Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-613/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Hacıyeva (Nəsibova) Leyla Sahib qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hacıyeva (Nəsibova) Leyla Sahib qızına və Cavabdeh2 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hacıyeva (Nəsibova) Leyla Sahib qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onları ataları X4 qanun üzrə vərəsəsi tanıyıb, hər birinə ondan miras qalan, ünvan 1 ünvanda yerləşən yaşayış evinin və “Nissan-X-Trail” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/8 hissəsinə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ataları X4 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar onun qoyduğu mirasa vərəsəlik açılmışdır. Onun qoyduğu miras ünvan 1 ünvanda yerləşən yaşayış evindən və “Nissan-X-Trail” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir, xx.xx.2019-cu il tarixdə əldə edilmişdir. Ataları vəsiyyətnamə qoymamışdır. Onun qanun üzrə vərəsələri sırasında onlardan başqa onun mərhum analarından sonra ailə həyatı qurduğu Hacıyeva (Nəsibova) Leyla Sahib qızı və ondan olan övladı Cavabdeh2 var. Onlar mirası qəbul etməkləri barədə ərizələrini qanunla müəyyən edilmiş müddətdə (xx.xx.2021-ci il tarixdə) “Asan” xidmət mərkəzinin notariat ofisində qeydiyyata alınmışdır. Cavabdehlər isə mirası ən azı ona sahib olma formasında qəbul etmişlər. Miras evin və avtomobilin əldə edilmə vaxtı bu qadının zamanına düşdüyündən əslində vərəsəlik evin və avtomobilin ½ hissələrinə açılmışdır. Mirasqoyanın 4 vərəsəsi olduğundan onların hər birinin paylarına evin və avtomobilin 1/8 (1/2:4=1/8) hissələri düşür. Cavabdeh Hacıyeva (Nəsibova) Leyla Sahib qızı onları vərəsə kimi qəbul etmədiyindən onlar bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Hacıyeva (Nəsibova) Leyla Sahib qızı iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxlsərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1994-cü təvəllüdlü İddiaçı1 və xx.xx.1996-cı il təvəllüdlü X2 atası X8, anası X5r. İş materiallarında olan xx.xx.2001-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında 19 yanvar 2001-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixli **********284 saylı Gəncə “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizənin surətindən görünür ki, “15” oktyabr 2021-ci ildə Gencə şəhəri, Kəpəz rayonu, N.ünvan 2 ünvanında yaşayan atası- X8 ölmüşdür. Mirasın tərkibi: harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa İddiaçı1 vərəsəsi vardır. Mirasın tərkibinə daxil olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair qanunla müəyyən edilmiş müddət bitdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən xx.xx.2021-ci il tarixli **********285 saylı Gəncə “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizənin surətindən görünür ki, “15” oktyabr 2021-ci ildə Gencə şəhəri, Kəpəz rayonu, N.ünvan 2 ünvanında yaşayan atası- X8 ölmüşdür. Mirasın tərkibi: harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa İddiaçı2 vərəsəsi vardır. Mirasın tərkibinə daxil olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair qanunla müəyyən edilmiş müddət bitdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixli **********272 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası-X3 miras qalmış əmlaka dair digər vərəsələr ilə aralarında mübahisə yaranmışdır. Odur ki, qeyd olunan mübahisəyə görə məhkəməyə müraciət etmək üçün ona imtina məktubu verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 1895 saylı məktuba cavab olaraq bildirilmişdir ki, “Nissan X-Trail” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən hal-hazıradək X4 adınadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli 4-Ə-2-224 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 6-cı döngə, 16 saylı fərdi yaşayış evi X6 tərəfindən X1. Alıcıya xx.xx.2002-ci İl tarixli 2828 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə X7 bu əmlaka (0.0565 ha torpaq sahəsində yerləşən tikili “A”-da 22.8 kvm bir yaşayış otağı, 21.8 kvm köməkçi sahə) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi xx.xx.2017-ci il tarixli 113 saylı məktubunda bu mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililərin X4 adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir, vətəndaşa razılaşdırılmış eskiz-layihə verilmişdir. X7 Nəriman Nərimanov prospekti, 6-cı döngə, 16 saylı fərdi yaşayış evinə (0.0565 ha torpaq sahəsində yerləşən tikili “A”-da 64.9 kvm üç yaşayış otaqları, 74.8 kvm köməkçi sahə, 138.2 kvm y/zirzəmi, tikili “İ”-də 105.0 kvm talvar) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 ailə tərkibinə arvadı Hacıyeva (Nəsibova) Leyla Sahib qızı və övladları xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı2 daxildir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən İddiaçı1 verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki,X8 ilə X9 arasında xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Gəncə şəhəri, N.Nərimanov küçəsi, 6-cı döngə ünvanında yerləşən 16 nömrəli ev xx.xx.2002-ci il tarixdə, “Nissan-X- Trail” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmışdır. İddiaçı1, İddiaçı2 və Cavabdeh2 X4 övladlarıdır. X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçılar xx.xx.2021-ci il tarixdə Notariat Ofisinə müraciət edərək, ataları Qüdrət Hacıyevdən mirasdan qalmış bütün əmlakı qəbul etmələrinə dair ərizə təqdim etmişlər. Daha sonra İddiaçı1 xx.xx.2022-ci il tarixli Notariat Ofisinə ərizə ilə müraciət edərək miras əmlaka dair digər vərəsələr ilə aralarında mübahisə yarandığından məhkəməyə müraciət etmək üçün ona imtina məktubu verilməsini xahiş etmiş, Ofis xx.xx.2022-ci il tarixli məktubla mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Hazırda isə iddiaçılar ataları Qüdrət Hacıyevdən mirasdan qalmış miras qalmış ev və avtomobilə hər birinin 1/8 payının müəyyən edilməsini xahiş etmişlər. Mirasın açıldığı vaxtdan qanunla müəyyən edilmiş 6 ay ərzində iddiaçılar Qüdrət Hacıyevdən miras qalmış əmlakı formal qəbul etməsini təsdiqləyən ərizələrlə Notariat Ofisinə müraciət etmişlər. Miras qoyan Qüdrət Hacıyevin ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 4 nəfər şəxsin olması müəyyən edilir: iki uşağı (iddiaçılar), arvadı və digər uşağı (cavabdehlər). Məhkəmə miras əmlakın birgə nikah dövründə əldə edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıların mirası formal qəbul etməsi, lakin miras miras əmlaka payların və mirasın bölüşdürülməsi zamanı mübahisə yaranması tədqiq edilmiş sübutlarla ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, iddiaçıların hər birinin X3 miras qalmış, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 6-cı döngə ünvanında yerləşən 16 nömrəli evdə və “Nissan-X-Trail” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1/8 hissədə payının olması müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 15 oktyabr 2021-cü ildə ölmüş X3 miras qalmış Gəncə şəhəri, N.Nərimanov küçəsi, 6-cı döngə ünvanında yerləşən 16 nömrəli evdə və “Nissan-X-Trail” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı1 və İddiaçı2 hər birinin 1/8 hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-613/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-613/2023
07.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver