Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-605/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı məxsus yarımçıq tikilini təmir etdirirərək ora köçmək fikri olmuşdur. Bu sahədə təcrübəsi olmadığı üçün Gəncə şəhəri “Şans” Tibb Mərkəzinin qarşısında “Dəniz İnşaat” mağazasının sol tərəfində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Belə ki, binanın giriş hissəsində şirkət tərəfindən təmir, tikinti bu sahədə digər xidmətlər göstərilməsi ilə bağlı böyük reklam lövhələri yerləşdirilmişdir. İddiaçı şirkətin direktoru Cavabdeh müraciət etmiş və sonuncu onun məqsədini öyrəndikdə tam düzgün ünvana gəldiyimi bildirmişdir. Cavabdeh şirkətin çox böyük imkanlarının olduğunu və ona yüksək səviyyədə xidmət göstəriləcəyini bildirmişdir. Yalçın tikiliyə baxmaq ölçmə işləri aparmaq məqsədi ilə iddiaçıya məxsus yarımçıq tikili olan əraziyə getmiş, tikiliyə baxaraq ölçmə işləri aparmış və bildirmişdir ki, 31.000 (otuz bir min) manata evi tam təmir edərək təhvil verəcəkdir. Daha sonra Yalçın bununla bağlı notariat qaydada müqavilə bağlamalı olduğunu bildirmiş və onlar Gəncə şəhəri 6 saylı notarial ofisinə gedərək xx.xx.2022-ci il tarixli tikinti üçün podrat müqavilə sazişi bağlamışlar. Sazişə əsasən o ilkin olaraq "xxxx" MMC-yə 6000 (altı min) manat, iş bitdikdən sonra qalan 25000(iyirmi beş min) manatı ödəməli imiş. Daha sonra onlar şirkətin ofisinə gəlmiş, orada onlar, "xxxx" MMC-nin direktoru Cavabdeh xidmət müqaviləsi bağlayaraq imzalarımışlar. Müqavilənin ikinci bəndinə əsasən o ilkin ödənişi şirkətin bankhesabına və ya şirkət tərəfindən təsdiq edilmiş “Kassa mədaxil ordeni” üzrə ödəməli imiş. O ilkin ödəniş məbləği 6000(altı min) manatı sayaraq şirkətin direktoru Cavabdeh vermiş və Yalçın ona şirkət tərəfindən təsdiq edilmiş “Kassa mədaxil ordeni” üzərində şirkətin möhrü olan çeki təqdim etmişdir. Müştəri müqaviləsinin 1 saylı əlavəsinə əsasən cavabdeh təmir işlərinə xx.xx.2022-ci il tarixində başlamalı və xx.xx.2022-ci il tarixində yekunlaşdıraraq ona hazır evi təhvil verməlymiş. Ancaq nəinki xx.xx.2022-ci il tarixində digər günlərdə də şirkət tərəfindən 1300(min üç yüz) manat dəyərində iş görülmüşdür. Bununla bağlı Cavabdehla dəfələrlə telefon əlaqəsi yaratsa da, o hər dəfə bir bəhanə gətirmişdir. Demək olar ki, gündəlik olaraq şirkətin ofisinə getmiş və orda şirkətin direktoru olan Cavabdeh iş görməməklərini müxtəlif bəhanələr gətirərək onu aldatmaqla məşğul olmuşdur. Təxminən iyun ayının ortalarında şirkət Gəncə şəhəri “Şans “ Tibb Mərkəzinin qarşısında kirayələdiyi ofisdən çıxmış, ofisin bütün avadanlıqlarını və sənədlərini aparmışdır. Daha sonra Yalçınla bir neçə dəfə əlaqə saxlaya bilmiş, artıq 4 aydan çoxdur ki, Yalçınla əlaqə sxlaya bilməmişdir. Cavabdeh fırıldaqçılıqla ondan 6000(altı min) manatı almış, onun təcrübəsi olmamığından istifadə edərək onu əlacsız vəziyyətə salmışdır. Oğluna toy etmək istəsə də, toyu təxirə salmaq məcburiyyətində qalmışdır. Oğlu hərbiçidir, 8 ildir ki Vətənə xidmət edir. Odur ki, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçıya pordrat müqaviləsinin "xxxx" MMC ilə bağlandığı bildirilərək cavabdehi əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da, iddiaçı Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsinə razılıq verməmiş və Cavabdeh 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Cavabdeh ünvanı iddia ərizəsində Gəncə şəhəri, M.Bağırov küçəsi ev 1 qeyd edilsə də, Cəfərov X1 Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-605/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-605/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver