Məhkəmə qərarları › İş №2(125)-5400/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5400/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5400/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 Ələkbər oğluna, Cavabdeh2 Arif qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 Ələkbər oğluna, Cavabdeh2 Arif qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ələkbər oğlundan 1020 manat məbləğin yarısı 510 manat məbləğində pulun və Cavabdeh2 Arif qızından 1020 manat məbləğin yarısı 510 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun yaşadığı evə gəlmiş, ondan borc olaraq 500 AZN pul istəmişdir. X1 MMC-də sürücü işlədiyini 550 AZN maaş və hər rüb mükafat aldığını demiş, borcunu 3 ay hər ay 150 AZN ödəyəcəyinə əlavə olaraq 107, yəni hər aya 45 AZN ödəyəcəyini demişdir. O, isə Ceyhuna demişdir ki, pulu yoxdur olanda verər. Bir neçə gündən sonra cavabdehin anası Cavabdeh2 Arif qızı ona zəng edib, demişdir ki, Ceyhun istədiyi pul əslində ona lazımdır. Bakı şəhərində gözünü əməliyyat etdirmək üçün o, 360 AZN pensiya alır. Ceyhun aldığı borcu ödəməsə, o borcu ödəməyə söz verir. Ağbirçək qadındır, ona yalan danışmaq yaraşmaz. O, isə demişdir ki, Ceyhun gəlsin. Təxminən 2022-ci ilin aprel ayının 11-12-si o, Ceyhuna 450 AZN verə bilmişdir. Ceyhun demişdir ki, maaşlarını hardasa hər ayın 4-6-da verirlər. O, hər ay ona 150 AZN vermişdir. 3 aya əsas borcunu ödəyəcəkdir. 4-cü ayda faiz borcunu yəni 135 AZN verib, onunla hesablaşmış olacaqdır. 2022-ci ilin aprel ayının sonları onun və Ceyhunun dostu X3 ona zəng eləmişdir ki, Ceyhun ondan İslam dayıya may ayında pul verə bilməyəcəyini, müddətin 1 ay uzadılmasını xahiş etmişdir. O, razılaşmışdır. 2022-ilin iyun ayında Ceyhun pul verməmişdir. Evlərinə getmiş, anası ilə danışmışdır. Əməliyyat olunmuşdur. Xərcləri nəzərdə tutduqlarından bir az çox olmuş, Ceyhunun anası narahat olmamalarını, borclarını qaytaracağını bildirmişdir. O, 102-yə zəng etmişdir. Polisdə izahat verəndə borcları olduğunu danmayıb etiraf etmişdir. Məhkəməyə vermələrini, pulu olanda verəcəklərini bildirmişlər. Cavabdehlər ona olan borclarını könüllü şəkildə icra etmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Beləliklə cavabdehlər ona 4540 manat, borcu keçirdikləri üçün 2022-ci ilin 6 ayı üçün hər ayına 45 manat, cəmi 270 manat 2023-cü ilin 6 ayı üçün hər ayına 450 manat və 270 manat, ümumilikdə 990 manat və 30 manat dövlət rüsumu ödəməlidirlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, izahatında göstərmişdir ki, Cavabdeh2 öldüyü üçün ona dair hissədə tələbi yoxdur. Cavabdeh1 Ələkbər oğlundan 150 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 Ələkbər oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 Ələkbər oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, iddiaçı tanışı, cavabdeh isə qonşusudur. 4-5 ay əvvəl Ceyhun ondan İslama borcunu bir neçə müddət gözləməsi barədə deməsini xahiş etmiş, o, isə İslama borcun veriləcəyini və gözləməsini bildirmişdir. O, borc məbləğinin 100 manat olmasını İslamdan eşitmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinin araşdırıldığı və müraciətdə göstərilən xüsusatlar ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında İddiaçı cavabdehin ona 150 manat borcu olduğunu qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş şahid isə borcun 100 manat olduğunu eşitdiyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi 100 manat hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 Ələkbər oğlundan 100 manat məbləğində pul tutularaq iddiaçıya verilməldir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1 Ələkbər oğlundan İddiaçı verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Ələkbər oğlundan 100(bir yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 20(iyirmi) manatı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar