Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5696/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Musayev Anar Fizuli oğlu Cavabdeh1 və Cavabdeh2 qarşı 10.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 122 manat, cəmi 10.622 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Musayev Anar Fizuli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan iddiaçının əsl İddiaçı əvəz edilməsini məhkəmədən xahiş etmiş, İddiaçı əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz olunmasına razı olduğunu bildirmiş və əsl olmayan iddiaçı Musayev Anar Fizuli oğlu əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 443 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Natəvan qəsəbəsindəki 400 kvadrat metr torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsin) icazə verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini satmaq niyyətində olduğunu öyrənmiş və almaq istədiyini bildirmişdir. Buna görə də Cavabdeh1 ilə həmin torpaq sahəsini almaq üçün torpağın alqı-satqısını 10.500 manat məbləğinə razılaşmışlar. Bundan sonra o, 10.500 manat məbləğində pul vəsaitini Cavabdeh1 çatdırmaq üçün Cavabdeh2 vermişdir. Cavabdeh1 isə səlahiyyətli orqana ərizə ilə müraciət edərək, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 400 kvadrat metr torpaq sahəsinə dair Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 443 nömrəli sərəncamından imtina etdiyini və həmin torpaq sahəsinə görə Musayev Anar Fizuli oğlunun adına sərəncam verilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh1 həmin ərizəsini etibarnamə əsasında anası Cavabdeh2 imzalamış və həmin imza notarius tərəfindən təsdiqlənmişdir. Lakin bu yaxınlarda o, həmin torpaq sahəsində olarkən X4 adlı şəxs yaxınlaşaraq, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olmasını və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, 15240/164 qeydiyyat nömrəli çıxarışın mövcud olduğunu bildirmişdir. O, Cavabdeh1 məlumat verərək, həmin torpaq sahəsinin X2 mülkiyyət hüququ üzrə məxsus olduğunu nəzərə alaraq, verilmiş 10.500 manat məbləğində pul vəsaitini qaytarmasını xahiş etmişdir. Cavabdeh1 həmin məbləğdə pul vəsaitini yalnız məhkəmə qətnaməsi olduğu halda geri qaytaracağını demişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil izahatında iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 443 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Natəvan qəsəbəsindəki 400 kvadrat metr torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsin) icazə verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olan alğı-satqıya əsasən Cavabdeh1 10.500 manat məbləğinə həmin torpaq sahəsini İddiaçı satmışdır. Qeyd olunan hal, yəni alqı-satqının mövcudluğu və 10.500 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh1 verilməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmir. Lakin Cavabdeh1 tərəfindən İddiaçı satılmış torpaq sahəsinin üçüncü şəxsin adına rəsmiləşdirilməsi Cavabdeh1 təqsirli hərəkətləri ilə əlaqədar deyildir və həmin hal Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin yalnış fəaliyyəti ilə bağlıdır. Buna görə də Cavabdeh1 iddianı qəbul etmir. Sonda Vəkil iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh2 torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar X1 10.500 manat məbləğində pul vəsaitı aldığını və həmin pul vəsaitini Rusiya Federasiyasında yaşayan oğlu Cavabdeh1 göndərdiyini bildirmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh1 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 443 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsindəki 400 kvadrat metr torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarında olan Cavabdeh1 adından Cavabdeh2 tərəfindən verilmiş və həqiqiliyi notariat qaydasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 ona ayrılmış Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 400 kvadrat metr torpaq sahəsinə dair Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli, 443 saylı sərəncamından imtina edir və Musayev Anar Fizuli oğlunun adına sərəncam verilməsinə etiraz etmir, razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda isə tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış və həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Digər tərəfdən Cavabdeh1 etibarsız əqdlə özgəninkiləşdirilməsini nəzərdə tutduğu torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və onun həmin torpaq sahəsinə sərəncam vermə hüququ olmamışdır. Buna görə də tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsızdır və Cavabdeh1 qızı həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil və digər Cavabdeh2 10.500 manat məbləğində pul vəsaitinin torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh1 verilməsi faktını etiraf etmişlər. Bununla da İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə uyğun olaraq, həmin halı sübut etmək vəzifəsindən azad olmuşdur. Lakin İddiaçı və Cavabdeh2 arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanması və İddiaçı tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul vəsatinin verilməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 10.500 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 10.500 (on min beş yüz) manat və dövlət rüsmunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 122 (bir yüz iyirmi iki) manat, 10.622 (om min altı yüz iyirmi iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5696/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5696/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver