Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5777/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh iştirakı ilə, X2 Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Zöhrab Sabutay oğluna qarşı cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 77A-da yerləşən 31 nömrəli mənzildən həmin evin iddiaçının mülkiyyətində olan 29 nömrəli mənzilinə su axıdılması nəticəsində vurulmuş zərərin əvəzi qismində 4.000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. F.T.Abbasovun həmin iddia ərizəsinin məhkəmə hazırlıq iclasında öyrənilməsi zamanı müəyyən edilmişdir ki, F.T.Abbasov adından məhkəmədə iddia onun arvadı İddiaçı tərəfindən imzalansa da, İddiaçı adına verilmiş etibarnamədə məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin imzalanması və məhkəmədə təmsil edilməsi səlahiyyəti xüsusi qeyd olunmamışdır. Bununla əlaqədar F.T.Abbasov tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi qeyd olunan yeni etibarnamənin verilməsi İddiaçı təklif olunmuşdur. Lakin məhkəmədə İddiaçı bildirmişdir ki, onun əri X4 işləmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Buna görə də F.T.Abbasovun ona yeni etibarnamə verməsi imkanları mövcud deyildir və belə bir etibarnamənin məhkəməyə təqdim edilməsi mümkün olmayacaqdır. Sonda İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə Cavabdeh bildirmişdir ki, o, öz mənzilindən suyun axıdılmasının qarşısını almaq məqsədi ilə hamamın və F.T.Abbasovun mənzilinin təmir edilməsinə sərf etmək üçün 2.000 manat məbləğində vəsaiti bankdan kredit almışdır. Qısa müddət ərzində həm özünün yaşadığı mənzilin hamamını, həm də F.T.Abbasovun mənzilini təmir etdirəcəkdir. Bununla da mövcud mübahisə aradan qalxacaqdır. Sonda Cavabdeh iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, X2 Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul tələbi» barədə iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı adına verilmiş etibarnamədə məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin imzalanması və məhkəmədə təmsil edilməsi səlahiyyəti xüsusi qeyd olunmamış, F.T.Abbasov tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi qeyd olunan yeni etibarnamənin verilməsi məhkəmə iclasında İddiaçı təklif olunmuşdur. Lakin İddiaçı onun adına yeni etibarnamənin verilməsinin mümkün olmadığını bildirmiş və yeni etibarnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 150.2.3-cü maddəsinə görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul tələbi» iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5777/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5777/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver