Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-557/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Gəncə şəhəri üzrə İcra idarəsi) “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, X4 və İddiaçı ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. X1 İradə Firuddin qızına qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Heydər Əliyev prospekti 37 nömrəli binanın 4-cü mənzilinə istifadə hüququnun itirilməsi və onun mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-463/2016-cı il tarixli, 2(043)-463/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. xx.xx.2017-ci il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən məhkəmə qətnaməsi icra edilərkən Gəncə şəhəri, Heydər Əliyev prospekti 37 nömrəli binanın 4-cü mənzilindən Cavabdeh məxsus əşyalar akt tərtib edilərək tələbkar X3 təhvil verilmişdir. Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, 17 ünvanında yerləşən yaşayış evi (bundan sonra-mübahisəli ev) xx.xx.2002-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2017-ci il tarixli akta əlavə edilmiş siyahi üzrə Cavabdeh məxsus əşyalar olan 2 ədəd kreslo, “geepas” markalı 6 setkalı elektrikli qızdırıcı , “arshia” markalı çəngəl-bıçaq dəsti, “meqa” markalı ət çəkən maşın, “saloğlu” markalı jurnal stol, “LG” markalı DVD video aparat, 1 ədəd “Sharp” markalı televizor, 1 ədəd sarı rəng divan, “panasonic” markalı 1 ədəd ev telefonu, 1 ədəd kamot, 2 ədəd divar saatı, “west” markalı ütü, 1 ədəd taxta stol, 1 ədəd telefon altı, “orvika” markalı tozsoran, divardan asılmış dini plakat, mətbəx üçün künc stolu, 1 ədəd oturaq üçün kreslo, 1 ədəd “ceyran” peçi, 1 ədəd böyük “indesit” markalı 2 kameralı soyuducu, 1 ədəd “Atlant” markalı paltaryuyan, 1 ədəd kompyuter altı üçün stol, 2 qutu geyinilmiş paltar, 1 sumka çamadan paltar dəsti, hərbi geyim, 1 ədəd yolka ağacı, yorğan və döşəkcə, qız görünüşlü telefon altlığı, 1 ədəd işlənmiş paltarlarla dolu səbət, 1 ədəd oyuncaq ayı, 1 ədəd pələng, 1 ədəd qab servizi (1 ədəd stəkan yoxdur), 2 ədəd döşəkcə, matras dəsti, müxtəlif cür kiçik suvenerlər, 2 ədəd qutu ilə qablaşdırılmış qab-qacaq, 1 səbət işlənmiş paltar, döşək üzləri, məhraba və dəsmallar, döşəklər, 1 ədəd matras, 1 ədəd elektrik sobası, 2 ədəd oturacaq stulu, 1 ədəd 2x1 qırmızı gəvə, 2 dəst pərdə və eyvan üçün jalüz pərdənin ona məxsus ünvan 1 ünvanından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(043)-463/2016 saylı qətnaməsinin icrası zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai) 37 nömrəli binanın 4-cü mənzilində Cavabdeh məxsus olan, Gəncə Şəhəri Üzrə İcra İdarəsinin 17 aprel 2017-ci il tarixli aktında qeyd olunmuş əşyalar iddiaçıya məxsus ona məxsus ünvan 1 ünvanında yerləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmunun uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh ona məxsus olan və ünvan 1 ünvanında yerləşdirilmiş əşyaları təhvil almır, bu hal iddiaçının mülkiyyətındə olan əmlakdan istifadə hüququnu pozur. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli evdə yaşamasa da, ona məxsus olan əşyalar həmin evdədir. İddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur, bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus 2 ədəd kreslo, “geepas” markalı 6 setkalı elektrikli qızdırıcı , “arshia” markalı çəngəl-bıçaq dəsti, “meqa” markalı ət çəkən maşın, “saloğlu” markalı jurnal stol, “LG” markalı DVD video aparat, 1 ədəd “Sharp” markalı televizor, 1 ədəd sarı rəng divan, “panasonic” markalı 1 ədəd ev telefonu, 1 ədəd kamot, 2 ədəd divar saatı, “west” markalı ütü, 1 ədəd taxta stol, 1 ədəd telefon altı, “orvika” markalı tozsoran, divardan asılmış dini plakat, mətbəx üçün künc stolu, 1 ədəd oturaq üçün kreslo, 1 ədəd “ceyran” peçi, 1 ədəd böyük “indesit” markalı 2 kameralı soyuducu, 1 ədəd “Atlant” markalı paltaryuyan, 1 ədəd kompyuter altı üçün stol, 2 qutu geyinilmiş paltar, 1 sumka çamadan paltar dəsti, hərbi geyim, 1 ədəd yolka ağacı, yorğan və döşəkcə, qız görünüşlü telefon altlığı, 1 ədəd işlənmiş paltarlarla dolu səbət, 1 ədəd oyuncaq ayı, 1 ədəd pələng, 1 ədəd qab servizi (1 ədəd stəkan yoxdur), 2 ədəd döşəkcə, matras dəsti, müxtəlif cür kiçik suvenerlər, 2 ədəd qutu ilə qablaşdırılmış qab-qacaq, 1 səbət işlənmiş paltar, döşək üzləri, məhraba və dəsmallar, döşəklər, 1 ədəd matras, 1 ədəd elektrik sobası, 2 ədəd oturacaq stulu, 1 ədəd 2x1 qırmızı gəvə, 2 dəst pərdə və eyvan üçün jalüz pərdə İddiaçı məxsus Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, 17 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-557/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-557/2023
23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver