Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6126/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, hər bir uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(044)-320/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2008-ci il tarixli, 267 saylı akt qeydinin pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması, Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qızlarından biri 9-cu sinifdə, digəri isə 4-cü sinifdə təhsil alır. Cavabdeh 2 uşağa hər ay 260 (iki yüz altmış) manat aliment ödəyir. Bu aliment onların maddi tələbatını ödəməməklə Respublikada müəyyən edilmiş minimum yaşayış həddindən belə çox aşağıdır. O, heç bir yerdə işləmir. Cavabdehin isə qazancı qeyri-müntəzəm dəyişəndir. Cavabdeh fərdi əməklə məşğul olur. O, Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatı tərəfindən ona arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında bildirdi ki, hal-hazırda yaşadığı ev qayınatasına məxsusdur və həmin evi təmir etdirərək, uşaqları ilə birlikdə həmin evdə yaşayır. Özü işləyir, lakin kredit borcları vardır və aldığı əmək haqqı ilə gündəlik xərclərini və kredit borclarını ödəyir. Cavabdeh ilə birgə nikahlarından anadan olmuş İradə və Nəzrin adlı uşaqların saxlanılmasında çətinlik çəkir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-320/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqların tələbatları günü-gündən artır. Eyni zamanda uşaqlar hazırlıqlara gedir və onların hazırlıqlarına 200 manatdan çox pul xərcləyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X10 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh aliment məbləğinin artırılmasına razı deyildir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Cavabdeh usta işləyir, anasının pensiyası vasitəsi ilə aliment məbləğini ödəyir. Cavabdeh özünə məxsus evi də İddiaçı və uşaqlarına vermişdir. Cavabdeh özü həmin evdən istifadə edə bilmir. Bir ata kimi Cavabdeh da uşaqlarının yaxşı şəraitdə yaşaması, təminatlarının yaxşı olmasını istəyir, lakin maddi vəziyyəti buna imkan vermir. Həmçinin Cavabdeh səhhəti ilə bağlı problemləri var və bununla bağlı müalicə alır. Eyni zamanda cavabdeh ikinci dəfə evlənmiş və həmin evlilikdən himayəsində azyaşlı uşağı vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; AZ-İ seriyalı, 360084 nömrəli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 18 noyabr 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (044)- 320 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 29 aprel 2019-cu il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 noyabr 2020ci il tarixində 227 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. AZ-İİ seriyalı, 260544 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 01 fevral 2009-cu il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İİİ seriyalı, 290427 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 22 fevral 2014-cü il tarixdə doğulmuşdur. atası – Cavabdeh, anası – İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-320/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Hüseynova (Şabanova) Könül Qəmbər qızının arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 267 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 nikahın pozulmasından sonra cavabdeh İddiaçı himayəsində saxlanılması və iddiaçı Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 30 avqust 2023-cü il tarixli, MŞG/1-027 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 30 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyanın tam xidmət haqqı 55 manat ödəniş etmişdir. AZ-İİ seriyalı, 502676 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 09 aprel 2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 aprel 2022-ci il tarixdə 758 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. AZ-İİİ seriyalı, 890142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 mart 2016-cı il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X4r. “X18” tərəfindən verilmiş rentgen məlumatlarından görünür ki, Cavabdeh döş qəfəsinin R-qrammasında + (R-skopiyasında) hər iki ağ ciyər kökü ətrafında bronx damar şəkli güclənmişdir. Sinuslar sərbəstdir. Diafraqma hərəkətlidir. Ürək normaldır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-320/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə Hüseynova (Şabanova) Könül Qəmbər qızının arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 267 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 nikahın pozulmasından sonra cavabdeh İddiaçı himayəsində saxlanılması və iddiaçı Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, hər bir uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən 3 ildən çox vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-320/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 80 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 960 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(044)- 320/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6126/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6126/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver