Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5561/2023 21.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və girovda olan əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı » Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 05 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2104,99 ABŞ dolları əsas borc, 1251,45 ABŞ dolları faiz borcu, 3270,43 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1113,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8190,19 ABŞ dolları kredit borcunun və 131,77 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin X2 məxsus 1 ədəd 20,5 qram çəkidə boyunbağı, 1 ədəd 15,8 qram çəkidə qolbaqdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, X4 05 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 28 faizlə 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X4 ilə xx.xx.2013-cü il tarixli girov müqaviləsi bağlanaraq mülkiyyətindəki 1 ədəd 20,5 qram çəkidə boyunbağı, 1 ədəd 15,8 qram çəkidə qolbaqdan ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1068 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh1 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır.Kredit müqaviləsi üzr cəmi borc 8190,19 ABŞ dolları təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, məhkəməyə ərizə təqdim edərək, iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən X2 illik 28 faizlə, 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, kreditin son ödənilmə tarixi xx.xx.2014-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcalan X4 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, X4 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 10000 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 nömrəli girov müqaviləsindən görünür ki, X4 xx.xx.2013-cü il tarixli, 10-M-2-0-400-13 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi özünə məxsus 583 əyyarlı ümumi çəkisi 20,5 qram olan bir ədəd boyunbağı və 583 əyyarlı ümumi çəkisi 15,8 qram olan 1 ədəd qolbağdan ibarət qızıl-zinət əşyalarını "xxxx" İKB ASC-yə (hazırkı İddiaçı ASC) girov qoymuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2104,51 ABŞ dolları əsas borc, 1251,45 ABŞ dolları faiz borcu, 14881,72 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1113,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19351,48 ABŞ dolları məbləğində borc qalmaqla, sonuncu ödəniş xx.xx.2019-cü il tarixdə həyata keçirilmişdir. 1 saylı Gənrə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1068 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X1 adına ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gənrə Regional “ASAN xidmət” mərkəzində vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş hallarından görünür ki, kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmaqla müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2019-cu il tarixdə həyata keçirilsə belə iddia müddəti keçmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və girovda olan əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 –cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və girovda olan əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5561/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5561/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver