Məhkəmə qərarları › İş №2(125)-556/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-556/2023

29.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-556/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun tərəfindən nağd şəkildə Cavabdeh borc olaraq verdiyi ümumilikdə 8100 (səkkiz min yüz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 101 (bir yüz bir) manat və xidmət haqqı olaraq tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh yoldaşının bibisi nəvəsidir. Uzun illər aralarında yaxşı münasibət və inam olmuşdur. Onu yaxşı tanıdığı üçün həmişə onun səmimiyyətinə və dürüstlüyünə inanmışdır. Cavabdeh 2020-ci ilin dekabr ayının 10da gün ərzində 2 dəfə 500 manat və 1600 manat və 2021-ci ilin iyun ayının 5-də 6000 manat olmaqla ümumilikdə 8100 (səkkiz min yüz) manat ondan borc pul götürmüşdür. Cavabdeh götürdüyü pulları öz xətti və imzası ilə təsdiq etmişdir. Beləliklə, cavabdehin ona 8100 (səkkiz min yüz) manat məbləğində borcu yaranmışdır. O, Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində borcunu qaytarmasına dair dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan yayınaraq onun tərəfindən dolayı yollarla imtina edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda cəmi 8100 manat məbləğində pulu borc götürmüş, həmin pulları götürməsi və qaytaracağı ilə bağlı xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərə imza atmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində də həmin qəbzlərdəki yazıların və imzaların Cavabdeh tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Əlavə ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Belə ki, hazırki ekspert rəyində iş üzrə əhəmiyyətli olan bütün hallar öz əksini tapmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ehtiyacı olduğu üçün borc pul götürmüş və həmin pulun 1100 manatı ödəmişdir. Hazırda iddiaçıya 2500 manat borcu qalmışdır. Lakin, İddiaçı ona olan borcu faizə çevirmişdir. Həmçinin İddiaçı atasının ona olan borcunu da ondan tələb edir. Onun iddiaçıya 8100 manat məbləğində borcu yoxdur. Bu borc həddindən artıq şişirdilmiş və reallığı əks etdirməyən rəqəmdir. Ümumiyyətlə o, İddiaçı göstərilən məbləğdə pul almamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də razı deyildir. Həmin qəbzlərdəki imzalar onun tərəfindən icra edilməmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı tələb etdiyi məbləğdə pulu borc almamış və ona birmənalı şəkildə belə qəbzlər verməmişdir. Cavabdeh ehtiyacı olduğu üçün iddiaçıdan borc almış, həmin borc məbləğindən 1100 manatı iddiaçıya qaytarmış və hal-hazırda iddiaçıya 2500 manat borcu qalmışdır. İddiaçı cavabdehin atasının borcunu da cavabdehdən tələb edir. Cavabdeh, iddiaçının 8100 manat məbləğində borcun olması ilə bağlı məhkəmə sübut kimi təqdim etdiyi qəbzləri imza etməmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də razı deyildir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 15 avqust 1969-cu il tarixdə doğulmuşdur. AZE seriyalı, 16890449 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxx 1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Elmira müəllimədən 500 manat almış və 500 manat verəcəyi vardır. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Elmira müəllimədən 1600 manat götürmüş və 1 aya qaytaracaqdır. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 tez bir zamanda qaytarmaq şərti ilə 6000 manat pul götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-9-10-cu vərəqələrində olan xx.xx.2020-ci il tarixli 2 ədəd və xx.xx.2021-ci il tarixli 1 ədəd qəbzlərdəki yazılar və imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 104 manat təşkil edir. Kapital Bank ASC-yə məxsus xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia qaldırmaq üçün ödəniş hökumət portalına 101 (bir yüz bir) manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli 185410 nömrəli qəbzdən görünür ki, hüquqi xidmətin göstərilməsinə görə İddiaçı tərəfindən NANBA LTD MMC-yə 100 (bir yüz) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 8100 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni qəbzləri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlər ilə müəyyən olunur ki, 8100 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 8100 manat məbləğində pulun borc verilməsi ilə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdəki yazıların və imzaların cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyində ekspertizaya təqdim edilmiş, mülki işin 8-9-10-cu vərəqələrində olan xx.xx.2020-ci il tarixli 2 ədəd və xx.xx.2021-ci il tarixli 1 ədəd qəbzlərdəki yazılar və imzaların Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Belə olduğu halda iddiaçı tərəfindən 8100 manat məbləğində pulun cavabdehə verilməsi tam sübut olunmuşdur. Lakin, cavabdeh, borc kimi aldığı pulu iddiaçıya qaytarmasını, yaxud iddiaçının tələb etdiyi pulun bir hissəsinin onun atasına məxsus borc olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 8100 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, 8100 (səkkiz min yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə əlavə ekspertiza keçirilməsi barədə xahişlərinə dair ayrıca akt şəklində qəbul etdiyi qərardadında qiymət verərək qeyd etmişdir ki, ekspert rəyində hazırki iş üzrə əhəmiyyət kəsb edən suallara cavab verilmiş, ekspert rəyi tam və aydın olmaqla, rəydə hər hansı şübhə və anlaşılmazlıq mövcud deyildir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası cavabdehin vəsatəti əsasında keçirilmiş, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1457 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyini sübut növü kimi qəbul etmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə məhz bu səbəbdən cavabdehin və onun nümayəndəsinin əlavə ekspertiza keçirilməsi barədə xahişlərini əsassız xahiş kimi nəzərə almaqla, buna zərurət olmadığını qeyd etmişdir. Həmçinin təqdim edilmiş CD diskdə olan səs yazıları ilə bağlı məhkəmə qeyd edir ki, həmin səs yazıları ilə cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qaytarması yaxud qəbzlərin və alınan pul məbləğini şübhə altına alan hər hansı hal sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, CD diskdə olan səs yazıları iddianın rədd yaxud qismən təmin edilməsinə yönələn sübut kimi hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu və hüquqi xidmətin göstərilməsinə görə NANBA LTD MMC-yə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 104 (bir yüz dörd) manat Cavabdeh tutularaq, AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8100 (səkkiz min yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı Cavabdeh alınıb İddiaçı ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 104 (bir yüz dörd) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar