Məhkəmə qərarları › İş №2(125)-615/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-615/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-615/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə razılaşmalarına əsasən ona 2000 manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh borcunu qaytarmadığına görə onunla aralarında mübahisə yaranmış və qeyd olunan mübahisə ilə bağlı cavabdehlə aralarındakı mübahisənin həllinə Polis idarəsində baxılmış və cavabdeh orada izahat verərək iddiaçının ona borc pul verdiyini göstərmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, Göyçək adlı xanımı tanıyır, onlarla əvvəllər qonşuluqda yaşamışlar. Təxminən 2022-ci ilin yanvar ayında iddiaçıdan 1500 manat sələmə pul götürərək əvəzinə 1 fantaziya üzük, 1 tək sırğa, 1 nazik qolbağ olmaqla qızıl-zinət əşyalarını qoymuş və 3 ay 200 manat, 1 ay isə 150 manat olmaqla cəmi 750 manat faizini qaytarmışdır. Lakin sonradan Göyçəyin pulunu qaytara bilmədiyi üçün Göyçək onu mütəmadi olaraq zəng edərək hədələmişdir. xx.xx.2022-ci il tarixdə isə Göyçək yaşadığı ünvana gələrək pulunu istəmiş, o isə ona maddi vəziyyətinin yaxşı olmadığını, pulu olan zaman borcunu geri qaytaracağını demişdir. Buna baxmayaraq Göyçək həmin zaman onunla mübahisə edərək onu nalayiq ifadələrlə təhqir etmiş, əli ilə üz nahiyəsinə vuraraq onu döymüş və ona xəsarət yetirmişdir. O, isə həmin vəziyyətdə 102-yə zəng vurmuş və Polis idarəsində izahat vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh əri 2000 manat pulu borc kimi ondan alıb Mehribana verəcəyini bildirmiş, sonradan borclarını qaytarmamışlar. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Gəncə şəhəri Sevil Qazıyeva külçəsi 6-ci döngə ev 15-də yaşayan İddiaçı Gəncə şəhəri Bağbanlar küçəsi ev 86-da yaşayan Cavabdeh yaşadığı ünvanda bir-birlərini döyərək dərəcələri təyin edilməyən xəsarətlər yetirmələri müəyyən edilmişdir. Vət. İddiaçı və X2 əməllərində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı cavabdehin izahatı ilə müəyyən olundu ki, cavabdeh iddiaçıdan 1500 manat borc pul götürmüş, həmin borcu qaytarmağı öhdəsinə götürsə də borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə pulu tələb etsə də, cavabdeh borcunu qaytarmır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh 2000 manat borc pul verdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh iddiaçıdan 1500 manat pul götürdüyünü, lakin həmin puldan 750 manatını iddiaçıya qaytardığını qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar