Məhkəmə qərarları › İş №2(125)-5775/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5775/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5775/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki Gəncə Şəhər Məhkəməsinin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomaşının yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 550 manat, ehtiyat hissələrinin bərpası üçün təmir işlərinin dəyəri olan 100 manat və 30 manat məbləğində ödədiyi dövlət rüsumu olmaqla, cəmi 680 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2024-cü il tarixdə idarə etdiyi özünə məxsus Mersedes VİTA markalı **-ER-*** dövlət nömrə nişanlı avtomaşını evinin qarşısında dayandırmışdır. Həmin gün saat təxminən 22 radələrində maşının dəymələri səsini eşidib maraq üçün küçəyə çıxmış və orada ona məlum olmuşdur ki, “RANC ROVER” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomaşın onun maşınını vurub və dayanmadan hadisə yerindən qaçmışdır. O, bu barədə dərhal aidiyyət üzrə polisə məlumat vermiş, çünki həmin avtomaşın onun maşınına zərər yetirərək avtomaşının sol güzqüsünü və qabaq aynasını (podpresini) sındırmışdır. Dərhal hadisə yerinə X6 əməkdaşı gəlmiş, yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və müəyyən olunmuşdur ki, cavabdeh, yəni maşınını vurub ziyan yetirən Cavabdehdur. 16 sentyabr 2024-cü ildə mülküyyətində olan avtomaşınına zərər vuran Cavabdeh Nadir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə X5 İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında 16 sentyabr 2024-cü ildə Gəncə şəhəri DYPŞ-si tərəfindən TP ******* saylı inzibatə tənbeh vermə haqqında qərara əsasən Cavabdeh hazırki inzibati xətanı törətməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Gəncə avtomotoserviz ticarət müəssisəsi 9 saylı TXE 20 sentyabr 2024-cü il tarixli qüsur aktı ilə müəyyən olunur ki cavabdeh tərəfindən törədilmiş xəta ilə əlaqədar onun maşınına cəmi 650 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğin cəmi ehtiyat hissəslərinin pulu və görülən işin xidmət pulunu təşkil edir. Cavabdeh tərəfindən avtomaşınına dəymiş ziyan bərpa edilmədiyindən hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, “Mercedes Benz Vito111 CDİ” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə saat 22:26 radələrində avtomobili yaşadığı evin qarşısında yolun kənarında dayanmış vəziyyətdə olan zaman Cavabdeh idarə etdiyi “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun avtomobilinin sol yan güzgüsünü vuraraq, hadisə yerindən yayınıb çıxıb getmişdir. Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktına əsasən onun avtomobilinə dəyən zərər 650 manat məbləğində müəyyən edilmiş, lakin, cavabdeh tərəfindən bu günə qədər ödəniş edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaəsən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 16 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli X5 Protokol”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:26-da “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. BC seriyalı, 107392 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdən sürücülük hüququ vardır. xx.xx.2031-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz Vito111 CDİ” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. AE seriyalı, 043852 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən sürücülük hüququ vardır. xx.xx.2028-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. “İnzibati tənbeh vermə” haqqında 16 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 22:26-da “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh Gəncə şəhər DYPŞ-də verdiyin izahatdan görünür ki, “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 22:26 radələrində Gəncə şəhəri, N.Nərimanov küçəsi ilə düzünə Gülüstan qəsəbəsi istiqamətində hərəkət edib Şam Marketin qarşısından düzünə keçdikdən sonra, yolun sol kənarında dayanmış vəziyyətdə olan “Mersedes Vito” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə dəyərək, toqquşmuşdur. Hadisədən sonra hadisə yerində gözləmədən sürüb çıxıb getmişdir. Etdiyim qayda pozuntuları mənə məlumdur”. Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktından görünür ki, “Mercedes Vito” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərbəst bazar qiymətləri nəzərə alınmaqla 650 manat məbləğində zərər dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 22:26 radələrində Cavabdeh idarə etdiyi “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı məxsus “Mercedes Benz Vito111 CDİ” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və İddiaçı məxsus “Mercedes Benz Vito111 CDİ” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktına əsasən 650 manat zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh iddiaçıya vurmuş olduğu maddi ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. İddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 650 (altı yüz əlli) manat tələb etmiş və Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktında da “Mercedes Vito” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərbəst bazar qiymətləri nəzərə alınmaqla 650 manat məbləğində zərər dəydiyi bildirilmişdir. Belə olduği halda iddiaçının cavabdehdən tələb etdiyi 650 manat məbləğində pul kifayət qədər ağlabatan məbləğ olmaqla, iddiaçının avtomobilinə dəyən ziyanın məbləği həmin həddə qiymətləndirilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 650 (altı yüz əlli) manat məbləğində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomaşına dəymiş maddi zərərin əvəzi kimi 650 (altı yüz əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 680 (altı yüz səksən) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar