Məhkəmə qərarları › İş №2(125)-548/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-548/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-548/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment pulunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından bir uşaq – xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş Mərdin atası olması faktının müəyyən edilməsi, uşağın doğum akt qeydində soyadının Qarayev, ata qrafasında atasının Cavabdeh kimi qeyd edilməsi, xx.xx.2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023cü il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-1175/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-599/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 3(076)- 1175/2024 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 3(076)-1175/2024 nömrəli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh ilə xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuş, birgə evlilikdən xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Birgə nikahdan olan uşağı onun himayəsində qalmışdır. Uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən uşaq üçün ayda 120 manat miqdarında alimentin tutularaq ona verilməsi müəyyən olunmuşdur. Hazırda 120 manat miqdarında aliment pulu uşağın saxlanılması üçün yetərli deyil, uşağın saxlanılmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşağa tək baxır, cavabdeh uşağın saxlanılmasında ona əlavə heç bir köməklik etmir. Uşağa tək baxmağa imkanı yoxdur, cavabdeh də uşağına baxmağa borcludur. Cavabdeh kifayət qədər gəlirə malikdir, onun uşağının saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan əlavə uşaq böyümüş və xərcləri çox artmışdır. Həmçinin, qanunun tələbindən də bilindiyi kimi uşaqlar üçün yaşayış minimumu xeyli artıb. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o heç bir yerdə işləmir. Bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin X1 filialının 03 dekabr 2024-cü il tarixli arayışı da təsdiq edir. Şəmkir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(076)-2330/2019 nömrəli qətnaməsi ilə həmin tarixdən başlayaraq 06 dekabr 2018-ci il təvəllüdlü oğlu Mətin Qarayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ondan alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsi ilə 11 yanvar 2023-cü ildən başlayaraq 25 mart 2020-ci il təvəllüdlü oğlu Mərd Qarayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin ondan alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamələr üzrə aliment borclarını ödəyə bilmədiyindən Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 3(076)-1175/2024 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişdir. Qohumlarının və yaxınlarının maddi köməkliyi ilə yığılmış aliment borcunun bir hissəsini ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 3(104)-599/2024 nömrəli qərarı ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Şəmkir Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 3(076)- 1175/2024 nömrəli qərarı ləğv edilmiş, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilərək, inzibati iş üzrə icraata xitam verilmişdir. Hazırda qohumlarının və yaxınlarının ona verdikləri borc pulu qaytarmaqda da çətinlik çəkir. Hesab edir ki, onun ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Hətta maddi vəziyyəti daha da pisləşmişdir. Ona görə də, yuxarıda göstərilənlər nəzərə alınaraq mülki iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, başqa nikahdan olan övladı üçün də aliment ödəyir. Həmçinin öhdəliyində xəstə anası var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış “Məşğulluq haqqında arayış”dan görünür ki, cavabdeh, X1 filialında işsiz statusu ilə qeydiyyatdadır, statusun verilmə vaxtı xx.xx.2024-cü il tarixi olmaqla, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədəkdir. Belə ki, alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, hazırda cavabdehdən iddiaçının xeyrinə faktiki nikahdan doğulmuş uşağına görə hər ay sabit pul məbləğində 120 manat aliment tutulur və həmin alimentin tutulması Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin iddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-2194/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin çıxarılmasından sonra hazırda alimentin məbləğinin artırılması barədə yenidən iddia ərizəsi ilə müəraciət emtiş, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixdən sonra onun, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşağın xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin maddi vəziyyətinə gəldikdə isə, o, məhkəmə iclasında izahat verərək bildirmişdi ki, başqa nikahdan olan övladı üçün də aliment ödəyir. Eyni zamanda, işin halları ilə müəyyən edilir ki, cavabdeh, X1 filialında işsiz statusu ilə qeydiyyatdadır. Həmçinin, sözügedən mülki iş üzrə qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən sonra onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Məhkəmə, həmçinin iddiaçının “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 235 manat məbləğində olmasına görə alimentin artırılması barədə dəlili ilə bağlı qeyd edir ki, həmin Qanuna əsasən uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 235 manat olması, işin digər halları nəzərə alınmadan, alimentin artırılmasına əsas verə bilməz. Belə ki, yaşayış minimumunun müəyyən edilməsi məqsədi ölkə üzrə yaşayış səviyyəsi meyarının müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq aşağı yaşayış səviyyəsinin artırılmasının prinsip və qaydalarının müəyyən edilməsindən ibarətdir. Ona görə də, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması alimentin müəyyən edilmiş əvvəlki məbləğinin artırılması üçün mütləq şərt hesab edilə bilməz. Alimentin məbləğinin artırılmasının yeganə hüquqi əsası isə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsasında hazırkı iddia üzrə alimentin məbləğinin artırılması üçün hər hansı əsaslar mövcud deyildir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar