Məhkəmə qərarları › İş №2(125)-5447/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5447/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5447/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 80 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zaman İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdehlə birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2001ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2002-ci il tarixdə İsa adlı və xx.xx.2007-ci il tarixdə Səkinə adlı 2 uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət münasibətləri yaxşı olsa da daha sonralar münasibətləri pozulmuşdur. Bu görə də Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-188/2015 nömrəli qətnaməsi əsasında cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların onun yanında saxlanması və həmin uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla həmin qətnamə üzrə icra sənədi üzrə icraata xitam verilsə də cavabdeh yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ona heç bir köməklik göstərməmişdir. Hazırda xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 dərsdən əlavə fərdi məşğələ hazırlıqlarına gedir. Maddi cəhətdən uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir ata kimi hər hansı maddi dəstək göstərmir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 üçün aylıq xərclər 150 manat təşkil edir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, hər nə qədər bir ata kimi məsuluiyyətini və vəzifələrini dərk etsə də o, aliment öhdəliyini tam olaraq yerinə yetirmişdir və buna görə də Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-188/2015 nömrəli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. O isə övladı üçün maddi dəstək göstərməyə hazırdır. Lakin aliment təyin olunmasını istəmir. Sonda Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-188/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2002-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 anaları İddiaçı yanında saxlanması,həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-188/2015 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-188/2015 nömrəli qətnaməsi ilə xx.xx.2002-ci il tarixdə anadan olmuş Cavabdeh İsa oğlunun və xx.xx.2007ci ildə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədinin icraatına Gəncə şəhəri üzrə İcra İdarəsinin «icra sənədi üzrə icraata xitam verilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarla icra sənədinin tam icrası ilə əlaqədar xitam verilmişdir. Bununla da Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-188/2015 nömrəli qətnaməsi üzrə tərəflər arasındakı münasibətlər başa çatmışdır. Lakin aliment öhdəlikləri şəxsiyyətlə əlaqədar olan və davam edən münasibətlər olduğundan tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün İddiaçı Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin artırılmasını tələb etmək hüququ həmin uşaqların saxlanması üçün aliment tələb etmək hüququ ilə əvəzlənmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı İddiaçı birgə nikahdan doğulmuş və yetkinlik yaşına çatmamış xx.xx.2007ci il təvəllüdlü X3 xərclərinin 150 manat məbləğində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını, həmçinin xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 üçün xərclərin 150 manat məbləğində olmasını və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-188/2015 nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə əlaqədar S.Cavabdehanın yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat məbləğində alimentin artıq ödənilməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar