Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5381/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat pul və iddia ərizəsi üçün ödədiyi 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin mahiyyəti: İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, onunla aralarında yaranmış münasibətə əsasən ona ehtiyacı olduğu üçün hissə-hissə ümumilikdə 35000 manat pulu qaytarmaq şərti ilə vermişdir. Öz xətti və imzası ilə ona xx.xx.2024-cü il tarixdə qəbzdə yazmışdır. Həmin pulu qaytaracağını bildirsə də həmin pulu qaytarmaqdan boyun qaçırır. Cavabdeh lakin həmin vaxtdan müəyyən müddət keçsə də borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona həmin borcunun olması barədə öz imzası ilə sadə yazılı formada qəbzi də yardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 2024-cü ilin oktyabr ayında cavabdehə 2025-ci ilin yay aylarında qaytarmaq şərti ilə ümumilikdə 35000 manat pulu borc vermişdir. Lakin, cavabdeh ona qaytarmalı olan pulu qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, 2024-cü ilin oktyabr ayında iddiaçıdan qısa vaxtda qaytarmaq şərti ilə ümumilikdə 35000 manat pulu iddiaçıdan borc almışdır. Lakin, daha sonra qaytara bilməmişdir. Odur ki, məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - 20 may 2025-ci il tarixli, ********************11800980 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 195 manat dövlət rüsumu ödəmişdir. - 17 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, “mən vətəndaş Cavabdeh vətəndaş İddiaçı müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 35000 (otuz beş min) manat məbləğində borc almışam. Həmin borcu aylıq 600 (altı yüz) manat ödəməklə ümumi məbləğ bitənə qədər öz aramızda razılaşdıq. Hər növbəti ayın 10-dan etibarən aylıq 600 (altı yüz) manat ödəyəcəyimi öhdəmə götürürəm. Əks halda bütün hüquqi məsuliyyət mənə aiddir”. Məhkəmə iclasında müəyyən edilən hallar: 2024-cü ildə İddiaçı Cavabdeh qısa müddətdə qaytarmaq şərtilə ümumilikdə 35000 manat pulu borc vermişdir. Bu barədə Cavabdeh tərəfindən 17 oktyabr 2024-cü il tarixdə qəbz yazılıb imzalanmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı borcdan 35000 manat məbləğində pulu qaytarmamışdır. Eyni zamanda tərəflər arasında 35000 manat məbləğində pulun borc kimi verilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmə aparılmamış, yəni hər iki tərəfin iradə ifadəsini əks etdirən müqavilə bağlanmamışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini tamamilə etiraf etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni cavabdehin iddianı etiraf etməsi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının düzgün müəyyən edilməsi ilə bağlı mülki qanunvericiliyin bəzi normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Prosessual Məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, müəyyən olunmuş işin faktiki halları ilə bağlı ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 35000 manat məbləğində pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, başqa sözlə yazılı formada müqavilə bağlanmamış, yalnız bir tərəfin iradə ifadəsini əks etdirən borcun alındığını təsdiq edən cavabdeh tərəfindən imzalanmış qəbz yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında 35000 manat pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, Cavabdeh tərəfindən 35000 manat məbləğində pulu İddiaçı alması işin mübahisəsiz halıdır və təsdiq olunur. Belə ki, Cavabdeh 35000 manat məbləğində pulu iddiaçıdan 2024-cü ildə borc almasını etiraf etmişdir. Məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan İddiaçı vəsaiti hesabına əsassız varlanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5381/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5381/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver