Məhkəmə qərarları › İş №2(125)-5831/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5831/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5831/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, mobil telefonunu satmaq üçün sosial şəbəkələrdə bu barədə paylaşım etdikdən sonra və Cavabdeh2 onunla əlaqə saxlayıb, Samsung A53 markalı telefonu ondan almaq istədiklərini, ancaq pulunu hissə-hissə vermək istədiklərini bildirmişdirlər. xx.xx.2023-cü il tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Samsung A53 markalı telefonu alıb, 50 manat vermiş, qalan pulu isə hissə-hissə hər ay 100 manat olmaqla, 12 ay ərzində ödəyəcəkləri barədə öz kimliklərinin surətinə öz xəttləri ilə imza etməklə, razılaşmışlar. Lakin, cavabdehlər bir ay ərzində 1200 manat borcdan heç bir ödəniş etməmiş, zəng etdikdə isə cavab verməmiş, müxtəlif bəhanələr gətirməklə, borcu ödəməkdən boyun qaçırmışdırlar.xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 borcun ödənilməsi məqsədi ilə işin təxirə salınmasını xahiş etsədə borcunu ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 **********88656 İMEİ kodlu, Samsung A53 markalı telefonu İddiaçı almış, 50 manat vermiş, qalan hissəni hər ay 100 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 **********88656 İMEİ kodlu, Samsung Galaxy A53 markalı telefonu İddiaçı almış, 50 manat vermiş, qalan hissəni hər ay 100 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdehlər iddiaçıdan hissə-hissə ödəmək şərti ilə Samsung Galaxy A53 nömrəli mobil telefonu almış, 50 manat ilkin ödəniş etdikdən sonra qalan məbləği hər ay 100 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdələrinə götürmüşdürlər. Lakin, cavabdehlər öz öhdəliklərini yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir.xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək borcunu hissə-hissə ödəməyə etirazı olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 (bir min iki yüz) manat pul dövlət rüsumunun əvəzi olaraq 32 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar