Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-574/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 (on bir min) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Cavabdeh onu aldatdığından onun barəsində AR Baş Prokurorluğu Yanında Korrupsiya İdarəsində barəsində cinayət işi aparılan zaman onun qohumları tərəfindən ona cavabdehə verdiyi 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 3000 manatı qaytarılmışdır. Buna dair onun tərəfindən cavabdehin qohumlarına səlahiyyətli orqanların adına yazılmış ərizə verilmişdir. Həmin ərizəni iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh dəfələrlə onu aldatmış və ona olan borcunu ödəməmişdir. Bu baxımdan cavabdehə verdiyi pulun qaytarılması cavabdeh və onun yaxın qohumları tərəfindən təmin edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. O, özü ahıl və xəstə olduğundan həmin pulları özünün qocalığı üçün toplamış, lakin, cavabdeh isə həmin pulları ondan aldadaraq aldığından o, cavabdehin barəsində şikayət etdikdən sonra cavabdehin qohumları tərəfindən ərizəsində də göstərdiyi kimi ona qeyd etdiyi məbləğdə qaytarmışlar. Lakin, hazırda ona olan cavabdehin borcu tam ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət edərək məhkəmədən pulunun qaytarılmasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, 2013-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhəri ərazisində torpaq sahəsi alıb orada qeyri-yaşayış sahəsi tikib icarəyə vermək və bu yolla da qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə ona torpaq sahəsi ayrılması üçün 2013-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində qeyri-yaşayış sahəsi tikmək üçün arvadı Feniya İsgəndərovanın adına torpaq sahəsi ayrılması haqqında ərizəni yazıb Gəncə şəhər İcra Hakimiyyətinin binasına getmişdir. Həmin ərizəni Memarlıq şöbəsində xatırlamadığı əməkdaşa təqdim etmək istədikdə ərizənin Əli Rüstəmlinin razılığı ilə qəbul edilməsinin mümkün olduğu cavabını almış və o, göstərilən səbəbdən həmin vaxt Əli Rüstəmlinin xidməti otağına daxil olmuşdur. X11 təqdim etdikdə sonuncu torpağın ona ayrılması müqabilində ona pulun ödənilməli olduğunu bildirdikdə o gülümsəmiş və zənn etmişdir ki, 50-100 manatlıq şirinlik kimi pul istənilir və bu səbəbdən Əliyə göstərilən məsələnin problem olmadığını bildirmişdir. X13 təxminən 10 gün ərzində onu yanına çağıracağını, ərizəni də dəftərxanaya təqdim etməyi tapşırmışdır. O da ərizəni dəftərxanaya təqdim etmiş və çıxıb getmişdir. Təxminən 10 gün sonra 2013-cü ilin iyun ayında xatırlamadığı gündə Əli onu telefon vasitəsilə xidməti otağına çağırmış, o da həmin vaxt Əlinin yanına gedəndə sonuncu hansı sahədə torpaq istədiyini ondan soruşmuş, o da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindən 50-150 m2 arası torpaq sahəsi istədiyini dedikdə, Əli Rüstəmli 150 m2 qeyd edilmiş torpaq sahəsi üçün ondan əvvəl 30000 manat, sonra 25000 manat, sonda isə 20000 manat pul istəmişdir. O isə 20000 manata gücünün çatmadığını demiş və Əlinin otağından çıxıb getmişdir. Qeyd edilmiş görüşdən təxminən 3-4 gün sonra 2013-cü ilin iyun ayının ortalarında Əlinin yanına qayıtmış, ondan tələb etdiyi 20000 manat məbləğindən endirim etməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh ondan müvafiq torpaq sahəsinin ayrılması üçün 15000 manat istəmişdir. O da razılaşmış, təxminən 2-3 gün sonra o, 15000 manatı qohumlarından borc alaraq 2013-cü ilin iyun ayının ortalarında Əli Rüstəmlinin xidməti otağında ona vermişdir. Bundan sonra 2013-cü ilin iyul ayının təxminən 7-də Əli Rüstəmli onu xidməti otağına çağırıb ona xx.xx.2013-cü il tarixli, 1096 nömrəli Eldəniz Xudiyevin imzası olan Feniyanın adına Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindən torpaq sahəsinin ayrılması haqqında sərəncamı təqdim etmişdir. Cavabdeh bir neçə gün sonra ona qeyd edilmiş Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindən 150 m2 torpaq sahəsi üçün layihə sənədini də təqdim etmiş və həmçinin o, qeyd edilmiş sənədlərlə birlikdə razılaşma sənədini də aidiyyəti digər dövlət qurumları FHN, işıq və su təchizatı idarələri, habelə digər idarələr ilə razılaşdırıb möhürlətmişdir. Həmçinin Əli ona sərəncamı təqdim edəndə Gəncə şəhəri, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində 75 m2 torpaq sahəsini təklif etmiş, həmin yerdə gözəllik salonu tikib açmağı, torpağı da ona 7000 manat müqabilində sata biləcəyini demişdir. O da razılaşmışdır. Sonra Əli ilə birlikdə Gəncə şəhəri, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsinə getmişdir. Orada Əli özü torpaq sahəsini ölçmüş və yerin ona məxsus olacağını bildirmişdir. O da razılaşmış, təxminən bir həftə sonra 2013-cü ilin iyul ayının ortalarında o, 8000 ABŞ dolları götürüb Əlinin xidməti otağına getmiş, orada şəxsən Əliyə 8000 ABŞ dolları təqdim etmişdir. Əli pulu götürmüş və ona elə həmin dəqiqə Məharət Mustafayevin imzası olan xx.xx.2013-cü il tarixli, 1086 nömrəli sərəncamı təqdim etmişdir. Bir neçə gün sonra layihə sənədini də Əli ona təqdim etmişdir. Ancaq o, həmin torpaq sahəsi üçün hər hansı rəsmi müraciəti Gəncə şəhər İcra Hakimiyyətinə etməmişdir. Həmin sərəncam əsasında o, təxminən 20 gün sonra, 2013-cü ilin avqust ayının əvvəllərində Gəncə şəhəri, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində qazıntı işləri aparmaq istəyərkən qonşuluqdakı evdən tanımadığı şəxs ona yaxınlaşıb torpaq sahəsinin ona məxsus olduğunu demişdir. O, isə Əli Rüstəmlinin yanına gedib yerin mübahisəli olduğunu deyərək ondan 8000 ABŞ dollarını tələb etmiş, Əli isə müvafiq torpağın ona məxsus olduğunu, qonşuluqdakı ev sahibinin həmin yerə heç bir hüququnun olmadığını, pulu qaytara bilməyəcəyini demişdir. Bundan sonra o, göstərilən yerdə 2013-cü ilin noyabr ayının əvvəllərinə qədər hasarın müəyyən tikinti işlərini apardıqda yenidən qonşuluqdakı evin sahibi ilə mübahisələr yaranmışdır. O da Əlidən pulun qaytarılmasını tələb etmiş, ancaq o pulu qaytara bilməyəcəyini, ona yeni sənəd verəcəyini demişdir. Sonra 2013-cü ilin noyabr ayının əvvəllərində Əli onu yanına çağırıb Məharət Mustafayevin imzası olan xx.xx.2013-cü il tarixli, 1641 nömrəli sərəncamı təqdim edib onun torpaq sahəsinin qonşuluğunda olan şəxsin adına olan sərəncamı ləğv etdiyini, rahat şəkildə tikinti işlərini apara biləcəyini demişdir. Bundan sonra o, 2013-cü ilin sonları-2014-cü ilin əvvəllərinə qədər müəyyən tikinti işləri aparsa da yenə də qonşuluqdakı sakin ilə mübahisələr yaranmışdır. Bu səbəbdən o, Əlidən yenidən pulunu tələb etməyə başlamış, o isə bir neçə ay ərzində ona pulu qaytara bilməyəcəyini demişdir. Sonra 2014-cü ilin iyun ayının sonlarında Əli onu xidməti otağına çağıraraq ona Məharət Mustafayevin imzası olan xx.xx.2014-cü il tarixli, 916 nömrəli sərəncamı təqdim etmiş, həmin sərəncam əsasında obyekt deyil, fərdi ev tikməyi ona tapşırmışdır. O da həmin yerdə mübahisələrə baxmayaraq evi tikmiş və təxminən bir ay yaşamışdır. Həmin evin tikintisinə o, 51000 manat xərc çəkmiş, ancaq qonşuluqdakı şəxslərin narazılığı səbəbindən həmin yerdə yaşaya bilmədiyi üçün evi 29000 manata xatırlamadığı şəxsə satmışdır. Cavabdeh tərəfindən ona 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 4000 manat qaytarılmışdır. Mülki iş məhkəmənin icraatında olan zaman Cavabdeh tanışları tərəfindən ona 1000 manat ödənilmiş, qalan məbləği isə sonra ödəyəcəklərini söz verdiklərinə görə əvvəlcə iddiasını geri götürmüş, sonradan pulun ödənilmədiyini görüb iddianı yenidən məhkəməyə vermişdir. Hal-hazırda cavabdehə verdiyi puldan qalıq qalan 9500 manat məbləğində pulun qaytarılmasını tələb edir. Dəfələrlə Cavabdeh ona pulunu qaytaracağını söz versə də qaytarmamışdır. Hətta o, Cavabdeh Yevlax şəhərində yerləşən evinə də getmiş, lakin xeyri olmamışdır. O, hesab edir ki, iddia müddətini ötürməmişdir. Belə ki, Cavabdeh 2013cü ildə pul versə də həmin vaxtdan sonra pulun geri qaytarılması üçün bir sıra yuxarı instansiya dövlət orqanlarına şikayətlər etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsinə diqqət yetirdikdə aydın olur ki, guya İddiaçı Cavabdeh 2013-cü ilin iyun və iyul aylarında 8000 ABŞ dolları və 15000 AZN pul vermişdir. İddiaçı tərəfindən qeyd olunan pulun verilməsi ilə bağlı vermiş olduğu ifadələr arasında ziddiyyətlər vardır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 15000 manat pulu cavabdehə verir və onun pulu olmadığı üçün qohumlarından alır. Daha sonra isə qeyd etmişdir ki, 5-6 gün sonra 8000 ABŞ dolları pul verir. Əslində iddiaçı cavabdehə 8000 ABŞ dolları məbləğində pulu ona obyekt yeri verilməsi üçün vermiş və iddiaçının istədiyi obyekt yeri ona verilmişdir. Lakin, sonra mübahisə olduğu üçün həmin yerdə obyekt tikintisi baş tutmamışdır. Onun əvəzində iddiaçıya fərdi yaşayış yeri üçün torpaq sahəsi verilmiş və orada fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı tərəfindən Cavabdeh yalnız 8000 ABŞ dolları məbləğində pul verilmiş və həmin pulda iddiaçıya geri qaytarılmışdır. Bu fakt Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə də öz əksini tapmışdır. Həmin hökmdə də müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 8000 ABŞ dolları pul vermişdir. Qalan məbləğin verilməsi istintaqla müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. O cümlədən 15000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi sübut olunmur. Həmçinin pul verilmiş olsaydı belə pulun verilməsi 2013-cü ilin iyun ayında baş verdiyindən həmin pulun qaytarılması ilə bağlı iddia müddəti ötürülmüşdür. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülərək verildiyindən və iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 1096 nömrəli, 05 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindəki 150,0 kv,m torpaq sahəsində X4 tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyatı üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarət Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının müavini N.Həmzəyevə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1086 nömrəli, 15 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsindəki 75,0 kv,m torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək “Gözəllik salonu”nun yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarət Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavini B.Hümbətova həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 1- 31/2-150/2-t/1 nömrəli, 30 sentyabr 2019-cu il tarixli məktubunda Gəncə şəhəri, Qarabağ küçəsi, 21 nömrəli evdə yaşayan İddiaçı bildirilmişdir ki, həyat yoldaşı X2 məxsus olan obyektin sökülməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı rəsmi qərar və göstəriş verilməmişdir. Obyektin sökülməsinə cavabdeh olan təqsirkar şəxslərin müəyyən edilməsi və bu barədə müvafiq qərarın verilməsi məhkəmə predmeti olduğundan bununla əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 20 dekabr 2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli, **********573 nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı X9 8000 (səkkiz min) ABŞ dolları və 15000 (on beş min) manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X7 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. 03 avqust 2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli, **********649 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı X9 8000 (səkkiz min) ABŞ dolları və 15000 (on beş min) manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X7 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 (on beş min) manat puldan isə X7 qohumları tərəfindən ona yalnız 3000 (üç min) manat pul ödənilmişdir. Odur ki, bu günkü tarixdə X7 ona olan borcu 12000 (on iki min) manat təşkil edir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı Əli Rüstəmli vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında 6 iyul 2013-cü il tarixdə 8.000 (səkkiz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Əli Rüstəmli ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli 25 iyun 2014-cü il tarixli sərəncam verməklə, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən X10 təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 29 iyun 2011-ci il tarixdən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün özünə və Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi Məharət Mustafayevə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında 6 iyul 2013-cü il tarixdə 8.000 (səkkiz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini əlbir olduğu Məharət Mustafayevlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda X6 şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli 25 iyun 2014-cü il tarixli sərəncam verməklə, Məharət Mustafayev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada Məharət Mustafayev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə İddiaçı 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə Məharət Mustafayev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verdiyini, cavabdehin ona 15000 manatdan 4000 manat məbləğində pulu qaytardığını, qalıq qalan 11000 manat məbləğində pulu vermədiyini əsas gətirərək pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının bildirməsinə görə iş məhkəmənin icraatında olan zaman həmin puldan 1500 manat ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini cavabdehdən 9500 manat pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, cavabdehin iddiaçıdan rüşvət almasının heç bir sübutla təsdiq olunmadığını, həmçinin iddia müddətinin keçdiyi üçün bu barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. (“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərar) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və Cavabdeh tərəfindən həmin hüququnun pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə ilk öncə iddia tələbinin uğurluluğu baxımdan qeyd edir ki, İddiaçı Cavabdeh mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə rüşvət qismində verdiyi 15000 manatdan qalıq qalan 11000 manat məbləğində pulu qaytarmalı olduğunu iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı tərəfindən cavabdehə pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli hökmündə də İddiaçı Cavabdeh 2013-cü ildə mağaza tikintisi üçün rüşvət qismində 15000 manat məbləğində pulu verməsi epizodu öz əksini tapmamışdır. Bundan başqa iddia tələbinin hüquqi əsası baxımından məhkəmə qeyd edir ki, iddiaçının iddiasında iddia etdiyi, yəni onun tərəfindən 15000 manat məbləğində pulun cavabdehə verilməsinin heç bir hüquqi və müqavilə əsası olmadığından tərəflər arasında olan münasibət əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin, məhkəmə qeyd edir ki, qanunvericilikdə əsassız varlanma iddiasının verilməsini istisna edən hallar müəyyən edilmişdir. Birinci hal ondan ibarətdir ki, öhdəliyin icrası üçün verilmiş əmlakı əsassız varlanma iddiası ilə geri tələb etmək olmaz. Bu cür halda yəni, öhdəliyin icrası edilməsi üçün verilmiş əmlak əsassız varlanma qismində geri qaytarılmır. İkinci hal, varlanmış şəxsin qaytarmanın tələb olunduğu anda daha varlı olmamasıdır. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha varlı olmazsa, ona əmlakın geri qaytarılması və ya əmlakın dəyərinin ödənilməsi barədə iddia irəli sürülməsi istisna edilir. Burada söhbət əsassız əldə edilmiş və ya saxlanmış əmlakın könüllü olaraq geri qaytarılmsından gedir. Lakin, əmlakın könüllü olaraq geri qaytarılması sübuta yetməlidir. Bu cür halda sübutetmə yükünü varlanmış şəxs çəkir. Üçüncü hal isə, əsassız varlanma obyektinin qaytarılması üçün müəyyənləşdirilmiş iddia müddətinin keçməsi və ötməsi halıdır. Əsassız varlanma iddiasının verilməsi üçün qanun iki illik iddia müddəti müəyyən edir. Əgər bu müddət ərzində məhrum olan şəxs (zərərçəkən) əsassız varlanma ilə əlaqədar iddia verməzsə, o, əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İki illik iddia müddəti əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana məlum olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, əvəz edilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə mülki qanunvericiliyin tələbinə əsasən nəzərə alır ki, iddia müddəti bir qayda olaraq tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünün deyil, bu hüquququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti dayandırıla (MM 379), kəsilə (MM 380) və müəyyən hallarda bərpa edilə bilər (MM 382) İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi pulun verildiyi 2013-cü ilin iyun ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-574/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-574/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver