Məhkəmə qərarları › İş №2(125)-5838/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5838/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5838/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh «Cavabdeh» oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh «Cavabdeh» oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 5576,67 manat əsas borc, 366,67 manat faiz borcu, 708,52 manat cərimə olmaqla, ümumilikdə 6651,56 manat və 86,52 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, iddia tələbi ölmüş şəxsə qarşı yönəldilmişdir. Belə ki, cavabdeh qismində qeyd olunan Cavabdeh xx.xx.2024-cü ildə öldüyü halda ona qarşı iddia tələbi ölümündən sonra, yəni xx.xx.2024cü il tarixdə irəli sürülmüşdür. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olmamışdan əvvəl, yəni xx.xx.2024cü ildə ölmüşdür. Mülki işdə olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Göründüyü kimi qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərə münasibətdə tərəflərdən birinin ölməsi ilə bağlı hüquqi varisinin əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, şəxsin ölməsi məhkəmə prosesi zamanı deyil iddia ərizəsi verilməmişdən qabaq baş vermişdir və ölmüş şəxsə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh «Cavabdeh» oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar