Məhkəmə qərarları › İş №2(125)-6162/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6162/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6162/2023 21.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1035 manat borcun və 33.5 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yaşayış evi almaq üçün Cavid adında maklerə müraciət etmişdir. O, bu ilin may ayında ünvan 1 ünvanda yerləşən həyət evini satmaq niyyətində olan Cavabdeh ilə tanış etmişdir. Qadınla tanış olub, onun evinə baxmış, almağa razı olmuşdur. Qarşılıqlı razılıq əsasında evi 36.000 manata qiymətləndirmişdir. Cavabdeh ondan 1000 manat beh və adına qeydiyyat sənədi almaq üçün zəruri olan 70 manatın yarısını, yəni 35 manat tələb etmiş, makler Cavid yanında olduğundan və onu lazımi qaydada başa salmadığından bu məbləği də ona vermişdir. Bir müddət keçəndən sonra Cavabdeh müqaviləni rəsmiləşdirmək üçün hər hansı hərəkət etməməsini görüb, onunla görüşmüşdür. O zaman da bilmişdir ki, ona təklif edilən ev onun mərhum ərinin adınadır, özü də vərəsələr arasında mübahisə var. Qardaşı Sadiq S. Atayevanın oğluna zəng etmiş, evlərini satmaq istəyib-istəməməsini soruşmuş, S. Atayevamn oğlu ona kimin zəng eməsini bilmədiyindən evi satmağa razı olmuşdur. Qardaşı Sadiq onu evi beh alıb, ona satdığı halda başqasına satmaq istəyinə görə məzəmmət etmişdir. S. Atayeva evi ona satmaq üçün hərəkət etmədiyindən pulunu geri tələb etmiş, ala bilməyib, Gəncə şəhər 1-ci Polis İdarəsinə müraciət etmişdir. X3 adlı sahə müvəkkili araşdırmış, dərinə getməyib, xx.xx.2023-cü il tarixli məktubla ona məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olmasını izah etmişdir. Şifahi olaraq demişdir ki, yaşlı qadına qarşı cinayət işi qaldırmağı məsləhət bilinməmişdir. Ərizə polis şöbəsinə olanda öyrənmişəm ki, S. Atayeva və onun ailə üzvləri olan oğlu və gəlini evi başqa adamlara da təklif etmiş, birisinin dəqiq 63.000 manatını əllərinə keçirmişlər. Həmin məsələ üzrə cinayət işi qaldırılmışdır, istintaq Baş Polis İdarəsində aparılır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Gəncə şəhər 1-ci Polis Şöbəsinə İddiaçı xx.xx.2023-cü il tarixdə etmiş olduğu müraciətin icrasına dair xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı etmiş olduğu müraciətdə, təxminən 10 gün əvvəl ünvan 3 ünvanda yerləşən evi almaq üçün Sədət Atayeva adlı qadına 1000 manat beh verməsini, daha sonra evin sənədləri natamam olduğu üçün vermiş olduğu behin geri qaytarılması tələb etməsini, lakin behin geri qaytarılmamasını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatı alınmış və o öz izahatında, etmiş olduğu müraciətdə göstərilən xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı X1 izahatı alınmış və o öz izahatında, barəsində yazılan şikayət ərizəsi ilə tanış olmasını, evin sənədlərinin düz olamsını və yaxın vaxtlarda qeyd olunan pulu qaytaracağını bildirmişdir. Aparılmış araşdırma zamanı vətəndaş İddiaçı etmiş olduğu müraciətdə göstərilən xüsusatlar ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, vətəndaş İddiaçı etmiş olduğu müraciətdə göstərilən xüsusatlar ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müarciət etmək hüququnun olması izah edilməklə toplanılmış materialın PŞ-in dəftərxanasında işə alınması məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə iddiaçı beh qismində cavabdehə verdiyi 1000 manat pulun qaytarılmasını xahiş etmiş və həmin pulun verilməsi polis şöbəsində aparılmış araşdırma zamanı cavabdehin verdiyi izahatla təsdiq olunmuşdur. Lakin daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanmasına dair behin verilməsi notariat qaydasında təsdiq olunmamışdır, beləliklə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış həmin əqd etibarsızdır və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdehdən 1000 manat pul tutularaq iddiaçıya ödənilməldir. Bundan başqa, iddiaçı həmçinin alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərcləri üçün iddiaçıya verdiyini bildirdiyi pulun yarısı olan 35 manatın tutulmasını xahiş etsə də, həmin pulun cavabdehə verilməsi sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normaya əsasən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar