Məhkəmə qərarları › İş №2(125)-5327/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5327/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5327/2023 26.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 vərəsəsi Cavabdeh 1797.38 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyim 37.97 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Yüsif qızının anası, mərhum X3 ilə birlikdə Gəncə şəhər Dəmir Yol “Lokomotiv” deposunda xadimə işləmişdir. 2015-ci ildə X5 iddiaçıya yaxınlaşıb qızı Elnarənin evini təmir etmək üçün ona pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, banka gedib ona zamin olsun. X5 ilə uzun müddət bir yerdə işlədiyi üçün və ona inandığına görə onlar "xxxx" ASC müraciət etmiş və bankla X5 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 185GTUM152080005 daylı Kredit müqaviləsinə əsasən Mahirəyə 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı isə ona zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərimə götürmüşdür. Lakin X5 müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğu üçün, yəni kredit borcunu ödəmədiyinə görə "xxxx" ASC məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-6146/2016 saylı məhkəmə əmrinə əsasən məhrum Mahirə Dünyamalıyevadan və iddiaçıdan müştərək qaydada 1857.38 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Buna baxmayaraq X5 yenə kredit borcunu ödəməmişdir. xx.xx.2019-cu il tarixdə isə X3 vəfat etmişdir və onun 1857.38 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu, yəni 1877.38 manat məbləğində pul hər ay onun əmək haqqından tutulmuşdur. 2023-cü ilin fevral ayında həmin kredit borcu iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı X5nın kredit borcunu tam ödədikdən sonra mərhum Mahirənin evinə gedib, ailəsi birlikdə yaşayan qızı Cavabdeh anasının əvəzinə ödədiyi pulun qaqytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya həmin vaxt 40 manat pul və 1 ədəd istifadədə olan televizoru 40 manat pul hesablayıb vermiş və bildirmişdir ki, “hər ay gəl sənə 40-50 manat pul verəcəm və anam Mahirənin əvəzinə ödədiyin pulu qaytaracam”, lakin sonra heç bir ödəniş etməmişdir. İddiaçı dəfələrlə, hətta qohumu Namiq ilə onun evinə gedib pulu istəmiş və cavabdeh yenə də, narahat olmamamğı və hər ay pul ödəyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq sözünə əməl etməmişdir. Cavabdeh iddiaçıya 80 manat ödəmiş, qalan 1797.38 manat məbləğində pulu isə ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 1797.38 (bir min yeddi yüz doxsan yeddi manat, otuz səkki qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyim 37.97 (otuz yeddi manat, 97 qəpik) manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək izhatında göstərmişdir ki, mərhum anası X3 ilə iş yoldaşı İddiaçı bir yerdə, eyni idarədə işləmələri və onların rəfiqə, yaxud dost olmaları haqqında onun heç bir məlumat olmamışdır. Vəsilə xanımın zamin duraraq anasına bankdan pul almalarının və hansı məqsədlə, haraya, nəyə xərclənməsindən heç bir xəbəri yoxdur. Vəsilə xanım ərizəsində göstərir ki, guya anası onun evini təmir etdirmək məqsədilə bankdan pul götürmüşdür. Həmin vaxtda o, ailəsi ilə kirayədə yaşadığı halda, anası görəsən onun hansı evini təmir etdirirmiş? Ona görə də, Vəsilə xanımın pul tələbinə dair iddia ərizəsi verib ondan pul tələb etməsi heç bir qanun və məntiqə sığmayan, yersiz ittiham xarakterli iddiadır. Anası, X3 ilə İddiaçı "xxxx" ASC-yə müraciət edib xx.xx.2015-ci il tarixdə 185GTUM ********* saylı kredit müqaviləsindən və həmin müqavilə əsasında anasına verilmiş 1500 manat kreditdən onun xəbəri yoxdur. Heç bir sənəddə də, onun imzası yoxdursa, 0, 4 il bundan əvvəl vəfat etmiş anasının yerinə nəyə görə pul ödəməlidir? Buna görə də, "xxxx" ASC Kəpəz rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixli 2(043)- 6146/2016 saylı məhkəmə əmrinə əsasən anasından və Vəsilə xanımdan müştərək qaydada 1857.38 manat və 20 manat dövlət rüsumu alınıb kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Bütün bu prosesin heç birindən onun xəbəri olmamışdır. Anası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra onun bankda olan borcunu zamin durmuş İddiaçı ona müraciət edəndə ki, anan Mahirənin 1797.38 borcu var, o pulu ödəməlisən, o, bir anlıq şoka düşmüşdür. Araşdıran zaman məlum olmuşdur ki, anasının banka cəmi 1200 manat borcu olmuşdurş. Onun həyat yoldaşı, Qarabağ müharibəsi veteranıdır və ağır bədən xəsarətləri aldığına görə hazırda Rusiya Federasiyasında yaşayan qohumlarının köməyi sayəsində orada müalicə olunur və həkim nəzarəti altındadır, yaxınlarda vətənə dönəcək. Özü isə 3 uşaq anasıdır və çalışır ki, övladlarını vətəninə, xalqına layiqli vətəndaş kimi böyütsün. Düzdür, Vəsilə xanım ona müraciət edəndə, insanlıq naminə 2 dəfə, ayda 40 manat, iki ayda 80 manat ödəmişdir. Ancaq sonradan uşaqlarının artan tələbatlarını və özünün xəstəliyi ucbatından ödəniş edə bilməmşdir. Anası xəstə olan vaxt banklara olan borcunu öyrənmiş və müəyyən etmişdir ki, həmin vaxt ansının "xxxx" ASC-yə 1200 manat borcu vardır. Həmin pulun anasının özüünün götürməsi, yaxud götrüb başqa şəxsə verməsi barədə məlumatı olmamışdır. Anası vəfat edəndən sonra anasının iş yerindən 1050 manat pulu olmuş və o, vərəsəliyi qəbul edərək vərəsə kimi həmin pulu almışdır. Anasından başqa miras qalmamışdır. İddianı əsassız hesab edir, odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 2(043)-6146/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, həmin əmrlə borclular Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 15, mənzil 11-də yaşayan X1 və Gəncə şəhəri, N.Rəfibəyli küçəsi, ev 6-da yaşayan İddiaçı müştərək qaydada xx.xx.2015-ci il tarixli 185GTUM15280005 saylı kredit müqaviləsinə əsasən 1417.25 manat əsas, 440.13 manat faiz, cəmi 1857.38 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İşdə olan Gəncə şəhər İcra İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 2(043)-6146/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc ödənilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh mərhum X1 miras qalmış əmlakı qanun üzrə vərəsə kimi qəbul etmişdir. İşdə olan 1 saylı Gəncə şəhəri, “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 2444 saylı məktubundan görünür ki, X2 işitrakı ilə heç bir müqavilə təsdiq olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 3108.2023-cü il tarixli 3-21-3-33/2-7831/2023 saylı məktubundan görünür ki, X2 adına hər hansı bir vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, adına olan mülkiyyətin və ona məxsus olan sənədlərin aid olduğu qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 2(043)-6146/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, borclular Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 15, mənzil 11-də yaşayan X1 və Gəncə şəhəri, N.Rəfibəyli küçəsi, ev 6-da yaşayan İddiaçı müştərək qaydada xx.xx.2015-ci il tarixli 185GTUM15280005 saylı kredit müqaviləsinə əsasən 1417.25 manat əsas, 440.13 manat faiz, cəmi 1857.38 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 2(043)-6146/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc ödənilmişdir. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı X2 banka olan 1797.38 manat borcunu öddiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə iddia tələbinin heüquqi əsası kimi aşağıdakə normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MMnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2–ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1–ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əsasən miras onun açıldığı gündən 3 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə hesab edir ki, X2 "xxxx" ASC–yə ödəməli olduğu kredit öhdəliyinin 1797.38 manat hissəsi zamin İddiaçı tərəfindən icra edildiyindən həmin öhdəlik üzrə hüquqları həmin məbləğdə, yəni 1797.38 manat həcmində İddiaçı keçmişdir. Bununla bərabər, X2 "xxxx" ASC–yə ödəməli olduğu kredit öhdəliyinin 1797.38 manat hissəsi zamin İddiaçı keçsə də, X2 vərəsəsi Cavabdeh münasibətdə iddia qismən əsaslıdır. Belə ki, iş materialları, həmçinin tərəflərin izahatları və təqdim etdikləri sübutlarla müəyyən Cavabdeh mərhum X1 qalmış 1050 manat həcmində miras qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X2 vərəsəsi Cavabdeh 1050 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38 manat dövlət rüsumunnu 22.2 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh 1050 (bir min əlli) manat pul və 22.20 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar