Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5460/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu zərərin əvəzi olaraq 3896,51 manat pulun və 59 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə cavabdeh arasında 29 avqust 2014-cü il tarixdə 667-xx.xx.2014 nömrəli kredit müqaviləsi bağlanmış və həmin tarixdə onunla 667-xx.xx.2014-Yev58 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə onun cavabdehin zamini olaraq kreditor qarşısında məsuliyyəti yaranmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş 3896,51 manat bank xərci 2021-ci il tarixdə onun tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda cavabdehin 29 avqust 2014-cü il tarixli, 667xx.xx.2014 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu yoxdur. Odur ki, iddiaçı cavabdehin öhdəlikləri üzrə "xxxx" ASC-yə onun tərəfindən ödənilmiş 3896,51 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 59 manat pul vəsaitini tələb edir. Məhkəmə gedişi ərəfəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" ASC-nin məhkəmənin hazırlıq iclasında iştirak etmiş nümayəndəsi X1 borc məbləğinin iddiaçı-zamin tərəfindən ödənildiyini bildirmiş, məhkəmənin baxış iclasında iştirak etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 667-xx.xx.2014- Yev58 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) ilə "xxxx" ASC arasında bağlanmış 29 avqust 2014-cü il tarixli, 667-xx.xx.2014 nömrəli kredit müqaviləsinə əsasən 8500 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin qismində çıxış edən iddiaçı (zamin) borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Müqavilənin 3.3-cü bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 gün müddətində icra edilməlidir. Müqavilənin 4.2.1 və 4.2.2-ci bəndlərinə görə borclunun zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə kreditordan bildiriş aldığı zamandan 3 (üç) gün müddətində zamin borclunun öhdəliyini icra etməlidir. Bu müqavilənin 4.2.1-ci bəndində nəzərdə tutulan müddətdə zamin borclunun öhdəliyini icra etmədikdə hər gecikdirilmiş gün üçün kredit müqaviləsində nəzərdə tutulan məbləğdə dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 6.1.1-ci maddəsinə əsasən borclu 29 avqust 2014-cü il tarixli 667xx.xx.2014 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, kreditor zaminliklə təmin edilmiş öhdəliyin icrasını təmin etməyi zamindən tələb edə bilər. Müqavilənin 7.3 və 7.4-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Yevlax filialı tərəfindən verilmiş L- 34100/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan, eləcə də ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC (Yevlax filialı) ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2014-cü il tarixli, 667-xx.xx.2014 nömrəli kredit müqaviləsindən irəli gələn 3176,75 manat məbləğində pul vəsaiti bankla iddiaçı arasında bağlanmış sözügedən zaminlik müqaviləsinin 6.2.2-ci maddəsinə əsasən zaminin hesabından akseptsiz qaydada müxtəlif tarixlərdə silinmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bank ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, Bank tərəfindən sözügedən kredit müqaviləsindən irəli gələn 3176,75 manat məbləğində pul vəsaiti zaminlik müqaviləsinin 6.2.2-ci maddəsinə əsasən zaminin hesabından akseptsiz qaydada müxtəlif tarixlərdə silinmişdir. Bank tərəfindən verilmiş arayışdan və hesabdan çıxarışdan görünür ki, müvafiq kredit müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh məhkəmə bildirişini alsa da məhkəmə iclasına gəlməmiş, məhkəməyə zaminin borclu ilə müqaviləsində hər hansı ayrı qaydanın nəzərdə tutulduğunu və onlar arasında münasibətlərdən ayrı qaydanın irəli gəldiyini təsdiq edən, ümumiyyətlə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3176,75 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı digər hissədə tələbinin əsasını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 51,77 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 3176,75 (üç min bir yüz yetmiş altı manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 51,77 (əlli bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5460/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5460/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver