Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5715/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, X1 Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş Raul və 19.06. 2013-cü il tarixdə doğulmuş Dinara adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün Gıncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aylıq 110 manat alimentin miqdarının artırılaraq, hər ay hər bir uşaq üçün 235 manat olmaqla, hər ay cəmi 470 manat manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etməli olduğu halda, bu qaydaya riayət etmədən, birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinin müəyyən edtiyi qaydalara əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.13-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 21.9-cu maddəsinin mətn və məzmununa görə, tərəf mediasiyaya müraciət etdiyini təsdiq edən müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə irəli sürülən iddiaya mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılılmaqla, ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciəti etmək hüquqnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, yəni, əvvəlcə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra iddiaçı ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5715/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5715/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver