Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5688/2024 20.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü ildə Humay adlı uşaqları anadan olmuşdur. Nikahları pozulmuş və 100 manat sabit pul məbləğində aliment kəsilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət deyildir, uşaq xəstədir, müalicəsi yarımçıq qalmışdır. Özü heç bir yerdə işləmir, uşaqları Humayın saxlanılmasında maddi baxımdan çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, təyin olunmuş 100 manat alimenti ödəyir, həmçinin himayəsində 16 yaşlı xəstə uşağı vardır, onun saxlanması üçün dövlət ona 100 manat təqaüd verir, 200 manat da uşağın öz təqaüdüdür. 300 manatla ailəsini dolandırır, anası da köməklik edir. Hazırda heç yerdə işləmir. Aliment məbləği artırılacağı təqdirdə ödəyə bilməyəcəkdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 333040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2014-cü ildə Humay adlı uşaqları anadan olmuşdur. AZ-İ 259864 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə İddiaçı doğulmuş Humayın atası Cavabdeh hesab edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1310/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş müalicə vərəqələrindən və resept blanklarından görünür ki, X9 mütəmadi olaraq nevroloji müayinələrdə olmuşdur. xx.xx.2024-cü il tarixli, 1MT007/2024-MŞG-01718 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat mediasiya xərcini tam ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş məşğulluq haqqında arayışın surətindən görünür ki, İddiaçı X2 filialında işsiz statusu ilə qeydiyyatdadır. Cavabdeh tərəfindən təqdim olunmuş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-1223/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəmbərov Hüseyn Fuad oğlunun xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulması, anasının X5, atasının Cavabdeh olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, Cavabdeh sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsə qulluğa görə 100 manat təqaüd alır. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, Qəmbərov Hüseyn Fuad oğlu sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə təyin edilmiş 200 manat məbləğində müavinət alır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1310/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göründüyü kimi, iddiaçı təyin olunmuş alimentin uşağın saxlanması üçün yetərli olmadığını əsas gətirib alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsini tələb etmişdir. «X8» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, habelə cavabdehin himayəsində sağlamlıq imkanı məhdud uşağının olmasını əsas tutaraq alimentin məbləğinin qismən artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 32 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1310/2019 nömrəli qətnaməsi əsasında tutulan 100 manat alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 32 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5688/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5688/2024
20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver