Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-595/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X2 onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdehlə 11 oktyabr 2015ci il tarixdə rəsmi nikaha girib ailə qurmuşlar. Bu nigahdan 3 avqust 2016-cı ildə X18 adlı uşaq anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, onunla bir yerdə yaşamaq dözülməz hala çevrilmiş, aralarında ailə münasibətləri pozulmuşdur. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə də almışlar. Nikahın pozulması ilə yanaşı azyaşlı uşağın saxlanılması üçün cavabdehdən ayda 130 manat sabit pul məbləğində aliment tutulması da qət edilmişdir. Aliment tutulmasına dair icra vərəqi icraya yönəldilmiş, lakin cavabdeh indiyə qədər alimenti aylarla gecikdirməklə və az miqdarda vermişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, uşağına maddi və mənəvi dəstək göstərmir. Uşağın saxlanılması üçün kəsilmiş 130 manat sabit pul məbləğində alimenti qəsdən aylarla gecikdirərək ödəyir. Artıq 4 aydır alimenti ödəmir-520 manat məbləğində borc yaranmışdır. Qızı məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. 2020-ci il tarixdən bu yana Respublikada yaşayış minimumu hər il dəyişmişdir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh X2 onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 etiraz təqdim edərək, onun keçmiş həyat yoldaşı İddiaçı ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək 130(bir yüz otuz) manat alimentin artırılaraq 220(iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunda 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, üşaqlar üçün 220 manat müəyyən edilməsini qeyd etmişdir. O, bununla razı deyildir. Belə ki, Ailə Məcəlləsi haqqında Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsi 76-cı maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı təyin edilərkən məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. O, ikinci dəfə ailə həyatı qurmuşdur və ikinci nigahdan bir övladı da vardır. Özü heç bir yerdə işləmir, gəlir yeri də yoxdur. İddiaçı qeyd etdiyi 220 manat pulu ödəməyə maddi cəhətdən imkanı çatmır, eyni zamanda ikinci nigahdan olan övladının da ehtiyaclarını qarşılamalıdır. Əgər 220 manatı ödəsə ikinci övladının ehtiyaclarını qarşılaya bilməyəcəkdir. Bununla da onun bir uşaq kimi hüquqları pozulmuş olacaq. Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Onun ailə vəziyyəti yaxşılığa doğru dəyişməyib, əksinə pisləşmişdir. Belə ki, o, işləmək istəsə də heç bir yerdə iş tapa bilmir. Ailəsi ilə bir yerdə kirayədə qalır, kirayə pulu da valideyinləri tərəfindən ödənilir. Eyni zamanda İddiaçı ərizəsində onun uşaqla maraqlanmadığını, valideyin kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini qeyd etmişdir. İddiaçının bu yazdıqları tamamilə yalandır, o, dəfələrlə qızı ilə görüşmək istəsə də İddiaçı buna maneçilik törətmiş, hətta qızı ilə telefon vasitəsilə də əlaqə qurmağına şərait yaratmamışdır. O, dəfələrlə qızının oxuduğu məktəbə getsə də qızına dərs deyən müəllimlər ona qızı ilə görüşməyə imkan verməmişlər, səbəbini isə ona anası İddiaçı tərəfindən icazə verilmədiyini bildirilmişlər. Bildirmişdir ki, onun nə valideyin hüquqları məhdudlaşdırılmayıb, nə də o valideyin hüququndan məhrum edilməmişdir. Məlumat üçün bildirmişdir ki, İddiaçı onun qızı ilə ünsiyyətinə maneçilik törətdiyi üçün o, xx.xx.2022-ci il tarixdə uşaqla ünsiyyət tələbinə dair Gəncə şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və mülki iş halhazırda Məhkəmənin icraatındadır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X11 arasında 11 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2117 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X8 anası X3 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat alimentin tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 ödənilməsi, Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 459336 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X13 arasında nikah 24 sentyabr 2021-ci ildə bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 1668 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseyinli, arvada Hüseyinli soyadı verilmişdir. Gəncə şəhəri “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İİİ № 832886 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 03 avqust 2016-cı ildə tərəflərin birgə rəsmi nikahından doğulmuşdur. Atası Cavabdeh, anası X6r. Gəncə şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 696597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18 iyun 2022ci ildə tərəflərin birgə rəsmi nikahından doğulmuşdur. Atası Cavabdeh, anası X9r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X11 arasında 11 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2117 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X8 anası X3 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat alimentin tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 ödənilməsi, Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə X13 arasında 24 sentyabr 2021-ci ildə Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha girib ailə qurmuş və həmin nikahdan 18 iyun 2022-ci il tarixdə X15 doğulmuşdur. Belə olan halda 200 manat alimentin tutulması cavabdehin himayəsində qalan uşağın mənafeyi, onun normal, yəni qida rassionuna uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, təhsili ilə bağlı çətinliklərin yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək X4 valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 03 avqust 2016-cı il təvəllüdlü X14 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 avqust 2016-cı il təvəllüdlü X14 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 2723/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03 avqust 2016-cı il təvəllüdlü X14 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X2 hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-595/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-595/2023
06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver