Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5501/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, cavabdehdən ona verdiyi 50.550 (əlli min beş yüz əlli) manat pulun və mənəvi ziyanın əvəzi olan 10.000 (on min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3563/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 42650 manat (qırx iki min altı yüz əlli) manat və 1 ədəd 13 qram çəkidə sep, həmin sep naturada mövcud olmadığı halda isə onun dəyəri olan 1.000 manat məbləğində pul, ümumilikdə (1 ədəd 13 qram çəkidə sep naturada mövcud olmadığı təqdirdə) 43.650 (qırx üç min altı yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manatın tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1341/22 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı 42.650 manatın və ümumilikdə (1 ədəd 13 qram çəkidə sep naturada mövcud olmadığı təqdirdə) 43.650 manat tutulub iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilmiş, həmin hissədə cavabdeh hissədə İddiaçı tutulacaq məbləğ 36.650 manat, ümumilikdə (1 ədəd 13 qram çəkidə sep naturada mövcud olmadığı təqdirdə) 37.650 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5343/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(104)-1341/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəti olmaqla qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək Cavabdeh 49750 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə biznes əsnasında tanış olmuşdur. Qızıl-zinyyət əşyaların alqı-satqısı ilə məşqul olan cavabdeh biznesinin dövriyəsini və müvafiq olaraq ondan əldə olunan gəliri artırmaq məqsədiiə işə əlavə vəsait qoyulmasını bildirərək ona cəlbedici təklif etmişdir. Təklifin məzmunu tərəfindən böyük məbləğdə pul vəsaiti və qızıl-zinyyət əşyalarını cavabdehə borc şəkilində etibar edib cavabdehin əldə edəcəyi gəlirdən müəyyən hissəsini ona verilməsindən ibarət olub. Bu məqsədlə bir neçə tanış və qohumlardan pul və qızıl alaraq cavabdehə vermişdir. Həmin şəxsləri pul və qızılların cavabdehə hansı məqsədlə verilməsi barədə ətaflı məlumatlandırmışdır. Qeyd olunan şəxslər və onların verdikləri pul və qiymətli əşyalar (qızıl): X8-15700 (on beş min yeddi yüz) manat dəyərində qızıl; X2-11350 (on bir min üç yüz əlli) manat pul; X6-3500 (üç min beş yüz) manat dəyərində qızıl; X3-14200 (on dörd min iki yüz) manat pul. X4 -5000 (beş min) manat pul; cavabdehə verilən pul və qizıl əşyaların ümumi dəyəri 49750 (qırx doqquz min yeddi yüz əlli) Azərbaycan manatı təşkil edir. Cavabdehdən pul və qızıl əşyaları tələb etməyinə rəğmən onun tərəfindən böhtan atılaraq aralarında heç bir hesabın olmaması bildirilmiş borcun qaytarılmasından imtina edilmişdir. o, 2020-ci ilin iyul-avqust aylarında Cavabdeh ilə təsadüf nəticəsində tanış olmuş və söhbət əsnasında Pərvanə başa düşdü ki o, xırda-para qızıl alveri ilə məşqul olur. Pərvanə ona təklif etdi ki maddi imkanın var gəl birlikdə çalışaq və o razılaşmış işləməyə başlamışlar.Yeni vaxtlar normal işləmişlər, onunla birlikdə aparıb qızılları Gəncə şəhərində texnologiya universitetinin yanında bir binaya verirdi, onu isə ora getməyə qoymayırdı ki, özüm həll edəcəm. Həmin adamı o, görməmiş və kim olduğunu bilmirdi. Pərvanə bir gün ona demişdir ki, sənin tanışların varsa onlardan qızıl və pul götürək və işimizi genişləndirib çoxlu pul qazanaq. Pərvanə ilə birlikdə Reyhan gilə getmişlər, o xahiş etmişdir Reyhan xaladan ki Pərvanəyə pul ver. O, bir dəfə verdi və vaxtında onun vasitəsi ilə qaytarmışdır, ikinci dəfə isə Reyhan xala 14200 manat pulu verib dedi ki mən səni tanıyıram pul qayıtmasa səndən alacam. O, Reyhanın yanında pulu Pərvanəyə vermiş və pulu qaytaracağını bildirmişdir. Sonra Vahidə xalagilə getmiş oda eyni Reyhan kimi onun vasitəsi ilə Pərvanəyə 11350 manat pul vermişdir, o isə pulu qaytaracağını bildirmişdir. Bu üsulla Natelladan da 5000 manat alındı. Nurlananın evinə getmişlər Pərvanə xahiş etdiki evdə problem yaranıb kömək et qızıllarını ver problemləri həll edib gətirib qaytaracağını bildirmiş, Nurlana isə 3500 manat dəyərində qızıllarını verdi Pərvanəyə. Elvin qızıl alveri edir onun qonşusudur. Elvinin gözü qarşısında 15700 manat dəyərində qızılları Pərvanəyə vermişdir. Bir müddət sonra Pərvanədən bu adamların pul və qızıllarının qaytarılmasını tələb edəndə, Pərvanə cavab olaraq bildirdi ki, onun heç kimə borcu yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın əsassız olduğunu və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun xeyrinə pulun tutulmasının ləngidilməsi məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət edildiyini bildirdi. Cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (1092.3). Hazırkı iş üzrə iddiaçı hüquqi əsas olmadan əldə edildiyi üçün cavabdehdən pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı tələbinin faktiki əsaslarına dair hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı hüquqi əsaslar qismində istinad etdiklərinə müvafiq olaraq, borc münasibəti əsasında və (ya) mülki hüquq pozuntusu nəticəsində cavabdehdən pul məbləğinin tutulmalı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddia ərizəsində sadalanan şəxslərin adına olan şəxsiyyət vəsiqələrinin surətlərinin məhkəməyə təqdim edilməsi iddianın əsaslılığına dair sübut hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5501/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5501/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver