Məhkəmə qərarları › İş №2(125)-6033/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6033/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6033/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Tunar və xx.xx.2014-cü il təvəllüdlü Ayan adlı uşaqlarının saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 250 manat olmaqla, cəmi 500 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin azaldılaraq, hər ay hər uşaq üçün 100 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Tunar və xx.xx.2014-cü il təvəllüdlü Ayan adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 140 manat aliment tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqlar məktəblidirlər. Tək maaşla uşaqların məktəb, geyim, qida və digər maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh 10 ildə bir dəfə də olsun uşaqlarla maraqlanmamış, ata qayğısı göstərməmişdir. Qızı Ayan 3 dəfə əməliyyat olunmuş, qarşı tərəf heç bir maddi köməklik etməmişdir. Cavabdeh müəllimdir, həmçinin fərdi əməklə məşğul olmaqla kifayət qədər gəliri vardır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiası əsassızdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-80/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqların saxlanması üçün ondan hər ay hər uşağa görə 140 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Həmin tarixdən bir il keçdikdən sonra iddiaçı tərəfindən alimentin artırılması ilə bağlı iddia qaldırılması onun qərəzli mövqedə olmasından irəli gəlir. Belə ki, o, orta məktəbdə müəllim işləməklə, hər ay 392,50 manat əmək haqqı alır. Aliment tutulmamış ələ çatacaq əmək haqqı 332,18 manatdır. Ondan hər ay məhkəmə qətnaməsi əsasında təyin edilmiş 280 manat alimentin tutulması mümkün deyildir. Belə olduğu halda, ona dolanışıq üçün pul çatmır. Ona görə də mühasibatlıq yalnız əmək haqqının 70%-dən aliment tutulmasını həyata keçirir və hər ay 235 manat aliment tutulur. Nəticədə o, 96,90 manat əmək haqqı alır. Həmin məbləğ bir insanın minimum dolanışıq xərcindən də aşağı məbləğdir. O, pedaqoji fəaliyyətdən başqa heç bir başqa fəaliyyətlə məşğul deyildir, heç bir yerdən gəlir əldə etmir. Alimentin məbləğini tam həcmdə ödəyə bilmədiyindən 3900 manat məbləğində aliment borcu yaranmışdır. İlkin iddia üzrə iddiaçının isə əmək haqqı 560 manat olmaqla onun əmək haqqından daha çoxdur. Bundan əlavə, ilkin iddia üzrə iddiaçının əmək haqqının üzərinə 3-cü dərəcəli əlil olması səbəbindən 78 manat əlavə olunur, xırda ticarətlə məşğuldur, müəllim kimi uşaq hazırlayır. Birgə nikahlarından olan uşaqları Ayana görə təqaüd alır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi ticarətlə və repetitorluqla məşğul olmamasını göstərən arayış isə tamamilə saxtadır. Onun uşaqları ilə görüşməsinə şərait yaratmır. Hazırda ilkin iddia üzrə iddiaçı heç bir əsas olmadan o, alimenti ödədiyi halda qərəzli mövqe tutaraq, alimentin artırılmasına dair iddia qaldırmışdır. Hər iki valideynin uşaqların saxlanılmasında bərabər hüquqlu olduqlarını qeyd edərək, ilkin iddianın rədd edilib, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 713245 nömrəli və AZ-İİİ 325029 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Tunar və xx.xx.2014-cü il tarixli Ayan adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-80/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, 00710-2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Baram qızı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 41 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, A.S.Puşkin adına 9 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir, onun xx.xx.2023-cü il tarixə hesablanmış aylıq əmək haqqı 392,50 manat, aliment tutulmamış ələ çatacaq əmək haqqı 332,18 manat, aliment tutulduqdan sonra ələ çatacaq əmək haqqı isə 96,90 manat təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubdan görünür ki, İddiaçı Şəmkir rayon Tatarlı kənd tam orta məktəbində riyaziyyat-informatika müəllimi işləməklə 560 manat əmək haqqı və əlavə olaraq 3-cü qrup xəstəlik üçün 78 manat müavinət alır. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Tatarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 347 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Tatarlı kənd, R.Gülməmmədova adına tam orta məktəbdə müəllimə işləyir, ticarətlə və repetitorluqla məşğul olmur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-80/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş 280 manat məbləğində aliment iki uşağın saxlanılması üçün yetərli olmadığını əsas gətirərək ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddia ərizəsi verərək alimentin azaldılması və hər ay hər uşaq üçün 100 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini əmək haqqı məbləğinin az olması və pedaqoji fəlaiyyətdən başqa heç bir yerdən gəlir əldə etməməsi, bundan fərqli olaraq ilkin iddia üzrə iddiaçının isə əmək haqqı məbləği daha çox olmaqla, 3-cü dərəcə əlilliyə görə təqaüd alması ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərib hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Lakin işin hallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-80/2022 nömrəli qətnaməsi ilə aliment təyin olunduqdan sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia tələbi əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar