı tələbi ondan ibarətdir ki, Cavabdeh ondan xx.xx.2021-ci il tarixdə övladı X4 ana bətnində olarkən, guya ki, “DAUN” xəstəliyinə görə genetik ekspertizadan və müayinədən keçirilməsi adı ilə ondan 875 manat pul almışdır. Məsələ bundan ibarətdir ki, cavabdeh həmin pulun 1 manatını da olsun, həmin genetik müayinəyə keçirtməmiş və genetik müayinə ümumiyyətlə aparılmamışdır. Hansı ki, EGE Hospitalda işləyən həkim Mehriban Hüseynovanın səs yazısı da onda vardır və həmin həkim səs yazısında bildirmişdir ki, 875 manat ödənildiyi halda genetik müayinə aparılmış olacaqdır. Lakin cavabdeh ona qarşı dələduzluq edərək, həmin EGE Hospitalda müayinə etdirməmiş və həmin xəstəxanaya heç bir ödəniş etməmişdir. Onun TƏBİB-ə etdiyi müraciət nəticəsində məlum olmuşdur ki, cəmi 1 dəfə müayinə aparılmış və o Referans labaratoriyasında X1 ( Q F - PCR) analizi keçirilmiş və həmin analizin qiyməti 280 manatdır. Bununla da cavabdeh tərəfindən onun 595 manatı mənimsənilmişdir. O, həmin pulu övladına görə cavabdehə ödəmişdir. Sadəcə tələbi budur ki, o genetik analizin və müayinənin cavabını ona göstərsin və ödəniş çekini, kariotip analizin qəbzi və nəticəsini ona göstərsin. Əgər göstərə bilmirlərsə, onda ödədiyi pulu ona qaytarsınlar. Əgər cavabdeh həmin ödəniş qəbzlərini ona göstərərsə, iddiadan imtina etməyə hazırdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, analizlər üçün cəmi 875 manat pul vermişdir. 2 analizdən birini versələr də, digəri verilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qızı Leyla İsayeva ilə ailə qurmuş, qızı 5 aylıq hamilə olanda uşaq xəstə olduğu üçün uşağın müaynəsi ilə bağlı iddiaçı 800 manat karta pul köçürmüşdür. İddiaçının özü uşağın müayinəsi zamanı iştirak etməmiş, müayinə zamanı bütün əziyyətləri qızı ilə o çəkmişdir. Uşağı müayinədən keçirərkən Referans klinikasında analiz vermişlər. 500 manat analiz xərci tutmuş, 300 manat həkimlərə vermişdirlər, əlavə olaraq 185 manat da özü xərc çəkmişdir. Məhkəməyə təqdim etdiyi qəbzlərdən aydın olur ki, həmin pul uşağın analizinə ödənilmişdir. Həmin qəbzlərin əsli də iddiaçıdadır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X3 Mərkəzi tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, pasiyent X6 tərəfindən xromosom analizi (Kariotip)+QF üçün 500 manat ödəniş edilmişdir. X3 Mərkəzi tərəfindən xromosom analizinin nəticəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş analizinin nəticəsindən görünür ki, Leyla İsayeva X3sında xromosom analizi vermişdir. X3 Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə X1 ( Q F - PCR) analizinin nəticələrinə dair məlumatdan görünür ki, Leyla İsayeva X3 mərkəzində X1 ( Q F - PCR) analizi vermişdir. Referans Genetika ilə aparılmış whatsapp yazışmasından görünür ki, verilmiş suala cavab olaraq Referans Genetika tərəfindən X1 ( Q F - PCR) analizinin qiymətinin 280 manat olması, Xromosom (Amnion Maye)+QF analizinin qiymətinin 500 manat olması bildirilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının keçmiş qaynanası olmaqla iddiaçı uşağı ana bətnində olarkən onun müayinəsini və analizlərinin aparılmasını keçmiş qaynanasına həvalə etmiş və bunun müqabilində iddiaçının iddia etməsinə görə 875 manat pul vermişdir. İddiaçı iddia etmişdir ki, həmin pul məhz analizlər üçün xərclənməmişdir. Analizlərdən biri daha ucuz qiymətə başa gəlməsi üçün başqa xəstəxanada keçirilsə də, digər analiz ümumiyyətlə keçirilməmişdir. Buna görə də həmin pulun ona geri ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçı tərəfindən ona 800 manat pul verildiyini qəbul edərək həmin məbləğin məhz uşağın analiz xərclərinin qarşılanması üçün xərcləndiyini və əlavə olaraq özündən 150 manat ödədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı keçmiş qaynanası olan Cavabdeh ana bətnində olan uşağının müayinəsi və analizi üçün verdiyi pulun təyinatı üzrə xərclənmədiyini iddia etsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, iddiaçının ana bətnində olan uşağı müayinə və analizlərdən keçməklə müvfiq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-527/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-527/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver