Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-528/2024 14.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 7.727 manat 20 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 336 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikilməsi üçün verilmişdir. X2 Bəndər Zeynalabdin oğlu ilə fərdi yaşayış evinin inşa edilməsinə dair şifahi razılaşma əldə etmiş və həmin razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh 7.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan bir müddət sonra İddiaçı inşa edilməkdə olan fərdi yaşayış evinə baxmağa getmiş, tikilinin memarlıq və şəhərsalma qaydalarına uyğun inşa edilmədiyini görmüşdür. Bununla əlaqədar M.R.Baxşıyeva vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən aparılmış müayinə ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsində inşasına başlanılmış ümumi sahəsi 127,85 kv/m olan fərdi yaşayış evinin birinci mərtəbəsinin giriş qapısının olmaması, bundan əlavə fərdi yaşayış evinin gələcəkdə ikimərtəbəli tikilməsi üçün bünövrənin 35-40 sm tökülməsi halında daha az tökülməsi, həmçinin armatur şəbəkəsinin qurulmaması müəyyən edilmişdir. Qeyd olunan səbəbdən də real olaraq görülmüş tikinti işləri sökülməli, bünövrə yenidən tikinti qaydalarına uyğun inşa edilməli, həmçinin birinci mərtəbəyə giriş qapısı qoyulmalı və bu işlərin icrasına 7.727 manat 20 qəpik sərf edilməlidir. Həmin məbləğ isə M.R.Baxşıyevaya dəymiş zərərdir. M.R.Başıyeva dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh dəfələrlə tələb etsə də, Cavabdeh dəymiş zərəri ödəməkdən imtina etmişdir. Buna görə də M.R.Baxşıyeva hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə bağlı X4 arasında bağlanmış müqaviləyə uyğun olaraq, o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin sonradan K.Ə.İmanova görülmüş işlərlə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə K.Ə.İmanovanın iddiası qismən təmin edilmiş, ondan K.Ə.İmanovanın xeyrinə 441 manat 55 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, X7 tanımamış və həmin şəxslə onun arasında hər hansı razılaşma olmamışdır. Buna görə də M.R.Baxşıyevanın iddiası əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) və cavabdehi dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gəncə Filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimyyəti başçısının xx.xx.2016-cı il tarixli, 336 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Nizami rayonu, Şİ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimalqərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsində X10 tərəfindən fərdi yaşayaış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, aparılmış hesablamalara və təhlilərə əsasən X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsində inşasına başlanmış ümumi sahəsi 127,85 kv/m ibarət fərdi yaşayış evinə dəymiş ziyanın xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə 7.727 manat 20 qəpik təşkil edir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-64/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 441 manat 55 qəpik məbləğində pulun alınaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-849/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-64/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı X8 fərdi yaşayış evi tikmək üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 336 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Nizami rayonu, Şİ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 400 kv/m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində evin tikilməsi üçün iddiaçı X5 anası X4 ilə Cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış və həmin müqavilə əsasında qeyd olunan torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Lakin K.Ə.İmanova fərdi yaşayış evinin tikinti-texniki normalara uyğun inşa edilmədiyi əsası ilə Cavabdeh qarşı pul tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(043)-64/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 441 manat 55 qəpik məbləğində pulun alınaraq X3 xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-849/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. X1 qızı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 7.727 manat 20 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bi mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 765-ci maddəsinə görə məlumatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki işin məhkəmə iclasında tədqiq edilməklə müəyyən olunmuş hallarından görünür ki, İddiaçı inşasının tikinti-texniki normalara uyğun aparılmaqla ona maddi zərər vurulmasını iddia etdiyi fərdi yaşayış evinin tikilməsinə dair podrat müqaviləsi X4 və Cavabdeh arasında bağlanmışdır. Həmin hal Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-64/2020 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-849/2021 nömrəli qətnamələri ilə təsbit olunmuşdur. Göründüyü kimi qeyd olunan fərdi yaşayış evinin inşası ilə əlaqədar M.R.Başıyeva və Cavabdeh podrat müqaviləsindən irəli gələn münasibətlər, eləcə də buna uyğun olaraq Cavabdeh M.R.Baxşıyeva qarşısında öhdəlikləri, M.R.Baxşıyevanın isə Cavabdeh tələb hüququ mövcud olmamışdır. Cavabdeh müvafiq öhdəlikləri K.Ə.İmanova qarşısında olmuş və həmin öhdəliklərin icrasını tələb hüququ isə K.Ə.İmanovaya məxsus olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi M.R.Baxşıyevanın Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-528/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-528/2024
14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver