Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5721/2024 19.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavadeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, ACLMB00-01037 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə illik 40 faiz dərəcəsi ilə 3815 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh mülkiyyətində olan 585 əyarlı çəkisi 1,2 qram olan üzük girovla yüklü edilmişdir. İddiaçı MMC cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3715 manat əsas, 958,6 manat faiz, 3210,59 manat cərimə olmaqla, cəmi 7884,19 manat borcun, 99 manat dövlət rüsumunun tutulması, borcun Cavabdeh məxsus 585 əyarlı çəkisi 1,2 qram olan üzüyə tutma yönəldilməsi və onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borcun ödənilməsi satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanmış kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir. Borcalan isə müqavilə öhdəliklərini lazimi qaydada icra etməmişdir, beləliklə tələb edilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçı həmçinin 3210.59 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tənasübsüz dərəcədə yüksək olduğundan həmin hissədə iddia qismən təmin edilməli, 76,4 manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, əsas, faiz və 76,4 manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, belə ki, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh həmin tələbi təkzib edəcək hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinin təminatı qismində Cavabdeh ona məxsus qızıl-zinət əşyasının girovla yüklü edilməsinə razılıq vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə tutmanın girovla yüklü edilmiş əşyaya yönəldilməsi hissəsində iddia əsaslıdır. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28 aprel 2023-cü il tarixli, ACLMB00-01037 saylı kredit müqaviləsi üzrə 3715 manat əsas borc, 958,6 manat faiz borcu, 76,4 manat cərimə olmaqla, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat, 50 (əlli) qəpik pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan 585 əyyarlı, 1.2 qram çakidə 1 ədəd qızıl üzüyə yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5721/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5721/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver