Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5855/2023 06.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 235 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 265 manat məbləğin alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018ci tarixli alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından dəyəri 840 manat məbləğində olan məişət avadanlığını 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu tarixə kimi aylıq ödənişlərinə dair heç bir məbləğ ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsədə cavabdeh müxtəlif bəhanlər ilə onu yubadmışdır. Cavabdehlə aramızda bağladığımız müqaviləyə əsasən 3 ay müddətinə aylıq ödənişlərinə riayət etməsə satıcının müqaviləni bir tərəfli olaraq pozub alıcını məhkəməyə vermək hüququ vardır. Ona görədə cavabdehdən müqavilə üzrə qalıq borc olan 235 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh dəyəri 840 manat olan LG markalı paltaryuyan maşını 12 ay müddətinə aylıq 75 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 605 ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 235 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 15 avqust 2023-cü il tarixli 6200 nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlığını 840 manata satın almışdır. Cavabdeh 605 manat ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 235 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 235 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5855/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5855/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver