Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-529/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh4 və Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 6.500 manat, 9.700 manat, 11.040 manat, 10.000 manat, qızıl-zinət əşyalarının dəyərinin əvəzi qismində 11.000 manat, 6.750 manat, 8.000 manat məbləğində pul vəsaitinin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 15.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 62.990 manat məbləğində pul vəsaitinin Cavabdeh2, 15.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 onun bacısı, Cavabdeh1 onun bacısının əri, Cavabdeh4 və Cavabdeh3 isə bacısının uşaqlarıdır. O, Abşeron rayonu, Xırdalan şəhərində alver işi ilə məşğul olmuş, gəliri isə yaxşı olmuşdur. Bacısı Cavabdeh2 ona bildirmişdir ki, oğlu Elbəylə qızı Zəminəni evləndirmək istəyir. O isə ilk öncə buna etirazını bildirsə də daha sonra razılaşmışdır. O, daim bacısı və ailəsinə maddi və mənəvi dəstək olmuşdur. Belə ki, 5.500 manat məbləğində pul vəsaitini Cavabdeh2 vermiş, o isə həmin pulla Cavabdeh3 kompüter almış və repititor xərclərini qarşılamışdır. 2013-cü il tarixdə bacısı Nəzifə ona bildirmişdir ki, oğlu Cavabdeh3 Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuş, onun təhsil haqqını ödəyə bilmədiyindən borc pul istəmiş, iddiaçı isə 6.500 manat məbləğində pul vəsaitini Cavabdeh2 borc olaraq vermişdir. Bununla yanaşı 2016-cı il tarixdə Cavabdeh3 hərbi xidmətdə olmuş, həmin 1 il ərzində yəni Cavabdeh3 hərbi xidmətdə olduğu müddət ərzində o, bacısı Nəzifəyə ümumilikdə 11.040 manat məbləğində pul vəsaitini Eltacın ehtiyaclarını qarşılamaq üçün vermişdir. Beləliklə, Cavabdeh3 2017-ci il tarixdə hərbi xidməti başa vuraraq gəlmiş və dəmir yolu şirkətində işə düzəlmişdir. Eltacın işə düzəlməsi üçün isə 9.700 manat məbləğində pul vəsaitini Cavabdeh2 qızı Zəminənin yanında vermişdir. Daha sonra qızı Zəminə xəstələnən zaman həmin pulları geri qaytarmalarını cavabdehlərdən tələb etsə də onlar pulları olmadığını, borclarını ödəyəcəklərini bildirmişlər. Bundan sonra bacısı Cavabdeh2 və əri Cavabdeh1 onun evinə gələrək Eltacın iş yerində problem yarandığını, 15.000 manat məbləğində pul lazım olduğunu, əks təqdirdə Eltacın həbs ediləcəyini bildirmişlər. O isə özündə olmadığı üçün qardaşı Eldardan 15.000 manat məbləğində pul vəsaitini borc istəmiş, Eldar isə kürəkəni Elmardan həmin məbləği borc götürərək ona vermişdir. O isə 15.000 manat məbləğində pul vəsaitini Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vermişdir. Təqribən 2018-ci il tarixdə bacısı Nəzifə ona bildirmişdir ki, maddi cəhətdən köməklik etdiyi təqdirdə Eltaca ev alacaqlar. O isə öz qızının xoşbəxtliyi naminə 2018-2019-cu illər ərzində 10.000 manat məbləğində pul vəsaitini Cavabdeh2 qardaşı Eldarın, qardaşı qızı Kəmalənin və qardaşının kürəkəni Elmarın yanında vermişdir. Bundan sonra bacısı Nəzifə həmin pullarla Gəncə şəhərindən ev və avtomobil almış və onu da həmin evə baxmaq üçün dəvət etmişdir. O isə uşaqları ilə birlikdə həmin evə baxmaq üçün Gəncə şəhərinə gəlmişdir. Bacısı ona həmin evdə evləndikdən sonra oğlu Eltacla qızı Zəminənin yaşayacağını demişdir. Həmin ərəfədə Cavabdeh2 toyda taxmaq üçün ondan qızıl-zinət əşyalarını istəmiş, o isə dəyəri 7.000 manat olan 1 ədəd 65 qram çəkidə boyunbağısını, dəyəri 2.500 manat olan 1 ədəd 12 qram çəkidə üzüyünü və dəyəri 1.500 manat olan 1 ədəd sırğasını istifadə etmək üçün Cavabdeh2 vermişdir. Daha sonra Cavabdeh2 ona bildirmişdir ki, yeni aldıqları evin həyəti böyükdür, buna görə də həmin həyətdə mal-qara saxlamaq fikirləri var, odur ki, maddi köməklik edəcəyi təqdirdə onun da mal-qaradan fayda götürəcəyini bildirmişdir. O isə hər zamanı kimi bacısına inanaraq 1 ədəd inək almaq üçün 1.200 manat, 1 ədəd dana almaq üçün 1.050 manat, 3 ədəd cöngə almaq üçün 3.300 manat və 6 ədəd qoç almaq üçün 1.200 manat cəmi 6.750 manat məbləğində pul vəsaitini bacısına vermişdir. Sonuncu dəfə Cavabdeh2 2021-ci ildə toy edəcəkləri üçün pul olmadığını ona görə də ona 8.000 manat məbləğində pul vəsaiti lazım olduğunu bildirmiş, o isə həmin məbləği cehiz əvəzi olaraq anasının pensiya kartından "xxxx" ASC-nin Xırdalan şəhərində yerləşən filialından çəkərək Cavabdeh2 vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh3 evlənmək üçün başqa şəxslə nişanlanmışdır. O isə qızının xoşbəxtliyi naminə verdiyi pul vəsaitlərini, qızılzinət əşyalarını, çəkdiyi xərcləri cavabdehlərdən istəsə də cavabdehlər bundan imtina etmişdirlər. Cəmi 68.450 manat pul vəsaitindən 4.150 manat məbləğində pul vəsaitini Cavabdeh2 onun qardaşı X6 ona çatdırması üçün vermiş, X12 isə həmin pulu ona çatdırmışdır. Bununla əlaqədar polis orqanına da müraciət etmiş oradan ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi digər Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Azərbaycan Dövlət Aqrar Universitetinə 2011-ci ildə daxil olmuş, 2015-ci il tarixdə isə həmin universiteti bitirmişdir. 2015-2016-cı illər ərzində hərbi xidmətdə olmuş, xx.xx.2019-cu il tarixində isə Azərbaycan Dəmir Yollarına işə qəbul olmuşdur. Cavabdeh2 İddiaçı heç vaxt 6.500 manat, 9.700 manat, 5.500 manat, 11.000 manat, 10.000 manat, 8.000 manat məbləğində pul vəsaitlərini eləcə də qızıl-zinət əşyalarını borc almamışdır. 2014-cü il tarixdə İddiaçı Cavabdeh2 saxlamaq üçün 4.500 manat məbləğində pul vəsaiti vermiş, həmin pulun 4.100 manat məbləğində hissəsini isə İddiaçı vermək üçün qarşadı X12 aparmışdır. Bundan başqa, İddiaçı X13 1.600 manat məbləğində pul vəsaitini 2013-cü ilin sentyabr-oktyabr ayında Sumqayıt şəhərinin, Saray qəsəbəsində, 1.100 manat məbləğində pul vəsaitini İddiaçı təhsil haqqı üçün Cavabdeh1, 500 manat məbləğində pul vəsaitini isə Cavabdeh2 borc almışdır. İddiaçı 850 manat məbləğində mal-qara üçün yem almışdır. Mal-qara isə 1 buzov, 1 inək və 1 danadan ibarət olmuş, inək və buzovu 1.150 manata, 1 baş dananı isə 1.050 manat Cavabdeh4 satmışdır. İddiaçı ona 2021-ci ildə saxlamaq üçün 5.000 manat vermiş, o isə həmin məbləği isə İddiaçı geri qaytarmışdır. Lakin pulu qaytarmasına dair sübutu yoxdur. Bundan başqa iddiaçı 15.000 manat məbləğində pul vəsaitini 2017-ci ildə işində yaranan problemlə əlaqədar olaraq verdiyini bildirsə də o, işə xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur. Bununla yanaşı İddiaçı 8.000 manat məbləğində pul vəsaitini 2021-ci il tarixdə anasının pensiya kartından çəkdiyini bildirsə də, onun anası 2015-ci il tarixdə ölmüşdür. Bununla yanaşı iddiaçının qızı Zəminə 2018-2020-ci illər ərzində Əliağa adlı şəxslə nişanlı olduğundan onunla Zəminə arasında hər hansı sevgi münasibətinin olması mümkünsüz olmuşdur. Bundan başqa iddiaçı qeyd etdiyi ev 2022-ci il tarixdə öz vəsaitləri hesabına alınmışdır. İddia tamamilə əsassızdır. Sonda Cavabdeh3 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı qeyd etdiyi mal-qara 1 buzov, 1 inək və 1 danadan ibarət olmuş, inək və buzovu 1.150 manata, 1 baş dananı isə 1.050 manat, cəmi 2.200 manat məbləğinə satmışdır. K.K.Məmmədovanın iddiası tamamilə əsassızdır. Sonda Cavabdeh4 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 4.500 manat məbləğində pul vəsaitini saxlamaq üçün vermiş, həmin məbləğin də 4.100 manat məbləğində hissəsini o, böyük qardaşı X12 vasitəsi ilə İddiaçı göndərmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, X8 və Cavabdeh2 onun bibiləridir. 2018-2019-cu illərdə Alıyeva X5 Kübrə Kərəm qızı X14 elçi gələndə bibisi Kübrə digər bibisi Nəzifəyə pul vermişdir. Bibisi Kübrənin deməsinə görə cehizə yığdığı 10.000 manat pulu Nəzifəyə vermişdir. Bundan başqa, X9 əvvəllər nişanlı olması halı olmamışdır. Bir dəfə də İddiaçı görə onun atası Eldar əri Elmardan 15.000 manat məbləğində pulu borc istəmişdir. Həmin pulun Kübrə tərəfindən Nəzifəyə verilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o, İddiaçı qardaşı Eldarın qızı X3 əridir. 2017-ci ilin yay ayında qaynatası Eldarla Kübrənin yaşadığı Xırdalan şəhərində qəbirstanlığın arxasındakı evə getmişlər. Qaynatası Eldar zəng vurmuşdur ki, digər bacısı Nəzifənin oğlunun Dəmir yolunda yeyintisi olduğuna görə 15.000 manat pul istəmişdir. Sonra Eldar və Kübrə onlara, yəni Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evinə gəlmişdirlər. O isə Eldar və Kübrəyə Elbəyi, Eltacı və Şəmşədi tanımadığını bildirərək pulu Eldar və Kübrəyə vermişdir. Eldar və Kübrə isə həmin pulu Eltac və Elbəyə vermişdirlər. Həmçinin elçilik mərasimi zamanı Kübrənin Nəzifəyə 10.000 manat məbləğində pul verdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, İddiaçı və Cavabdeh2 qardaşıdır. 10.000 manat məbləğində pul vəsaitini Kübrə ondan istəmiş, onda olmadığına görə Elmardan istəmiş, Elmar pulu ona vermişdir.O da Kübrəyə Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən evində vermişdir. Pulu Elmarın yaşadığı Bakı şəhəri Binə qəsəbəsində yerləşən evdən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Eltacın hərbi xidmətinə görə 11.000 manat, təhsil haqqına görə 6.000-7.000 manat, Eltacın işinə görə Elmardan borc alınan 15.000 manat, mal-qara saxlamaq üçün 8.000 manat məbləğində pul vəsaitini anası İddiaçı cavabdehlərə borc olaraq vermişdir. Həmin pulların verilməsində onunla yanaşı, dayısı, dayısının kürəkəni Elmar, anası, Eltac və Şəmşəd də iştirak etmişdir.2014-2015-ci illər ərzində elçi söhbəti başlayıb, 2018-2019-cu illər ərzində Eltac üçün ona elçi gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh2 bacısıdır. X1 Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən torpaq sahəsini alıb Nəzifəyə vermişdir. Elə mübahisə də ordan yaranmışdır. Bundan başqa onun qızı Eltacla evildir. Bildiyi qədər ilə İddiaçı 1 inək, 1 dana və 1 buzovdan ibarət mal-qarası olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, material üzrə izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, İddiaçı ona sadəcə olaraq saxlamaq üçün 4.500 manat məbləğində pul vəsaiti vermişdir.Həmin puldan 4.100 manat məbləğində pul vəsaitini qardaşı Eldar vasitəsi ilə Kübrəyə vermişdir. Bundan başqa İddiaçı 1 inəyi və 1 inək balası olmuş, həmin heyvanlara isə onlar baxmışdır. Daha sonra Kübrənin istəyi ilə həmin heyvanları oğlu Elbəy 2.200 manata sataraq ona vermiş, o isə Kübrəyə qızı Zəminən təhsil haqqını ödəmək üçün vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, İddiaçı izahatında bacısı Cavabdeh2, onun oğlu Eltaca və əri Şəmşədə müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 77.900 manat məbləğində pul verdiyini bildirmişdir. Pul verməkdə əsas səbəb bacısı Nəzifə, bacısının oğlu Eltac və bacısının əri Şəmşədin onunla qohum olmaq adın altında aldatmaları olmuşdur. Göstərilən fakt Cavabdeh4 tərəfindən də qismən təsdiq edilmişdir. İddiaçı Kərim qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 13-1-24/2-A-4170/1-42/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətinin Mühasibatlıq bölməsində mühasib vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı aktının surətindən görünür ki, X4 şəhəri, Məhsəti qəsəbəsi, 34-cü küçədə yerləşən 400 kv/m torpaq sahəsini Cavabdeh3 xx.xx.2022-ci il tarixdə 34.000 manata satmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 İddiaçı bacısı, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2 uşaqları, Cavabdeh1 isə Cavabdeh2 əridir. İddiaçı müxtəlif vaxtlarda saxlamaq üçün Cavabdeh2 4.500 manat, Cavabdeh3 5.000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin pul vəsaitinin 4.100 manat məbləğində hissəsi Cavabdeh2 tərəfindən İddiaçı qaytarılsa da, digər 400 manat məbləğində pul vəsaiti Cavabdeh2, 5.000 manat məbləğində pul vəsaiti isə Cavabdeh3 qalmışdır. Bununla yanaşı İddiaçı məxsus olan və dəyəri 2.200 manat məbləğində olan mal-qara Cavabdeh4 tərəfindən satılsa da, həmin pul vəsaiti Cavabdeh3 tərəfindən İddiaçı verilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62.990 manat məbləğində pul vəsaitinin Cavabdeh2, 15.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh3 İddiaçı Cavabdeh2 saxlamaq üçün 4.500 manat və Cavabdeh3 5.000 məbləğində pul vəsaiti verdiyini, Cavabdeh4 isə İddiaçı məxsus mal-qaranı 2.200 manat məbləğinə satdığını bildirmişdir. Bununla da İddiaçı qeyd olunan xüsusatları sübut etmə vəzifəsindən azad olmuş, Cavabdeh2 İddiaçı məxsus 4.500 manat məbləğində, Cavabdeh3 isə 5.000 manat məbləğində, Cavabdeh4 isə 2.200 manat məbləğində pul vəsaitini İddiaçı qaytardıqlarını sübut etmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh3 5.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarsa da buna dair sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Cavabdeh4 İddiaçı məxsus olan mal-qaranın satılmasından əldə edilən 2.200 manat məbləğində pul vəsaitinin isə İddiaçı atası Cavabdeh1 olan 1.600 manat məbləğində borcuna hesabladığını bildirsə də, İddiaçı Cavabdeh1 borcunun mövcudluğunu və belə borc mövcud olduğu halda mal-qaranın satışından əldə olunan vəsaitin borca sərf olunmasına dair İddiaçı razılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı Cavabdeh2 saxlamaq üçün verdiyi 4.500 manat məbləğində pul vəsaitinin 4.100 manat məbləğində hissəsinin Cavabdeh2 tərəfindən ona qaytarıldığını bildirmişdir. Bundan başqa, İddiaçı iddia tələbini digər hissədə təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X16, X23 və X7 bir-birini təkzib edən və işin hallarına uyğun olmayan ifadələr vermişlər. Belə ki, iş materialları ilə Cavabdeh3 xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətinin Mühasibatlıq bölməsində mühasib vəzifəsinə qəbul edildiyi müəyyən edilsə də, şahid ifadələrində Cavabdeh3 işində yaranmış nöqsanlarla əlaqədar 2017-ci ildə 15.000 manat məbləğində pul vəsaitinin K.K.Haqverdiyevdən borc alındığı göstərilmişdir. Bundan başqa, şahid ifadələrində digər pul vəsaitlərinin İddiaçı tərəfindən cavabdehlərə verilməsi göstərilməmiş, həmin şahid ifadələrində yalnız İddiaçı sözlərinə istinad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda İddiaçı iddia tələbinin Cavabdeh4 ödənilməmiş borcun əvəzi qismində 2.200 manat, Cavabdeh2 ödənilməmiş borcun əvəzi qismində 400 manat və Cavabdeh3 ödənilməmiş borcun əvəzi qismində 5.000 manat məbləğində pul tutulması hissəsinin əsaslılığını sübuta yetirmişdir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiası cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 izahatlarında pul vəsaitini aldıqlarını təsdiq etdikləri hissədə, yəni Cavabdeh4 ödənilməmiş əsas borcun əvəzi qismində 2.200 manat, Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 400 manat və Cavabdeh3 ödənilməmiş əsas borcun əvəzi qismində 5.000 manat məbləğində pul tələbinə dair hissədə əsaslı olsa da, digər hissələrdə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 822-ci maddəsinə görə saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 826.1 və 826.2-ci maddələrinə görə gər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 ödənilməmiş borcun əvəzi qismində 2.200 manat, Cavabdeh2 ödənilməmiş borcun əvəzi qismində 400 manat və Cavabdeh3 ödənilməmiş borcun əvəzi qismində 5.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh4 ödənilməmiş əsas borcun əvəzi qismində 2.200 (iki min iki yüz) manat, Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 400 (dörd yüz) manat və Cavabdeh3 ödənilməmiş əsas borcun əvəzi qismində 5.000 (beş min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-529/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-529/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver