Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5489/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 borclu olduğu 5275 manat pulun,Cavabdeh1 borclu olduğu 200 manat pulun və məhkəmə hesabına ödədiyi məhkəmə xərcinin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh2 bacısıdır. Digər Cavabdeh1 isə onun qapı bir qonşusunun oğludur. Münasibətləri çox yaxşıdır. Aralarında bir-birlərinə qarşı inam olmuşdur. Bacısı ilə daim münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə bacısı evində tikinti və təmir işləri gördürmüşdür. O, bir bacı kimi onda saxlanc pul olmasını bilmişdir. xx.xx.2019-cu ildə Cavabdeh2 ona bildirmişdir ki, ustalara və materiallara pulu çatmır. Lotereya oynayır, növbəsinə hələ var, ona görə də, ona borc pul versin bu işlərini yoluna qoysun. Lotereyanı alanda ona olan borcunu qaytarar. Cavabdeh bacısı olduğundan bundan imtina edə bilməmişdir. Məcburiyyət qarşısında qalıb, razılaşmışdır. Həqiqət ondan 3500 manat borc almışdır. Bacısı elə onun yanında ustaların pulunu vermiş, qalanına da, material alacağını demişdir. Bundan sonra bacısı oğlu Rasimə və kürəkəni Tofiqə təcili pul lazım olduğundan ondan onların adından 500 manat pul almışdır. Həmin puldan 305 manatını bacısı ilə birlikdə kəndə gedən zaman yolda qaytarmışdır. 275 manatını bu günə kimi bacısı qaytarmamışdır. Hazırda bacısının ona ümumilikdə 5275 manat borcu vardır. 2019-cu ilin noyabr ayında iş üzrə digər cavabdeh olan, bacısı oğlu Rasimin qonşuluqda yaşayan dostu Cavabdeh1, bacısı və bacısı oğlu vasitəsi ilə ondan bir həftə ərzində qaytarmaq şərti ilə pul istəmiş və bildirmişdir ki, təcili ona pul lazımdır. O, vermək istəmədikdə bacısı demişdir ki, yaxşı insandırlar, bir həftəyə verəcək. O da, bacısının xətrinə razılaşmışdır. Elə həmin günü bacısı oğlu ilə Vüqar pulu gəlib evindən götürmüşdürlər. Pulu verəndə demişdir ki, bir həftəlik verir. Vüqar pulu qaytaran zaman 1500 manatını bacısı Həqiqətə vermişdir ki, ona versin. Həqiqət də, ona demişdir ki, həmin pulu xərcləmişdir. Lotereyanı alanda, aldığı borcla birlikdə hamısını qaytaracaqdır. O da, razılaşmışdır. Vüqarın ona verəcəyi 1000 manat pulu isə həm özü hissə-hissə olmaqla, həm də anasının pensiya kartını ona verdiyindən kartdan pul çəkmək şərti ilə 2023-cü ilin yanvar aından iyun ayına kimi 800 manata almışdır. Pulun 200 manatı qalanda Vüqarın anası kartı bağlatdırmış və özü də, pulu ödəməməmişdir. Buna görə də, onlara gedib, anasına demişdir ki, Vüqara de, pulun 200 manatını da versin. Bu dəfələrlə təkrar olunsa da, Vüqar onun sözlərinə əhəmiyyət verməmiş, nə də telefonunun zənginə cavab verməmişdir. Məcbur olub bacısı Həqiqətin nömrəsi ilə elə bacısının yanında Vüqara zəng vurmuşdur. Telefonu açanda onun olduğunu bilən kimi, ona qarşı söyüşlər işlətdiyi üçün, o da, məcbur olub, 102 xidmətindən istifadə etmişdir. Sonradan polisə dəvət edilərək ondan ərizə, daha sonra isə izahatlarını almışlar. Araşdırmanın yekununda isə xx.xx.2023-cü il tarixli məktubla ona bildirmişlər ki, mülkü iş olduğundan bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etməlidir. Həmin vaxt Cavabdeh1 bildirmişdir ki, həqiqətən ona 200 manat borcu var, hissə-hissə ödəyəcək. Lakin bu günə kimi həmin borcu ödəməmişdir. O isə çıxılmaz vəziyyətdə qalmışdır. Bundan əlavə cavabdehlərin hərəkəti üzündən məhkəməyə dövlət rüsumu da ödəmişdir. Həmin məbləğin də, cavabdehlərdən alınıb, ona verilməsini istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçıdan sələmə borc almışdır. Həmin pulu anası X4 pensiya kartından 7 ay müddətində, yəni 2023-cü ilin yanvar ayından iyul ayınadək ödəmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, iddiaçı onun bacısıdır. Bacısından pul alsa da, qaytarılmışdr. Bacısı Nəhayət oğlunun dostu olan Vüqara 2500 manat borc vermişdir. Vüqar həmin puldan 1500 manat ona qaytarmışdır. Qalan pulu isə özü qaytarmışdır. İddiaçıya 300-350 manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil iddianın qismən təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı Cavabdeh2 pul verilməsində iştirak etməmişdir. Ancaq Nəhayət xanım telefonla bacısı Həqiqət ilə danışanda ondan borcunu qaytarmasını tələb etdiyinin şahidi olmuşdur. Nəhayət xanım ona demişdir ki, bacısı Həqiqətə 5200 manat pul vermişdir. Bibisi Həqiqət isə dəfələrlə onun yanında lotereya oynadığını və pulu götürən kimi Nəhayətin pulunu qaytaracağını bildirmişdir. Amma hansı məbləğdə pul qaytaracağını deməmişdir. X12 pul verməsini görməmişdir. Lakin eşitmişdir ki, bibisi Nəhayət Vüqara sələmə pul vermişdir. Nə qədər pul verilməsini bilməmişdir. Sonuncu dəfə bibisi Nəhayətin xahişi ilə Vüqardan 40 manat pulu almış, Vüqar bibisi Nəhayətə 200 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh2 onun bacısıdır. Bacısı İddiaçı ona müraciət etdiyi üçün, bacısı Cavabdeh2 oğlu Davuda maşın almaq üçün bacısı İddiaçı vasitəsilə 6200 manat kredit pul götürüb vermişdir. Bacısı Nəhayət 6200 manatı bacısı Həqiqətin oğlu Davuda verdiyini bildirmişdir. Kreditin yarı hissəsi Həqiqət tərəfindən ödənilmişdir. Sonra Həqiqət ödəmədiyindən yarı hissəsini bacısı İddiaçı ödəyib krediti bağlamışdır. Həmin puldan əlavə bacısı Nəhayətdən bacısı Həqiqətə mətbəx tikdirmək üçün 3000 manat pul verdiyini eşitmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh2 xalasıdır. Cavabdeh1 xalası həqiqətin oğlunun dostudur. Telefonda danışan zaman eşitmişdir ki, xalası Nəhayət xalası həqiqətə 5275 manat borc vermiş, xalası Həqiqət isə həmişə lotereya oynayaraq borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X2 onun anasıdır. İddiaçı borcla bağlı anası Həqiqətlə danışmış və evdə bu haqda söhbət etmişlər. X9 nə qədər borc verdiyini bilməmişdir. Anası Həqiqət hər ay bacısı Nəhayətə pul ödədiyini bildirmişdir. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də Cavabdeh1 verdiyi izahatın surətindən görünür ki, o, iddiaçı X1 1500 manat almış, həmin puln qaytarmışdır. Ondan Nəhayət faiz dediyinə görə 200 manat faizə görə borcu qalmışdır. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçı X1 2500 manat borc almışdır. Həmin puldan 1000 manatını ona qaytardığını, 1500 manatını isə qaytarmamışdır. Nəhayət həmin pulu istədikdə aralarında mübahisə yaranmışdır. İşdə olan Azərbaycan Beynəlxalq bankının X4 adına verilmiş çıxarışdan görünür ki, X6 xx.xx.2023-cü ildə 259.99 manat, xx.xx.2021-ci il tarixdə 260.00 manat pensiya almışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 2500 manat borc verdiyini, həmin puldan Cavabdeh1 1500 manatını Cavabdeh2 verdiyini, 800 manatını qaytardığını, 200 manatını qaytarmadığını, bundan başqa bacısının ümumilikdə ona 5275 manat borcunu qaytarmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi borc tələbi ilə bağlı olduğundan tərəflər arasında yaranmış münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddia tələbinin Cavabdeh1 200 manat tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində Cavabdeh1 2500 manat borc verdiyini, həmin borcdan Cavabdeh1 tərəfindən 1500 manatının bacısı Cavabdeh2 verildiyini, qalan 1000 manatın isə 800 manatını Cavabdeh1 anasının kartından çıxardığını, 200 manatını isə qaytarmadığını bildirmişdir. Həmçinin iddiaçı cavabdehin anasının kartından 06 ay ərzində pul çıxardığını qeyd etmişdir. İşdə olan Azərbaycan Beynəlxalq bankının X3 adına verilmiş çıxarışdan görünür ki, X6 xx.xx.2023-cü ildə 259.99 manat, xx.xx.2021-ci il tarixdə 260.00 manat pensiya almışdır. Bu baxımdan iddiaçının Cavabdeh1 kartından 06 ay ərzində pul çıxardığını nəzərə alsaq, Cavabdeh1 iddiaçıya olan 1000 manat borcunu ödəmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə təmim edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 5275 manat pulun alınıb iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh2 5275 manat verdiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş şahidlər isə iddiaçının Cavabdeh2 borc verməsində iştirak etmədiklərini, yalnız eşitdiklərini bildirmiş və borcun məbləği ilə bağlı ziddiyətli ifadələr vermişlər. Bu baxımdan məhkəmə şahid ifadələrini inandırıcı hesab etməmişdir. Cavabdeh2 izahatında digər Cavabdeh1 iddiaçıya verməli olduğu 1500 manatı iddiaçıya verdiyini qeyd etsə də, həmin borcu iddiaçıya qaytarmasını təsdiqləyəcək sübutları təqdim edə bilməmişdir. Bu baxımdan, iddia tələbi Cavabdeh2 münasibətdə qismən, yəni 1500 manat hissəsində əsaslı olduğundan qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 1500 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 73 manat dövlət rüsumunun 20(iyirmi) manatı Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1500.00 (bir min beş yüz) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5489/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5489/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver