Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5374/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 500 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:45 radələrində Gəncə şəhəri Nizami küçəsində Univermağın qarşısı ilə Gəncə şəhər İcra Hakimiyyəti istiqamətinə avtomobil yolunu keçən zaman iki avtomobil dayanaraq yol vermiş, qoşa xəttin üzərində olan zaman tünd boz rəngli “Opel Astra” markalı dövlət nömrə nişanını bilmədiyi avtomobil onun solundan keçmək istədikdə avtomobilin sağ qanaq hissəsi sol ayağına dəymiş, o, yerə yıxılmışdır. Sürücü onu götürərək 3 saylı TTYX-na aparmış, orada ona tibbi yardım göstərilmiş, ayağında olan yaranın üstünə maz çəkilmişdir. Xəstəxanada olan zaman Tural ondan yıxılaraq xəsarət aldığını bildirməyini xahiş etmişdir. O da, xəstəxanada olan zaman evdə yıxılaraq xəsarət aldığını bildirmişdir. Həmin gün evə gəldikdən sonra ayağındakı ağrılar sakitləşməmişdir. Bu barədə Turala bildirmiş, həkimə getmək lazım olduğunu demişdir. Tural Bakı şəhərində olduğunu, pul göndərəcəyini demişdir. Tural onun bank kartına 40 manat pul göndərmiş, artığına imkanı çatmadığını demişdir. xx.xx.2023-cü il tarixdə həkimə getmiş, həkim resept yazmışdır. xx.xx.2023-cü il tarixdə həmin reseptin şəklini Turala göndərərək dərmanları almasını demişdir. Bu zaman Tural ona heç nə almayacağını, heç bir köməklik göstərməyəcəyini, hara istəyir şikayət edə biləcəyini bildirmişdir. Bu səbəbdən onda əsəbləşərək Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Tural adlı şəxs ona tibbiyardım göstərəcəyinə söz versə də, sözünə əməl etməmiş, həmçinin hadisə baş verən zaman onun qol saatı sınmışdır və ona maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi qismində 500 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:45 radələrində Gəncə şəhəri Nizami küçəsində Univermağın qarşısında idarə etdiyi avtomobillə iddiaçının solundan keçmək istədikdə avtomobilin sağ qanaq hissəsi onun sol ayağına dəymiş və o, yerə yıxılmışdır. İddiaçını götürərək 3 saylı TTYX-na aparmış, orada tibbi yardım göstərilmiş, ayağında olan yaranın üstünə maz çəkilmişdir. Xəstəxanada olan zaman iddiaçıdan yıxılaraq xəsarət aldığını bildirməyini xahiş etmişdir. O, Bakı şəhərində olarkən iddiaçı zəng edərək ondan pul istəmiş, o da, onun bank kartına 40 manat pul göndərmiş, artığına imkanı çatmadığını demişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ona resept şəkli göndərərək dərmanları almasını demişdir. O isə reseptin baş vermiş hadisə ilə əlaqəsinin olmadığını bildirərək ona heç nə almayacağını, heç bir köməklik göstərməyəcəyini bildirmişdir. İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hadisə nəticəsində iddiaçıya heç bir maddi ziyan dəyməmişdir. Ona görə də, iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyıti üzrə Gəncə BPİ-nin DYPŞ-nə göndərilmişdir. Qərarın təsviri-əsaslandıcı hissəsindən qeyd edilmiş “MTE və PA” \ETT Birliyi pöublik hüquqi şəxsin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 758 saylı rəyindən məlum olur ki, X1 bədəni üzərində xəsarətlər-sol diz nahiyəsinin yan səthində 2X2 sm ölçüdə, sol baldır nahiyəsinin yan səthinin 1/3 hissəsində 6X4 sm ölçüdə, ətraf dəri səviyyəsindən hündürdə yerləşmiş hissəsvi düşmüş tünd qırmızımtıl rəngli qartmaqla örtülü, qeyri-müəyyən formalı sıyrıqlar bərk (küt) əşyanın(aşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan reseptdən görünür ki, xx.xx.2023-cü il tarixdə həkim T.Əmirov tərəfindən müxtəlif dərmanlar yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 4424 saylı məktubundan görünür ki, X3 barəsində təyin edilmiş xx.xx.2023-cü il tarixli qərardadda qarşıya qoyulmuş suallara cavab verilməsi üçün şəxsi məhkəmə-tibbi ekspertizaya təqdim edilməsinin zəruriliyi haqqında yazıb bildirilməsinə baxmayaraq, hal-hazıra qədər təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 xx.xx.2023-cü il tarixdə təxminən saat 11:45 radələrində Gəncə şəhəri Nizami küçəsində Univermağın qarşısı ilə Gəncə şəhər İcra Hakimiyyəti istiqamətinə avtomobil yolunu keçən zaman iki avtomobil dayanaraq yol vermiş, qoşa xəttin üzərində olan zaman Cavabdeh idarə etdiyi tünd boz rəngli “Opel Astra” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun solundan keçmək istədikdə avtomobilin sağ qanaq hissəsi sol ayağına dəymiş, o, yerə yıxılmışdır. Sürücü onu götürərək 3 saylı TTYX-na aparmış, orada ona tibbi yardım göstərilmiş, ayağında olan yaranın üstünə maz çəkilmişdir. Hadisə nəticəsində X1 bədəni üzərində xəsarətlər-sol diz nahiyəsinin yan səthində 2X2 sm ölçüdə, sol baldır nahiyəsinin yan səthinin 1/3 hissəsində 6X4 sm ölçüdə, ətraf dəri səviyyəsindən hündürdə yerləşmiş hissəsvi düşmüş tünd qırmızımtıl rəngli qartmaqla örtülü, qeyri-müəyyən formalı bərk (küt) əşyanın(aşyaların) təsiri nəticəsində əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sıyrıqlar əmələ gəlmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin yüksək təhlükə mənbəyinin vurduğu ziyanla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı baş vermiş hadisə nəticəsində ona 500 manat maddi ziyan dəydiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının səhhətində yaranmış problemlərə görə 500 manat maddi ziyanın dəyməsi sübuta yetirilmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5374/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5374/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver