Məhkəmə qərarları › İş №2(125)-56/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-56/2025

18.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-56/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 2 ədəd bayraq, 2 ədəd oturacaq, 1 ədəd kompüter oturacağı, 1 ədəd iki gözlü qaz, 1 ədəd qaz balonu, 1 ədəd balaca mətbəx masası,1 ədəd elektrik peç, 2 ədəd adını bilmədiyi əşya, Ulu öndərin şəkli, divar kağızı qırıntıları, təmirə aid 2 torba qırıqlanmış naqildən ibarət əşyaların ünvan 1 ünvanından çıxarılması; İddiaçı və X1 Cavabdeh ilə ümumi olan dəhlizdən, çölə açılan qapıdan, ümumi mətbəxdən, ümumi eyvana çıxan qapıdan istifadə etmələri və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASCnin mülkiyətindədir. xx.xx.2022-ci il tarixdə 17 nömrəli order ilə icarə əsasında "xxxx" ASC tərəfindən qızı İddiaçı verilmişdir. Həmin mənzili təhvil alan zaman otağın birində əşyalar olduğunu görmüşdür. Mənzilin əvvəllki icarəçisindən bu əşyaların kimə məxsus olduğunu soruşduqda o, qonşu Cavabdeh məxsusdur dedi. O, Cavabdeh ona məxsus əşyaların çıxarılmasını xahiş etdikdə o, etiraz etdi. Onunla Z. Əliyevin arasında olan mübahisələri görən yataqxana komendantı Güldanə ona dedi ki, sizin otaqdan Z. Əliyevə aid əşyaları o, Z. Əliyevə çıxartdıracaq. Lakin komendantın xahiş və tələblərinə Z. Əliyev fikir vermədi. Z. Əliyevlə aralarında olan mübahisələr ilə bağlı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşdur. Oradan onun müraciəti Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Sonra xx.xx.2022-ci il tarixdə yenidən Z. Əliyev ilə mübahisə etdikdə o, DİN-nin “102” qaynar xəttinə zəng etmişdir, polis əməkdaşları hadisə yerinə gələrək izahatını almışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə Z. Əliyev eyni mübahisələri yaranmışdır və polisə bunun bağlı müraciət etmişdir. Cavabdeh hər mübahisələri olduqda onun ünvanına nəlayiq ifadələr işlədərək mənə hədə-qorxu gəlirdi. Cavabdeh ona ümumi istifadədə olan giriş qapısı, mətbəx və eyvandan istifadə etməyimə narazılıq edərək onlardan istifadə etməyimə qadağa qoydu. Cavabdeh dəfələrlə əşylarının qızının icarəsində olan mənzilin otağından çıxarılmasını dəfələrlə xahiş etməyinə baxmayaraq əşyalarını götürməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17 nömrəli orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 31.5 m2 yaşayış sahəsin dən ibarət 211 və 216 nömrəli otaqlar icarə əsasında İddiaçı (icarəçinin ailə tərkibi: İddiaçı, X2) verilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci ildə həyata keçirilmiş yerində müayinə hərəkəti nəticəsində ünvan 4 ünvanında keçirilən yerində müayinə hərəkəti zamanı, iddiaçıya məxsus olduğu bildirilən otaqda cavabdehə məxsus olduğu bildirilən və siyahısı dəqiq olmayan əşyalar, ümumi istifadədə olan dəhliz, sonunda ümumi istifadədə olan mətbəx və qapısı bağlı eyvan, habelə ona bitişik tikildiyi pəncərədən görünən anbar mahiyyətində tikili olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iş üzrə iddiaçı ona məxsus 216 nömrəl mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasını və ümumi istifadədə olan sahələrdən istifadəsinə imkan verilməsini xahiş etmişdir. Mülki işin tədqiq edilmiş hallarına əsasən, qanunvericiliyə əsasən iddiaçıya verilmiş yaşayış sahəsinə hüquqlarını həyata keçirməsinə cavabdeh maneə olur. Çəkişmə prinsipinin həyata keçirilməsinə baxmayaraq, cavabdeh tələbin əsassız olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizədə X1 istifadəsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsinə xahiş olunsa da, hazırkı iş üzrə iddiaçı qismində çıxış etməyən Gülnarə Umudovanın xeyrinə iddia araşdırıla və təmin oluna bilməz. Bundan başqa, qeyd edilən ərizədə adı məlum olmayan 2 ədəd əşyanın çıxarılması xahiş olunsa da, qeyri-müəyyən hissədə tələbin araşdırılması və təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli; İddiaçı məxsus ünvan 1 ünvanından Cavabdeh məxsus 2 ədəd bayraq, 2 ədəd oturacaq, 1 ədəd kompüter oturacağı, 1 ədəd ikigözlü qaz sobası, 1 ədəd qaz balonu, 1 ədəd balaca mətbəx masası, 1 ədəd elektrik sobası, Ulu öndərin şəkli, divar kağızı qırıntıları, 2 torba qırıqlanmış naqillər çıxarılmalı; ünvan 1 ünvanında ümumi dəhlizdən, çölə açılan qapıdan, ümumi mətbəxdən, ümumi eyvana çıxan qapıdan istifadəyə İddiaçı üçün maneələr yaradılması Cavabdeh qadağan olunmalı; iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanından Cavabdeh məxsus 2 ədəd bayraq, 2 ədəd oturacaq, 1 ədəd kompüter oturacağı, 1 ədəd ikigözlü qaz sobası, 1 ədəd qaz balonu, 1 ədəd balaca mətbəx masası, 1 ədəd elektrik sobası, Ulu öndərin şəkli, divar kağızı qırıntıları, 2 torba qırıqlanmış naqillər çıxarılsın. ünvan 1 ünvanında ümumi dəhlizdən, çölə açılan qapıdan, ümumi mətbəxdən, ümumi eyvana çıxan qapıdan istifadəyə İddiaçı üçün maneələr yaradılması Cavabdeh qadağan olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar