Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-62/2024 03.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, əhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilin üst damında Cavabdeh məxsus su çəninin sökülməsi və ona dəymiş 2000 (iki min) manat miqdarında zərərin və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qonşudur. Ona məxsus Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 nömrəli mənzil binanın 4-cü mərtəbəsində yerləşir. Cavabdeh məxsus su çəni binanın damında düz ona məxsus mənzilin üstündə yerləşir. Dəfələrlə onun su çənindən su daşaraq onun mənzilinə axmışdır. Cavabdehdən dəfələrlə su çəninin mənzilin üstündən sökülməsi barədə xəbərdar etmiş, lakin cavabdeh hər dəfə onu və ailə üzvlərini təhqir etmişdir. Bunun nəticəsində ona məxsus mənzilin otaqların damı, divarları nəmlənmiş, bir çox otaqlarda divar kağızı və evin dekoru sökülmüş, həmçinin bir-iki otaqda elektrik naqilləri qısa qapanmadan sıradan çıxmışdır. Bundan başqa mənzildə rütubət olduğundan mənzildə yaşamaq mümkünsüz olmuşdur. Beləliklə, cavabdehin təqsiri üzündən su çənindən onun mənzilinə axan sular nəticəsində mənzilinə təxminən 2000 manat civarında ziyan dəymişdir. Evini hazırki vəziyyətini video çəkərək diski sübut kimi ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iddia ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, ona məxsus olan su çəni İddiaçı məxsus ünvan 1 ünvanının üstündə yerləşir. Su borularında nasazlıq olduğu üçün iddiaçının evinə su sızmışdır. Dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qərardadı ilə, məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/1716 nömrəli, 17 iyul 2023-cü il tarixli ekspert rəyi verilmişdir. Lakin, ekspert rəyi ilə razı olmadığı üçün təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3-16-16/2-10/7909 nömrəli, 19 mart 2024-cü il tarixli rəy verilmişdir. Hesab edir ki, iddiaçıya dəymiş ziyan həddindən artıq çox yazılmışdır. Ona görə də ekspertizanın rəyləri ilə razı deyildir. Həmin ziyanı aradan qaldırmaq istəmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Həmçinin, ona məxsus su çəninin sökülməsi ilə razı deyildir. Belə ki, həmin su çəni iddiaçıya heç bir maneəçilik törətmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 25 oktyabr 2007-ci il tarixli, **********6-05101-093007 reyestr nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. MH seriyalı, ******* nömrəli, 22 oktyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********56-05101-093007 reyestr nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsində istifadədə olan 0,0642 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 28,7 kvadratmetr ümumi, 15,8 kvadratmetr yaşayış sahəsindən ibarət 1 otaqlı 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 1216 nömrəli, 14 dekabr 2022-ci il tarixli aktdan görünür ki, imza edənlər X7, X3 və X4 tərəfindən imzalanaraq, tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov, bina 9, mənzil 36-da yaşayan İddiaçı məxsus mənzilin tavanında olan dağıntılara səbəb, Şahlar Hüseynov, bina 9, mənzil 25-də yaşayan Cavabdeh məxsus olan su çənindən su tökülür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1716 nömrəli, 17 iyul 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq olunan 36 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 nömrəli mənzilinə, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 36 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərinə baxış keçirilən zaman su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin, su sızma hallarının başvermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çəninin boru xətlərində qəza yaranması və ya su çəninin məxsus mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1357,0 manat məbləğində müəyyən olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə təkrar məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7909 nömrəli, 19 mart 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyeklərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq olunan 36 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 nömrəli mənzilinə, binanın dam örtüyünə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 36 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərinə baxış keçirilən zaman su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çəninin boru xətlərində qəza yaranması və ya su çəninin məxsus mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1357,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 2 ünvanına həmin binanın dam örtüyündə yerləşən və Cavabdeh məxsus olan su çənindən su axıdılmış, nəticədə həmin mənzilə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən 1216 nömrəli, 14 dekabr 2022-ci il tarixli akt tərtib olunmuşdur. Mübahisənin hərtərəfli araşdırılması və həll edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1716 nömrəli, 17 iyul 2023-cü il tarixli rəyinə əsasən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq olunan 36 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 nömrəli mənzilinə, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 36 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərinə baxış keçirilən zaman su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin, su sızma hallarının başvermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çəninin boru xətlərində qəza yaranması və ya su çəninin məxsus mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1357,0 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra Cavabdeh vəsatət verərək, təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/7909 nömrəli, 19 mart 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyeklərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakmiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq olunan 36 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 nömrəli mənzilinə, binanın dam örtüyünə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 36 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çənlərinə baxış keçirilən zaman su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış və 36 saylı mənzilin üzərində yerləşən su çəninin boru xətlərində qəza yaranması və ya su çəninin məxsus mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1357,0 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh ona məxsus su çənini tikinti-şəhərsalma qaydalarına uyğun olaraq quraşdırmamış, su çənindən suyun axmasına əhəmiyyət verməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı iddia tələbinin qanuni əsasını delik təşkil etdiyindən bununla bağlı Mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının yuxarıda qeyd edilən rəyləri ilə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli binanın 36 saylı mənzilinin damında cavabdehə məxsus olan su çəninin həmin rəydə qeyd edilən qaydalara uyğun aparılmadan quraşdırıldığı təsdiq olunmuşdur. Eləcə də qeyd edilən rəylərlə bərabər, Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 1216 nömrəli, 14 dekabr 2022-ci il tarixli aktla Gəncə şəhəri, Şahlar Hüseynov, bina 9, mənzil 36-da yaşayan İddiaçı məxsus mənzilə həmin binanın 25 saylı mənzilində yaşayan Cavabdeh məxsus olan su çənindən su tökülməsi nəticəsində 1357 manat məbləğində ziyan dəyməsi təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilin dam örtüyündə cavabdeh tərəfindən qanunsuz olaraq su çəni quraşdırıldığından və ona maddi ziyan vurduğundan iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın vurulmuş maddi zərərlə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın məbləğini 2000 (iki min) manat məbləğində göstərsə də, həmin məbləğdə maddi ziyan dəyməsinə dair iddiaçı məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə dəyən maddi ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1716 nömrəli, 17 iyul 2023-cü il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7909 nömrəli, 19 mart 2024-cü il tarixli ekspert rəylərində göstərilən həddə, yəni 1357,0 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçı öz mənzilindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilin dam örtüyündə cavabdehə məxsus olan və onun tərəfindən quraşdırılmış su çəni sökülməli və Cavabdeh vurulmuş maddi ziyana görə 1357 (bir min üç yüz əlli yeddi) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 33,57 (otuz üç manat əlli yeddi qəpik) manatı Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin dam örtüyündə Cavabdeh məxsus olan və onun tərəfindən quraşdırılmış su çəni sökülsün. Cavabdeh vurulmuş maddi ziyana görə 1357 (bir min üç yüz əlli yeddi) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 33,57 (otuz üç manat əlli yeddi qəpik) manatı tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissəsində təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-62/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-62/2024
03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver