Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5986/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsinin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsi Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şöbə barəsində yuxarı dövlət orqanlarının rəhbərlərinə ünvanladığı şikayət ərizələrində göstərdiyi “DİN-in Baş X1 İdarəsinin Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsində özbaşınalıq və korrupsiya hallarının olması, qanunsuzluqların olduğu, bilə-bilə qəsdən qərəzli surətdə şəxsi maddi maraqlara görə Prezidentin apardığı “Korrupsiyaya qarşı mübarizə” islahatlarına qərəzli surətdə kölgə salmaqla öz hegemonluqlarını sübut edirlər” barədə ifadələrinin yalan hesab edilməsi, həmin ifadələrin cavabdeh tərəfindən təkzib edilməsi, cavabdeh tərəfindən şər-böhtan xarakterli “DİN-in Baş X1 İdarəsinin Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsinə” vurduğu 530 manat maddi ziyanın ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada ərizə-vəsatətlə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin olunmalı, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsinin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsinin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5986/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5986/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver