Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6163/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin biasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7737 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən şəhəri, H. Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. Belə ki, icarəyə götürdüyü mağazada mobil telefonlar, qızılzinət əşyaları və paltar satışı ilə məşğul olur. Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və VÖEN nömrəsi almışdır. Cavabdeh uzun müddətdir tanıyır. O, N saylı hərbi hissədə zabit olaraq işləyir. Təxminən 5 ay bundan öncə Cavabdeh onun mağazasına gəlib nisyə qaydada qızıl-zinət əşyası və diz üstü kompüter almışdır. Həmin əşyaların dəyərindən bir qədərini ödəmiş, lakin qalan pulu ödəməmişdir. Cavabdehdən dəfələrlə ona olan borcunu tələb etsə də fərqli bəhanələrlə borcunu ödəməkdən boyun qaçırtmışdır. Hazırda cavabdehin ona 7640 manat borcu qalmışdır. Həmin məbləği cavabdehdən ala bilmədiyim üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin hazırda ona qızıl boyunbağıya görə 4960 manat, qızıl qolbağıya görə 1170 manat, notebok kompüterə görə isə 1200 manat borcunun qaldığını bildirib, cavabdehlə arasında bağlanan nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsini və cavabdehdən 7330 manatın alınıb ona verilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2023-cü ilin yanvar ayında Cavabdeh 1950 manat dəyərində qızıl qolbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 200 manat ilkin ödəniş etmiş və bu barədə 25 yanvar 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə yanvar, fevral, mart, may və iyul ayları olmaqla, ümumilikdə 580 manat ödəniş etsə də 1170 manat borcu qalmışdır. Bundan başqa 2023-cü ilin fevral ayında Cavabdeh 6750 manat dəyərində qızıl boyunbağı nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 500 manat ilkin ödəniş etmiş və bu barədə 18 fevral 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə mart, aprel və iyun ayları olmaqla, ümumilikdə 1560 manat ödəniş etsə də 4960 manat borcu qalmışdır. Daha sonra 2023-cü ilin aprel ayında Cavabdeh 1800 manat dəyərində noutbuk kompüteri nisyə qaydada satmışdır. Həmin kompüterin alınması ilə bağlı cavabdeh ilkin ödəniş etməmişdir. Kompüterin satışı ilə bağlı cavabdehlə onun arasında 10 aprel 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh kompüterə görə aprel və iyun ayları olmaqla, ümumilikdə 600 manat ödəniş etsə də 1200 manat borcu qalmışdır. Hazırda cavabdehin ona nisyə aldığı əşyalara görə cəmi 7330 manat borcu qalmışdır. Cavabdehdən borcunu tələb etsə də sonuncu ona olan borcunu ödəmir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 25 yanvar 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat dəyərində qızıl qolbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 200 (iki yüz) manat ilkin ödəniş etmişdir. Cavabdeh boyunbağıya görə yanvar, fevral, mart, may və iyul ayları olmaqla ümumilikdə 580 (beş yüz səksən) manat ödəniş etmişdir. 18 fevral 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6750 (altı min yeddi yüz əlli) manat dəyərində qızıl boyunbağımı nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 500 (beş yüz) manat ilkin ödəniş etmişdir. Cavabdeh boyunbağıya görə mart, aprel və iyun ayları olmaqla ümumilikdə 1560 (bir min beş yüz altmış) manat ödəniş etmişdir. 10 aprel 2023-cü ildə nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1800 (bir min səkkiz yüz) manat dəyərində noutbuk kompüterini nisyə qaydada satmışdır. Həmin kompüterin alınması ilə bağlı Cavabdeh ilkin ödəniş etməmişdir. Cavabdeh kompüterə görə aprel və iyun ayları olmaqla ümumilikdə 600 (altı yüz) manat ödəniş etsə də 1200 (bir min iki yüz) manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2023-cü ilin yanvar ayında iddiaçı Cavabdeh 1950 manat dəyərində qızıl qolbağını nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 200 manat ilkin ödəniş etmiş və bu barədə tərəflər arasında 25 yanvar 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə yanvar, fevral, mart, may və iyul ayları olmaqla ümumilikdə 580 manat ödəniş etsə də 1170 manat borcu qalmışdır. Bundan başqa 2023cü ilin fevral ayında iddiaçı Cavabdeh 6750 manat dəyərində qızıl boyunbağı nisyə qaydada satmışdır. Həmin boyunbağının alınması ilə bağlı cavabdeh 500 manat ilkin ödəniş etmiş və bu barədə tərəflər arasında 18 fevral 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh boyunbağıya görə mart, aprel və iyun ayları olmaqla ümumilikdə 1560 manat ödəniş etsə də 4960 manat borcu qalmışdır. Daha sonra 2023-cü ilin aprel ayında iddiaçı Cavabdeh 1800 manat dəyərində noutbuk kompüteri nisyə qaydada satmışdır. Həmin kompüterin alınması ilə bağlı cavabdeh ilkin ödəniş etməmişdir. Kompüterin satışı ilə bağlı cavabdehlə onun arasında 10 aprel 2023-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh kompüterə görə aprel və iyun ayları olmaqla ümumilikdə 600 manat ödəniş etsə də 1200 manat borcu qalmışdır. Hazırda cavabdehin ona 7330 (yeddi min üç yüz otuz) manat borcu qalmışdır. İddiaçı cavabdehdən borcunu tələb etsə də cavabdeh borcunu ödəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mal satışına dair nisyə alğısatqı müqavilələri bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və müqavilələrdə qeyd edilən əşyaları cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəlində göstərilən müddətlərdə və məbləğlərdə pulu satıcıya ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 7330 (yeddi min üç yüz otuz) manat borcu qalmışdır. Bu baxımdan iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi, 18 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və 10 aprel 2023-cü il tarixli nisyə alqısatqı müqaviləsi ləğv edilməli, Cavabdeh nisyə qaydada alınmış qızıl qolbağı, qızıl boyunbağı və noutbuk kompüterə görə iddiaçıya ümumilikdə ödənilməmiş 7330 (yeddi min üç yüz otuz manat) manat pul tutulub İddiaçı ödənilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 93.30 (doxsan üç manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi, 18 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və 10 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 7330 (yeddi min üç yüz otuz manat) manat pul alınıb İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və buna görə Cavabdeh 93.30 (doxsan üç manat otuz qəpik) manat tutulub İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6163/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6163/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver