Məhkəmə qərarları › İş №2(125)-5621/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5621/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5621/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və uşağın xəstəliyinə görə əlavə xərcin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və uşağın xəstəliyinə görə əlavə xərcin tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin ona ödənilməsi barədə, həmçinin cavabdehdən uşağın müayinə və müalicəsi üçün 300 (üç yüz) manat əlavə mediasiya və digər dəftərxana xərcləri üçün ödədiyi 100 (bir yüz) manat xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh ailəsi ilə maraqlanmadığı üçün o, aliment tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 150 manat aliment məbləği qət edilmişdir. Hal-hazırda uşaq böyümüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh yalnız aliment ödəyir və demək olar ki, uşağı ilə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü kirayədə yaşayır. Ona görə də uşağı saxlayıb, işə getməyə belə çətinlik çəkir. Buna görə də o, “alimentin məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, uşağın inkişafında problem vardır. Mütəmadi olaraq, müalicə etdirir. Aldığı aliment uşağın dərmanlarına belə çatmır. Odur ki, cavabdehdən uşağın müalicəsi üçün 300 (üç yüz) manat əlavə xərcin tutulub ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Ümid adlı uşağın saxlanılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği kifayət etmir. Belə ki, həmin qətnamənin qəbul edilməsindən 2 ildən çox vaxt keçmiş, bu müddət ərzində uşaq böyümüş, onun saxlanılma xərcləri də artmışdır. Eyni zamanda uşaq xəstədir və onun müalicəsi üçün müəyyən edilən əlavə xərcin məbləğinin də artırılmasına da zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hal-hazırda fəhləlik edir və aylıq sabit gəliri yoxdur. İşi olandan-olana işləyir. Həmçinin ailədə işləyən tək odur və maddi vəziyyəti yaxşı deyildir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ümid adlı uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini, eyni zamanda uşağın müalicəsi üçün müəyyən edilmiş məbləği ödəmədiyinə görə məhkəmənin qərarı ilə 10 gün müddətinə həbs edilmişdir. Lakin, imkan daxilində həmin məbləğləri vaxtı-vaxtında ödəyir. Ümid adlı uşağın saxlanılması üçün aliment məbləğinin 20 manat artırılmasına razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, 07 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və 07 noyabr 2014-cü il təvəllüdlü X5 müalicəsi üçün, uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 (otuz) manat məbləğində əlavə xərcin tutulması qət edilmişdir. AZ-İİİ seriyalı, 527451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 noyabr 2014-cü il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – İddiaçıdır. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-02248 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 17 iyul 2023-cü il tarixdə saat 15:30-da və 20 iyul 2023-cü il tarixdə saat 15:50-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 52 (50 manat ims xərci, 2 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş ********** nömrəli, 20 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, X6 anadangəlmə ikitərəfli yastıpəncəlik (üçüncü dərəcəli) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, ********** nömrəli arayışdan görünür ki, X3 tərəfli ikinci dərəcəli anadangəlmə yastıpəncəlik, sol tərəfli ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur. AZ-İ seriyalı, 283413 nömrəli, 09 aprel 2015-ci il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh 07 noyabr 2014-cü ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 09 aprel 2015-ci il tarixdə 338 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qobustan Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, **********9 nömrəli arayışın surətindən görünür ki, Səfərov X4 rayon Məşğulluq Mərkəzində xx.xx.2020-ci il tarixdə 016029 nömrəli işsiz və ya işaxtaran vətəndaşın qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. Vətəndaş heç bir yerdə rəsmi əmək müqaviləsi əsasında işləmir. İşsizlikdən sığorta ödənişi almır və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi Bildirişi üzrə X2 aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 220 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmağını, fiziki, sosial və əqli cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərinin mövcudluğunu, alimentin artırıldığı 2021-ci ildən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun, malların və xidmətlərin qiymətinin artıdığını, tərəflərin maddi və ailə vəziyyətini, nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay 190 (bir yüz doxsan) manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı 07 noyabr 2014-cü il təvəllüdlü X5 müalicə xərclərinin qarşılanması üçün 300 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, müalicə xərclərinin 300 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, X1 onun müalicəsi ilə bağlı xərclərin məbləği artırılaraq, 50 (əlli) manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 07 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2427/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 30 (otuz) manat məbləğində əlavə xərcin miqdarı artırılaraq, hər ay 50 (əlli) manat əlavə xərc tutularaq, İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçının xahişi nəzərə alınmaqla, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı digər dəftərxana xərcləri üçün ödədiyi məbləği tələb etsə də, iddiaçının həmin tələbi qeyri-müəyyən olduğundan, eyni zamanda həmin xərci çəkməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə tələbi təmin olunmamalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 40 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 480 manat təşkil etdiyindən, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 07 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2427/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin miqdarı artırılsın və 07 noyabr 2014cü il təvəllüdlü X5 müalicəsi üçün, uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində əlavə xərc tutulsun. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. İddia tələbi qalan hissədə təmin edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar