Məhkəmə qərarları › İş №2(125)-618/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-618/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-618/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nuruyeva X1 Fərid Rövşən oğluna qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat, cəmi 1.435 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti, ev 50-də yaşayan Cavabdeh 2017-ci ildə Gəncə şəhəri «Zaman» inşaatda satıci işlədiyi vaxtdan tanımışdır. 25 sentyabr 2020-ci il tarixdə yaxın münasibətləri olmuşdur. Cavabdeh onun ailə başçısını itirdiyinə görə aldığı müavinətlə loteriya oynadığımı öyrənmiş, 10 oktyabr 2020-ci il tarixdə onun evinə gəlmişdir. Cavabdeh ondan 1.600 manat borc pul istəmiş və mart ayında qaytaracağını bildirmişdir. O, cavabdehə inanmış və 2021-ci ilin mart ayına kimi qaytarmaq şərti ilə 1.640 manat borc pul vermişdir. Lakin Cavabdeh borc götürdüyü 1.640 manat pulu 2021-ci ilin mart ayında qaytaracağına söz versə də, həmin puldan yalnız 240 manat ödəmişdir. Cavabdeh söz verdiyi vaxtda 1.400 manat pulu geri qaytarmadığı üçün o cavabdehin ünvanına getmişdir. 30 sentyabr 2022-ci il tarixdə Cavabdeh mobil telefonla zəng edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, bundan qorxaraq 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Şikayəti ilə bağlı o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə dəvət edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin 18 oktyabr 2022-ci il tarixli 122- 40082-1222 nömrəli məktubla ona müraciətinin mülki xarakterli olduğu bildirilmiş və bu məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı 18 oktyabr 2022-ci il tarixli, 122-40082-1222 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onun müraciətinin mülki xarakterli olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan «Whatsapp» mobil tətbiq vasitəsi ilə aparılan danışıqlardan görünür ki, Cavabdeh İddiaçı borcu olduğunu bildirmiş və qısa müddət ərzində qaytaracağını vəd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə görə əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilir. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş vəsaitin əvəzi qismində 1.400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 (bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat, cəmi 1.435 (bir min dörd yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar