Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-58/2024 01.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehin ümumi istifadəsində olan ünvan 2 ünvanlara gedən dölmədə yaratdığı anti-sanitar vəziyyətə görə dəfələrlə ona xəbərdarlıq etmişdir. Ancaq bir faydası olmamışdır. Cavabdeh ümumi gediş-gəliş yoluna dəmir qapıdan istifadə edib əlinə keçən köhnə, yararsız əşyaları onların yollarına yığmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar evlərinə gedib-gələ bilmirlər. Cavabdeh it saxlayır və it səslərindən onlar evdə qala bilmirlər. İddia ərizəsinə əlavə edilmiş foto şəkillərdən də tam aydın olur ki, cavabdeh onların yollarına yararsız əşyalar yığmış, həmçinin maşın qoymuşdur. İddiaçı cavabdehin hərəkətləri ilə bağlı polis idarəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət olunmuşdur. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, evinin qarşısına yığılmış əşyalar və maşın onun tərəfindən götürülmüşdür. Lakin iddia tələbinin dölmənin qarşısındakı qapının sökülüb götürülməsi hissəsi ilə razı deyil. Belə ki, həmin qapı əvvəldən mövcud olmuşdur. İddiaçı evi alanda o cür almışdır. Odur ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Lermontov küçəsində 0.0709 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.8 kv.m yaşayış, 84.7 kv.m köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Lermontov küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 38.1 kv.m yaşayış, 104.6 kv.m köməkçi sahədən ibarət 14 B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə X1 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş reyestr nömrəsi **********54-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həyətdə A yaşayış binası və A zirzəmi sahəsi var. Tikinti altı sahə sənəd üzrə 0.01938 ha, sənəd üzrə torpaq 0.0709 ha, faktiki 0.0709 ha təşkil edir. ünvan 2 qonşu evlərin arasındakı torpaq ümumi keçid kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən X2 verilmiş reyestr nömrəsi **********71-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həyətdə A yaşayış binası var. Tikinti altı sahə sənəd üzrə 0.0092 ha, sənəd üzrə torpaq 0.03 ha, faktiki 0.0471 ha təşkil edir. Tik. B-hamam mətbəx 10.6 kv.m, liter İ talvar 36.7 kv.m tikililər icazəsiz tikilmişdir. Ümumi 471.3 kv.m torpaq sahəsinin 171.3 kv.m artıqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5655 nömrəli rəyindən görünür ki, baxış zamanı ünvan 5anında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısında hər-hansı əşyaların yığılması müəyyən edilmədiyindən qərardadın həmin sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli MH-0019002 saylı Çıxarışına əlavə olunmuş texniki pasportunun göstəricilərinə əsasən, ünvan 5anı ilə ünvan 3i torpaq sahəsi keçid kimi istifadə edilməklə, ümumi istifadədə olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 5anı ilə ünvan 4durlar. ünvan 5anı ilə ünvan 3i torpaq sahəsinə giriş hissədə dəmir qapı var. Qapıdan həmin ünvanlar arasında olan torpaq sahəsinə daxil olanda sol tərəfdə cavabdehin evi və həyəti yerləşir və həmin evin girişində taxta qapı qoyulmuşdur. Təxmini- 40-50 metr irəlidə isə İddiaçı evinə və həyətinə girişdə dəmir qapı var. Qapıdan içəri daxil olanda iddiaçıya məxsus həyət və ev var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Lermontov küçəsində 0.0709 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.8 kv.m yaşayış, 84.7 kv.m köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5655 nömrəli rəyi ilə baxış zamanı ünvan 5anında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısında hər-hansı əşyaların yığılması müəyyən edilmədiyindən qərardadın həmin sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli MH-0019002 saylı Çıxarışına əlavə olunmuş texniki pasportunun göstəricilərinə əsasən, ünvan 5anı ilə ünvan 3i torpaq sahəsi keçid kimi istifadə edilməklə, ümumi istifadədə olduğu müəyyən olunmuşdur. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, istifadə hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri, Lermontov küçəsində 0.0709 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.8 kv.m yaşayış, 84.7 kv.m köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. DƏDRX-nin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri, Lermontov küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 38.1 kv.m yaşayış, 104.6 kv.m köməkçi sahədən ibarət 14 B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5655 nömrəli rəyi ilə baxış zamanı ünvan 5anında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısında hər-hansı əşyaların yığılması müəyyən edilmədiyindən qərardadın həmin sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli MH-0019002 saylı Çıxarışına əlavə olunmuş texniki pasportunun göstəricilərinə əsasən, ünvan 5anı ilə ünvan 3i torpaq sahəsi keçid kimi istifadə edilməklə, ümumi istifadədə olduğu müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisəli torpaq sahəsi keçid kimi istifadə edilməklə, ümumi istifadədə olduğundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapı mülkiyyətçinin ümumi birgə istifadəsində olan sahədən istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Məhkəmə iddia tələbinin Gəncə şəhəri, Lermontov küçəsi, ev 14A ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapının sökülüb götürülməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin ümumi istifadədə olan sahədə quraşdırdığı qapı iddiaçının istifadə etdiyi ümumi istifadədə olan torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırdığından və bu baxımdan iddia tələbi həmin hissədə əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ümumi istifadədə olan dölmənin qarşısında yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsini qeyd etsə də, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5655 nömrəli rəyi, həm də yerli baxış zamanı ünvan 5anında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısında hər-hansı əşyaların yığılması müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapı sökülüb götürülməsi hissəsində əsaslı olduğundan təmin edilməli və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapı sökülüb götürülməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 91 manat dövlət rüsumunun 46 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərcinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595ə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi istifadəsində olan dölmənin qarşısındakı qapı sökülüb götürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərcinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595ə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 46 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-58/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-58/2024
01.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver