Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5541/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1070,13 USD əsas, 0 USD faiz, 0 USD cərimə, 0 USD komisyon haqqı borcu olmaqla, cəmi 1070,13 USD borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 38,20 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3000 USD məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə X3 vərəsəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum həyat yoldaşı X5 ilə iddiaçı olan bank "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3000 USD məbləğində kredit verilmişdir. Lakin, həyat yoldaşı Müzadil Rüstəmov 26 mart 2015-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-1-46 reyestr nömrəli, 07 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o və digər cavabdeh olan övladları Cavabdeh2 və Cavabdeh3 mərhum həyat yoldaşının vərəsələri kimi tanınmışlar və mərhum həyat yoldaşından qalmış miras əmlakı qəbul etmişlər. "xxxx" X8 Səhmdar Cəmiyyəti isə 8 il sonra hazırki tələblə məhkəməyə müraciət müraciət etmişdir. Belə ki, bank qanunvericilikdə müəyyən edilmiş müddət ərzində iddia qaldırmamış və iddia müddətini ötürmüşdür. Odur ki, "xxxx" X8 Səhmdar Cəmiyyətinin hazırki iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bu barədə məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Unibank» KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11739nkKPZ/14 nömrəli kredit müqaviləsindən görünür ki, X4 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3000 USD məbləğində kredit verilmişdir. 06 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" X8 Səhmdar Cəmiyyətinin müştərisi olan X3 11739nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə 06 iyul 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 1070,13 USD əsas, 0 USD faiz, 0 USD cərimə, 0 USD komisyon haqqı borcu olmaqla, cəmi 1070,13 USD borcu vardır. AZ-İ seriyalı, 743740 nömrəli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 27 mart 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 mart 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2015-ci il tarixdə 391 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölümdür. 29 noyabr 2022-ci il tarixli "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanlanmış məktubunda bildirilmişdir ki, "xxxx" KB ASC-nin müştərisi olan X5 vəfat etmişdir. Lakin, mərhumun Banka ödənilməmiş kredit borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından əldə edilən məlumata əsasən mərhumun miras qalmış əmlakı barədə vərəsəlik əməliyyatı Gəncə şəhəri 6 saylı Notariat Ofisində aparılmışdır. Lakin, AR Ədliyyə Nazirliyi “Elektron xidmətlər” portalında vərəsənin kimliyi və miras əmlakın həcmi barədə məlumat verilməmişdir. Odur ki, kredit borcu tələbi ilə bağlı tədbirlərin davam etdirilməsi üçün qeyd olunan şəxsin əmlakı üzərində vərəsənin (vərəsələrin) kimliyi (ünvan göstərilməklə), miras əmlakın həcmi və qəbul edilmə tarixi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 04 dekabr 2022-ci il tarixli, 913 nömrəli məktubunda "xxxx" KB ASC-yə bildirilmişdir ki, 26 mart 2015-ci il tarixdə vəfat etmiş X3 adına olan əmlaklara dair Gəncə şəhəri 6 saylı notariat ofisində 07 sentyabr 2015-ci il tarixdə 2-1-46 reyestrdə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X3 vərəsələri arvadı - Cavabdeh1, qızı - Cavabdeh2, oğlu - Cavabdeh3dur. 13 yanvar 2023-cü il tarixli "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanlanmış məktubunda bildirilmişdir ki, "xxxx" KB ASC-nin müştərisi olan X5 vəfat etmişdir. Lakin, mərhumun Banka ödənilməmiş kredit borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından əldə edilən məlumata əsasən mərhumun miras qalmış əmlakı barədə vərəsəlik əməliyyatı Gəncə şəhəri 6 saylı Notariat Ofisində aparılmışdır. Lakin, AR Ədliyyə Nazirliyi “Elektron xidmətlər” portalında vərəsənin kimliyi və miras əmlakın həcmi barədə məlumat verilməmişdir. Odur ki, kredit borcu tələbi ilə bağlı tədbirlərin davam etdirilməsi üçün qeyd olunan şəxsin əmlakı üzərində vərəsənin (vərəsələrin) olub-olmaması, olduğu təqdirdə məhkəməyə iddia icraatı qaydasında müraciət edilməsi üçün vərəsənin (vərəsələrin) ünvanı, mülki hüquq fəaliyyət qabiliyyətinin müəyyən edilməsi üçün doğum tarixinin (və ya şəxsiyyət vəsiqələrinin surətinin), həmçinin miras əmlakın həcmi və qəbul edilmə tarixi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 18 yanvar 2023-cü il tarixli, 59 nömrəli məktubunda "xxxx" KB ASC-yə bildirilmişdir ki, X1 adından Gəncə şəhəri 6 saylı notariat ofisində 07 sentyabr 2015-ci il tarixdə vərəsəlik işi açılmışdır. X1 vərəsələri xx.xx.2015-ci il tarixdə 2V-1-46 reyestrdə qanun vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında arvadı: ünvan 2 ünvanında qeydiyyatda olanlar Cavabdeh1 və uşaqları: Cavabdeh2, Cavabdeh3n miras əmlakdan bərabər hissələrlə irs almışdırlar. 14 fevral 2023-cü il tarixli "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-1-46 reyestr nömrəli, 07 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 mart 2015-ci ildə vəfat etmiş X3 vərəsələri ünvan 2-də yaşayanlar arvadı - Cavabdeh1 və uşaqları: Cavabdeh2, Cavabdeh3 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş, 1179 nömrəli xx.xx.2015-ci il tarixli arayışa (forma 1) və 22186 saylı xx.xx.2016-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv,m olan, sahəsi 30,8 kv,m olan 2 (iki) yaşayış otağından və sahəsi 26,6 kv,m olan yardımçı sahədən ibarət mənzildən ibarətdir. RX seriyalı, ******* nömrəli, **********57-05101-093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti onlara qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə mərhum arasında 11 dekabr 2014-cü il tarixdə 24 ay müddətinə illik 28 faiz dərəcəsi tətbiq edilməklə kredit müqaviləsi bağlanmışdır. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və 2015-ci il tarixdə vərəsəlik işi açılaraq ondan qalmış Gəncə şəhəri, bina 24B, mənzil 3 vərəsələr tərəfindən qəbul edilmişdir. İddiaçı təşkilat isə 8 il sonra kredit borcuna dair hazırki tələblə məhkəməyə müraciət etmişdir. Kredit təşkilatı vaxtında hərəkətsizlik və intizamsızlıq edərək vərəsəlik işinin açılması barədə məlumat əldə etməmiş, məhkəməyə müraciət etməyibsə bunun günahını elə onların özündə axtarmaq lazımdır. İddia müddətinin tətbiq edilməsinin məqsədi elə tərəfləri intizamlandırmaqdan ibarətdir. Odur ki, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin onlara qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı bankla X2 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. X5 26 mart 2015-ci il tarixində vəfat etmişdir. Lakin, mərhumun Banka ödənilməmiş kredit borcu qalmışdır. Onun vəfatından sonra miras qalmış əmlaka cavabdehlərin miras payı müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı olan bank "xxxx" X8 Səhmdar Cəmiyyəti X1 vərəsələrinə qarşı iddia qaldıraraq cavabdehlərdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar, iddia müddətinin keçməsini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, iddiaçı bank olan "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə X2 arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixində illik 28 faiz ödəmək şərti ilə 24 ay müddətinə bağlanmış, X2 26 mart 2015-ci il tarixdə vəfat etmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti, yəni icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Gəncə şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-1-46 reyestr nömrəli, 07 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. İddiaçı bank isə mərhumun vərəsələrinə qarşı xx.xx.2023-cü il tarixində mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmalı və iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 38,20 (otuz səkkiz manat iyirmi qəpik) AZN məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddiası, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 38,20 (otuz səkkiz manat iyirmi qəpik) AZN dövlət rüsumu iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5541/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5541/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver