Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5417/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, onun qanuni nümayəndəsi və Cavabdeh1 və iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 34.500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193 manat 50 qəpik və müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 27.500 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, özünə yeni mənzil almaq məqsədi ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra oğlu Atəş ilə birlikdə yeni ev tapmaqda kömək etməsi üçün ev alqısatqısı ilə məşğul olan Ceyhun adlı şəxslə tanış olmuşdur. Ceyhun adlı şəxs onlara büdcələrinə uyğun olaraq Cavabdeh1 məxsus olan 34.000 manat məbləğində olan Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzili almağını məsləhət görmüşdür. O, oğlu Atəşlə birlikdə Cavabdeh1 məxsus sözügedən mənzilə baxmağa getmiş, həmin mənzili almaq qərarına gəlmiş və mənzilin 31.500 manat məbləğində qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 ilə razılaşmışdır. Bununla bağlı 2024-cü ilin fevral ayında oğlu Atəş Cavabdeh1 2.500 manat məbləğində beh olaraq pul vermişdir. Lakin cavabdeh ona bildirmişdir ki, evin sənədlərində problem olduğu üçün notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması 1 ay müddətinə gecikəcəkdir. Daha sonra Cavabdeh1 ona xəstə olduğunu, müalicə üçün Bakı şəhərinə getməli olduğundan pula ehtiyacı yarandığını, qeyd olunan səbəbdən də mənzilin ödənişindən 25.000 manat hissəsini verməsini bildirmişdir. Bundan başqa, Cavabdeh1 ona etibar etməsi üçün həmin mənzilin açarlarını da təhvil vermişdir. Cavabdeh1 Bakı şəhərindən qayıdanadək həmin mənzildə təmir işləri apara biləcəklərini və daha sonra da alğı-satqı müqaviləsini rəsmiləşdirəcəklərini bildirmişdir. O isə bu vədə inanaraq həmin mənzildə 7.000 manat məbləğində təmir işləri aparmışdır. Daha sonra Cavabdeh1 evin öz adına rəsmiləşdirilməsinə dair notariat orqanına müraciət etməyi tələb etsə də Cavabdeh1 bundan imtina etmişdir. Cavabdeh1 hquq mühafizə orqanlarına müraciət edərək onun mənzilində qanunsuz yaşadıqlarını və oğlu Atəşin sözügedən mənzildə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etdiyini bildirərək evi satmaqdan imtina etmişdir. Cavabdeh1 verdiyi pulları və mənzilə çəkdiyi xərcləri geri qaytarmasını tələb etsə də hazırki tarixədək heç bir nəticə əldə etməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xəstə olduğu üçün müalicə olunmaq səbəbi ilə anasından ona qalan Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzili satmaq qərarına gəlmişdir. Cavabdeh2 vasitəsi ilə tanış olduğu makler onu İddiaçı və İddiaçı oğlu X4 ilə tanış etmişdir. Onlar sözügedən mənzilin 34.000 manat dəyərində satılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı oğlu Atəş vasitəsi ilə əvvəlcə ona 2.500 manat məbləğində beh vermiş, daha sonra isə 25.000 manat məbləğində pulu hissə-hissə ödəmişdir. A.Ə.Mirzəyeva razılaşdırılmış alğı-satqı məbləğinin ödənilməmiş 6.500 manat hissəsini isə ödəməkdən imtina etmişdir. İddiaçı oğlu Atəşin etik olmayan davranışlarına görə o, evi satmaqdan imtina etmişdir. Lakin cəmi 27.500 manat məbləğində pul vəsaitini mənzili başqa şəxsə satdıqdan sonra 2024-cü ilin avqust ayının sonu sentyabr ayının əvvəlində iddiaçının oğlu Atəşə geri qaytarmışdır. Sözügedən məbləği geri ödəyən zaman hər hansı qəbzə imza etdirməyi düşünməmişdir. Ona pul lazım olduqda o, ödənişlər edilməsi üçün İddiaçı ilə əlaqə saxlamış, hətta pul vəsaitinin qaytarılması üçün də İddiaçı ilə telefonla əlaqə saxlamışdır. Bununla belə o, mənzilin alğı-satqısına dair müqaviləni İddiaçı ilə, yoxsa X4 ilə bağladığını dəqiq bilməmişdir. Mənzilin alğı-satqısı ilə əlaqədar 27.500 manat məbləğində pul vəsaitini İddiaçı oğlu vasitəsi ilə ona və onun oğlu Cavabdeh2 vermişdir. Həmin pul vəsaitinin Cavabdeh2 hər hansı aidiyyəti olmamış və Cavabdeh2 aldığı pul vəsaitlərinin hamısını ona təqdim etmişdir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 onun anasıdır. Anası xəstə olduğu üçün sonuncuya məxsus olan mənzili satmaq məqsədi ilə maklerlə əlaqə saxlamış, maklerin vasitəsi ilə evi İddiaçı satmaqla bağlı razılığa gəlmişdir. İddiaçı oğlu Atəş hissə-hissə ona 27.500 manat məbləğində pul ödəmiş o isə həmin məbləği anası Cavabdeh1 vermişdir. Cavabdeh1 pul vəsaitini müalicəsi üçün sərf etmişdir. Lakin daha sonra aralarında narazılıq yarandığından evi iddiaçıya satmaqdan imtina etmiş və 25.000 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmışlar. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, anası İddiaçı 2024-cü ilin yanvar ayında Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini 37.000 manat məbləğinə satmış və onlar yeni mənzil axtarmışlar. Ceyhun və Tural adlı maklerlərin köməkliyi ilə Gəncə şəhəri, Dəmiryolaltı y/s-də yerləşən Cavabdeh1 məxsus olan mənzili 31.500 manat məbləğində almaqla bağlı razılığa gəlmişlər. O, anasının verdiyi pulu Cavabdeh1 vermişdir. 2024-cü ilin mart ayının sonuna kimi anasının aldığı mənzilin dəyəri olan 27.500 manat məbləğində pulu Cavabdeh1 çatdırmışdır. Lakin Cavabdeh1 İddiaçı həmin pul vəsaitindən hər hansı hissəni qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2024-cü ilin avqust ayının sonu sentyabr ayının əvvəllərində o, Gəncə şəhəri, Azbarit küçəsində yerləşən Cavabdeh1 3 otaqlı mənzilində işləyərəkən Cavabdeh1 səsinin ucadan gəldiyini eşitmiş və mənzil mübahisəsi olduğunu bilmişdir. O, nə baş verdiyini soruşan zaman Cavabdeh1 ona mənzili alan şəxslə aralarındakı razılaşmanın pozulduğunu, lakin həmin şəxsin mənzilin pulunu geri götürmədiyini bildirmişdir. Bundan təxminən bir, yaxud bir saat otuz dəqiqə sonra qapı döyülmüş, Cavabdeh1 əlində sellofan paketlə otaqdan çıxaraq, qapını açmışdır. O, kimin gəldiyini və həmin şəxsə Cavabdeh1 nə verdiyini görməmişdir. Lakin Cavabdeh1 geri qayıtdıqdan sonra halı pisləşmiş və əsas pulu alsalar da, baş tutmamış alğı-satqı ilə əlaqədar behə görə əlavə vəsait istədiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, Aygün və Atəşdən evin satılması üçün aldığı 27.500 manat məbləğində pul vəsaitinin 25.000 manat məbləğində hissəsini onlara geri ödəyəcəkdir, lakin 2.500 manat məbləğində olan hissə beh ödənişi olduğu üçün sonuncu məbləği geri qaytarmayacaqdır. İşdə olan Cavabdeh1 Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, izahatın verilməsindən təxminən 3 ay əvvəl özünə məxsus mənzili Atəş adlı şəxsə 34.000 manat məbləğində pul vəsaitinə satmış və ümumilikdə 27.000 manat məbləğində pul vəsaitini almışdır. Lakin rəsmi qaydada alğısatqı müqaviləsi bağlanmamışdır. Yerdə qalan pulu Atəşdən istəyən zaman Atəş pulu verməmiş, evin açarını dəyişərək onu evə buraxmamışdır. Bu səbəbdən də məcbur olub polis orqanına müraciət etmişdir. Məhkəmə mülki işin tədqiqi zamanı məhkəməyə təqdim olunmuş sübutları müqayisəli tədqiq edərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etirazlarının əsasları kimi göstərdikləri xüsusat, yəni alınmış pul vəsaitinin Cavabdeh1 tərəfindən qaytarılması inandırıcı deyildir, ağlabatan mühakiməyə əsaslanmır və sübutların məcmusu ilə təkzib olunur. Belə ki, mülki iş materiallarından, habelə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Cavabdeh1 alğı-satqı müqaviləsi üzrə 34.000 manat məbləğində pul vəsaitinin 27.500 manat məbləğində hissəsini almasını etiraf etmişdir. Bununla da İddiaçı həmin pul vəsaitini Cavabdeh1 verməsini sübut etmək vəzifəsindən azad olunmuş, Cavabdeh1 isə 27.500 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmasını sübut etmə vəzifəsi yaranmışdır. Lakin İddiaçı həmin halı, yəni 27.500 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmasını təsdiq edən sübutlları məhkəməyə təqdim etməmiş, yalnız şahid X3 ifadəsini təqdim etməklə kifayətlənmişdir. X6 isə ifadəsində Cavabdeh1 borcunu qaytardığını bildirsə də Cavabdeh1 pul vəsaitini kimə verdiyini görmədiyini və həmin vəsaitin məbləğini bilmədiyini qeyd etmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə üzrə edilmiş şikayət əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olmuş araşdırma materialı əsasında xx.xx.2024-cü il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Göründüyü tərəflər arasındakı mübahisə cinayət təqibi qaydasında araşdırılmış və onlar arasındakı qarşılıqlı etimada əsaslanan inam zədələnmişdir. Belə olan Cavabdeh1 izahatında göstərdiyi kimi 2024-cü ilin avqust ayının sonu sentyabr ayının əvvəllərində hər hansı sübut (yazılı qəbz, auido-video qeyd, şahid müşahidəsi və s.) olmadan 25.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarması inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslardığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2024-cü ilin əvvəllərində İddiaçı və Cavabdeh1 arasında Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzilin alğı-satqısı ilə əlaqədar şifahi razılaşma olmuş, həmin razılaşmaya əsasən İddiaçı Cavabdeh1 34.000 manat məbləğində pul vəsaitini ödəməyi, Cavabdeh1 isə Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzili İddiaçının mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı 27.500 manat məbləğində pul vəsaitini Cavabdeh1 ödəmiş, bundan sonra tərəflər arasındakı razılaşma pozulsa da, Cavabdeh1 27.500 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmamışdır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan, həmçinin şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzilin alğı-satqısına dair 2024-cü ilin əvvələrində hazırki mübahisə üzrə bağlanmış şifahi müqavilə üzrə ödənişlərin aparılması öhdəliyini İddiaçı daşımış, buna görə də Cavabdeh1 ödənişlərin aparılması üçün məhz İddiaçı müraciətlər etmiş, İddiaçı da pul vəsaitini A.A.Mirzəliyev vasitəsi ilə Cavabdeh1 göndərmişdir. Həmçinin mülki işə əlavə edilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin icraatında olmuş HK-1/1972 və 2122 nömrəli materialın, hətta eyni izahatın (məsələn, həmin materialın 17-ci səhifəsindəki izahat) müxtəlif hissələrində bəzən mənzili almaq istəyən şəxs kimi X2, bəzən isə X1 adını qeyd etmişdir. Digər tərəfdən işin həqiqi halları, yəni İddiaçı 2024-cü ilin yanvar ayında Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra başqa mənzil almaq istəyi müqavilənin tərəfinin İddiaçı olmasına dəlalət edir. Buna görə də qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzilin alğı-satqısı ilə əlaqədar şifahi razılaşma İddiaçı və Cavabdeh1 arasında bağlanmış, İddiaçı razılaşma üzrə Cavabdeh1 27.500 manat məbləğində avans ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Göründüyü kimi, MM behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını MM-in 491.3-cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2-2(102)-573/2023 nömrəli qərarında da ifadə olunmuşdur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 avans qismində ödənilmiş 27.500 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməli, iddia pul vəsaitinin Cavabdeh2 alınıb Cavabdeh1 verilməsinə dair hissədə sübuta yetirilmədiyindən həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 172 manat 50 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 ödənilmiş avansın əvəzi qismində 27.500 (iyirmi yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 172 (bir yüz yetmiş iki) manat 50 (əlli) qəpik, cəmi 27.672 (iyirmi yeddi min altı yüz yetmiş iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5417/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5417/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver