Məhkəmə qərarları › İş №2(125)-6152/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6152/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6152/2023 21.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun müddətdir tanıyır. 2019-cu ildə Cavabdeh oğlunun problemlərini həll etməsi ilə əlaqədar ondan 1350 manat almışdır. Bir müddət keçdikdən sonra o, Cavabdeh ona olan borcunu tələb etmiş, cavabdeh ona olan borcunu qaytarmamışdır. 27 aprel 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ona olan borcunun geri qaytarılmasını xahiş etmişdir. Onun polis bölməsinə müraciətindən sonra cavabdeh 450 manat borcundan qaytarmışdır. Bir müddət keçdikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinin 3- cü Polis Bölməsindən ona bildirmişdirlər ki, bu məsələ mülki xarakterlidir. Lakin həmin vaxtdan sonra o, dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh qalan 900 manat borcu 2019-cu ildən bu günədək ödəməmiş, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Həmçinin cavabdeh polisə verdiyi izahatında 1350 manat borc götürdüyünü etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıdan 1350 manat sələmə borc pul almışdır. Borcundan 300 və 600 manat olmaqla iddiaçıya ödəmiş, 450 manat borcu qalmışdır. 300 və 600 manat pulu iddiaçıya geri qaytarması ilə bağlı heç bir qəbz götürməmiş, həmin vaxt da ikisindən başqa heç kim olmamışdır, şahidi yoxdur. Bundan sonra iddiaçı polisə müraciət etmiş, qalan 450 manatı da polisin əli ilə hər ay qəbzlərlə iddiaçıya geri ödəmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ilkin olaraq borcu olmadığını bildirsə də, 1350 manat borcundan 450 manat pul borcunu çek vasitəsilə ödəmiş, pulun qalan hissəsini ödəməkdən imtina etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus kart hesabına cəmi 400 manat ödəniş edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan 1350 manat məbləğində borc almışdır. Cavabdeh özü də iddiaçıdan 1350 manat borc almasını mübahisələndirməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək qəbz vasitəsi ilə ödəmiş olduğu 450 manatdan başqa ayrı-ayrı vaxtlarda 300 manat və 600 manat olmaqla cavabdehə olan borcunu tam olaraq ödədiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Həmin vaxt pulu iddiaçıya verəndə kənar şəxslərin olmadığını və bu barədə hər hansı qəbz almadığını göstərmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi cavabdeh borcunu tam şəkildə ödədiyini bildirərək iddia tələbinə qarşı etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh borcunu ödəməkdən yayınaraq öhdəliyi icra etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarında olan sübutlarla birlikdə araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq, cavabdehdən 900 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar