Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-559/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 03 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdeh ilə birgə nikahdan 3 uşaqları anadan olmuş, onlardan ikisi yetkinlik yaşına çatmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa 50 (əlli) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi,Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı Əidər qızına ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, fərdi əməklə məşğuldur. Ev tikməklə məşğuldur. Yaxşı qazanc əldə edir. Xeyli gəlir əldə etməyinə baxmayaraq, uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. O isə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşağın gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Uşaq daima inkişafda olduğundan və böyüdüyündən dalma təzə paltarlar almaq məcburiyyətindədir. Hazırki dövrdə həmin pula uşağının tələbatını qarşılamaq qeyri-mümkündür. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 03 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbində göstərilən məbləği qəbul etmədiyini, hər ay 03 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat ödəməyə imkanı çatdığını bildirmişdir. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ № 260502 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 fevral 2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa 50 (əlli) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi,Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı Əidər qızına ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsi ilə xx.xx.1999cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa 50 (əlli) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi,Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci -cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda birgə nikahdan anadan olmuş uşaqlardan ikisinin yetkinlik yaşına çatdığını, 03 fevral 2009-cu il təvəllüdlü X1 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını qeyd edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 03 fevral 2009-cu il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 70 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 fevral 2009-cu il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli 2(043)-327/2016 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 70 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03 fevral 2009-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-559/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-559/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver