Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5392/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.850 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı1 Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Topaz məntəqəsini etibarnamə ilə idarə edir. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək onun yanında kassir kimi işləyən Cavabdeh müxtəlif vaxtlarda mərc oyunları oynayaraq uduzmuşdur. Həmin Topaz məntəqəsinin balansında dövriyyə üçün ümumilikdə 9000 manat pul olur. 2021-ci ilin sentyabr ayından etibarən o həmin balansda olan puldan özü də mərc oyunları oynamağa başlamış və xx.xx.2021-ci il tarixdə o hesabat apardıqda onun Topaz Məntəqəsində dövriyyədə olan 8000 manat pulun yerində olmadığını müəyyən etmiş,həmin vaxt o, ona özü həmin pulu Topaz oyunlarında oynayıb uduzduğunu tez bir zamanda pulu düzəldib yerinə qoyacağını bildirmişdir. Onlar uzun müddət tanış olduğu üçün o, onu işdən çıxarmamışdır. Lakin, bundan sonra o Topazda balansda olan pullarla yenidən mərc oyunları oynamağa başlamış, 2021-ci ilin Dekabr ayında o Topaz məntəqəsinin balansında olan 5300 manat pulu mərc oyunlarında uduzmuş, xx.xx.2021-ci il tarixdə etdikləri hesabat zamanı Topaz məntəqəsində oynanılan və dövriyyədə olan ona məxsus 5300 manat pulu mərc oyunları oynayaraq uduzduğunu etiraf etmişdir. O orda işləyərək ona olan borclarını ödəyəcəyini öhdəsinə götürdüyü üçün o, onun orada qalıb işləməyinə etiraz etməyərək razı olmuşdur .Sonuncu dəfə isə o 2022ci ilin mart ayında ona məxsus Topaz məntəqəsinin balansında olan 7100 manat pulu mərc oyunlarında oynayaraq uduzmuş, xx.xx.2022-ci il tarixdə olan hesabat zamanı Topaz məntəqəsində oynanılan 7100 manat pulu uduzduğunu ona etiraf etmişdir. Onun oynayaraq uduzduğu ümumilikdə 20.400 manat pulu Topazın fəaliyyət göstərməsi üçün onun tərəfindən Topaz məntəqəsinin balansına yüklənmişdir. Cavabdeh əlavə suala cavab olaraq bildirmişdir ki,o Topaz məntəqəsini işlədərkən ondan xəbərsiz Topaz məntəqəsinin balansında olan 20.400 manat pulu həmin Topaz məntəqəsində hissə-hissə mərc oyunları oynayaraq uduzmuş, həmin pulu ələ keçirmək məqsədi olmamışdır,mərc oyunları oynayan zaman həmin pulu yenidən udaraq yerinə qoyacağını düşünmüş,lakin uda bilmədiyi üçün ümumilikdə 20.400 manat borcu yaranmışdır. O, dəfələrlə ondan pulu istəsə də, Rəşad müxtəlif bəhanələr gətirərək,onu aldatmışdır. Sonra o, Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Beləliklə Rəşadın ona 20.400 AZN borcu yaranmışdır. O, polisə ərizə verdikdən sonra Rəşad ona müxtəlif vaxtlarda 550 AZN ödəmişdir,çekləri və karta ödənilmiş pulların ksero surətlərini ərizəsinə əlavə etmişdir. Odur ki, Cavabdeh 19.850 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək göstərmişdir ki, həqiqətən o, İddiaçı1 yanında işlədiyi müddətdə 20.400 manat borcu yaranmışdır. Həmin puldan 550 manat pul vermişdir. Qalan 19.850 manat pulu ödəməyə razıdır. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı2 və İddiaçı1 ödəməli olduğu 19.850 manat pulu qaytarmamışdır. Cavabdeh iddiaçılara olan borcunu ödəməkdən boyun qaçırmadığını və borcunu ödəyəcəyini bildirmişdir və cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19.850 manat məbləğində pul və 150 manat dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5392/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5392/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver