Məhkəmə qərarları › İş №2(125)-62/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-62/2025

24.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-62/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə atılmış zibil tullantılarının cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə atılmış zibil tullantılarının cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin onun torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması, cavabdeh tərəfindən onun torpaq sahəsinə tökülmüş zir-zibil tullantılarının cavabdehin hesabına təmizlənməsinə (götürülməsinə), torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli 02 saylı protokolundan çıxarış qərarına əsasən Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün 400,0 kv.metr torpaq sahəsi ona məxsusdur. Bu barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü X4 kitabında xx.xx.2013-cü il tarixdə A№ 418311, 2816 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər Şöbəsi tərəfindən təsdiqlənmişdir. Həmin torpağı aldığı zaman ətrafda çox az tikili evlər olmuşdur. 2013-cü ildə mütəmadi olaraq torpaq sahəsinə baş çəkirmiş və hər hansı bir problemlə üzləşməmişdir. Daha sonra xeyli müddət işləri ilə əlaqədar olaraq torpaq sahəsinə baş çəkməmişdir. Təxminən 2022-ci ilin yay aylarında torpaq sahəsinə qızı Nümayəndə baş çəkdiyi zaman dəhşətli bir mənzərə ilə rastlaşmışdır. Torpaq sahəsində “10 Kamaz” zibil tullantılarının olduğunu görmüşdür. Ərazi sahə müvəkkilinin və qonşuların köməkliyi ilə araşdırmadan sonra ona məlum olmuşdur ki, onun torpaq sahəsindən iki ev aralıda yaşayan qonşu Cavabdeh özünün həyətinə və həyətyanı sahəsinə yol açmaq məqsədi ilə, bütün ərazidə yerləşən evlərin tikintisindən qalmış zir-zibilləri, tullantıları onun torpaq sahəsinə doldurtmuş, hətta torpaq sahəsinə ev tikdirmək üçün töktürdüyü himə, artıq qalmış qum, kubik və s. inşaat materiallarına məhəl qoymamışdır. Bütün zibil tullantılarını traktorla ona məxsus torpaq sahəsinə doldurtdurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri və özbaşınalığı ilə bağlı ərazi sahə müvəkkilinə öz iradını bildirmişdir. Lakin hər hansı bir nəticə olmamışdır. Bu səbəbdən qızı Cavabdeh yaşadığı evə getmişdir. Həmin vaxt Cavabdeh evdə olmadığı üçün onun anası qapını açmışdır. Qızı Cavabdeh anasına öz iradını bildirmiş və qonşu olduqlarını, nəyə görə Cavabdeh bütün ərazidə olan zir-zibilin onun torpaq sahəsinə doldurtduğunu bildirmişdir. Cavabdeh anası ona kobud surətdə “nə etməliyik, özümüzə yol açdıq” demişdir. Bir nəticə olmadığından xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq qonşu Cavabdeh qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Onların izahatları alınmış, lakin hər hansı bir müsbət nəticə olmamışdır. Bu səbəbdən məcbur olub traktor gətizdirmiş, öz torpaq sahəsini zir-zibildən təmizlətdirmək istəmişdir. Torpaq sahəsi zirzibildən təmizləmək, əvvəlki vəziyyətinə gətirmək istəyərkən Cavabdeh və onunla əlbir olan yan qonşusu onunla mübahisə etməyə, onu təhqir etməyə, üzərinə hücum edərək, qadına, insanlığa yaraşmayan küçə söyüşləri ilə qızını təhqir etmişlər. Cavabdeh qızının saçından tutaraq, boğaz, boyun, üz nahiyələrinə xəsarət yetirmiş, paltarlarını cırmışdır. Qızı Cavabdeh öz qanunsuz əməllərinə son qoymasını, traktorla zibilləri ona məxsus torpaqdan təmizləmək istədiyini bildirsə də, Cavabdeh öz qanunsuz və əxlaqsız hərəkətlərini davam etdirərək qızını küçə söyüşləri ilə təhqir etməyə və ona qarşı hücum etməyini davam etdirmiş və torpaq sahəndən zibilləri təmizlətdirməyə maneçilik törətmişdir. Hal-hazırda da Cavabdeh onun mülkiyyətində olan torpaq sahəmə tökdürdüyü zirzibillər torpaq sahəsindədir. Bir ildən çoxdur ki, torpağını satıb, faizlə götürdüyü borclarını qaytarmaq istəsə də, Cavabdeh özünün torpaq sahəsinə yol açmaq məqsədilə onun torpaq sahəsinə tökdürdüyü zir-zibilə görə ona məxsus torpağı sata bilmir. Cavabdeh onun torpaq sahəsinə doldurtduğu zirzibilin daşınmasına görə təxminən 1000 manat pul lazımdır. Cavabdeh ona məxsus torpaq sahəsinə özbaşına və qanunsuz olaraq zir-zibilin tökməsi nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsini zir-zibildən azad etməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun torpaq sahəsinə özbaşına və qanunsuz tökdürtdüyü zir-zibilləri təmizlətdirməli və həmin zir-zibilləri götürməlidir. Odur ki, cavabdehin onun torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmasına, cavabdeh tərəfindən onun torpaq sahəsinə tökülmüş zir-zibil tullantılarının cavabdehin hesabına təmizlənməsinə, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh evindən 2 ev aralıqda yerləşir. Cavabdeh özünün həyətinə və həyətyanı torpaq sahəsinə yol açmaq məqsədi ilə ərazidə yerləşən tikintidən qalmış zir-zibilləri, tullantıları onun anasına məxsus torpaq sahəsinə tökmüşdür. Dəfələrlə cavabdehə mövcud vəziyyəti izah etməyi çalışsalar da, cavabdeh öz əməllərinə davam etmiş və onlara “Zibili mən tökmüşəm, yaxşı etmişəm”- demiş və həmin zir-zibilləri iddiaçıya məxsus torpaq sahəsindən götürməyə razılaşmamışdır. Cavabdehin bu özbaşınalıqları və qanunsuz hərəkətləri anasının mülkiyyət hüququnu pozur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; A № 418311 nömrəli Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolundan çıxarış qərarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 400 kvadratmetr torpaq sahəsi İddiaçı bağ evi tikmək üçün verilmişdir. X4 Kitabında xx.xx.2013-cü il tarixdə 2816 nömrə ilə uçota alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokol qərarından çıxarışa əsasən Avtozavod qəsəbəsi ərazisində bağ evi tikmək üçün İddiaçı verilmiş 400.0 kvadratmetr torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla İddiaçı istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə də İddiaçı istifadəsində olan 400.0 kvadratmetr torpaqn sahəsi üçün “torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi etiraz etmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2024-cü il tarixli, 3-14-49/2-C-17-3\/2024 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma ilə əlaqədar idarə əməkdaşları tərəfindən müraciətdə qeyd olunan əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə xeyli miqdarda məişət tullantılarının qalaqlandığı müəyyən edilmişdir. Müraciətlə bağlı halhazırda məhkəmə araşdırılması aparıldığından qanunvericiliyin tələblərinə əsasən qeyd olunan məsələnin icra strukturları tərəfindən araşdırılması məqsədəmüvafiq hesab edilmir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-579/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli, 10/7207 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası rəyindən görünür ki, İddiaçı naturada təqdim etdiyi torpaq sahəsi 393.0 kvadratmetr təşkil edir. Həmin 393.0 kvadratmetr torpaq sahəsi Azərbaycan Respublikası Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi TEKUİS və AzCAD məlumatlarına istinadən Bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsindən faktiki istifadə edə bilmədiyini bildirdi. Həmin 393.0 kvadratmetr torpaq sahəsi üzərində, atılmış zibil tullantıları mövcuddur. Gəncə şəhər İHBnin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolundan çıxarış qərarı ilə İddiaçı bağ evi tikmək üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-418311 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 400.0 kvadratmetr torpaq sahəsi, elektron kadastr baza və sistemində NECAS qeyd olunmamışdır. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsinin 66.0 kvadratmetr hissəsi, elektron kadastr baza sistemində NECAS kadastr **********2541 nömrəsi olan torpaq sahəsi ilə, 75.0 kvadratmetr hissəsi isə kadastr **********2542 nömrəsi olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-33/2-14059/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində İddiaçı bildirilmişdir ki, **********2515 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Farforist bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə tam təhvil verilmədiyi, həmçinin, iddia olunan torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 saylı Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsinin ləğv edilməsi barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə atılmış zibil tullantılarının cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia qaldıraraq Cavabdeh onun torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması, Cavabdeh tərəfindən onun torpaq sahəsinə tökülmüş zir-zibil tullantılarının Cavabdeh hesabına təmizlənməsinə (götürülməsinə), torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia qaldırmışdır. İddiaçı tərəf bildirir ki, cavabdehə dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını bildirsələr də, cavabdeh buna məhəl qoymamışdır. Mübahisənin düzgün və hərtərəfli araşdırılması məqsədi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-579/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən 23 oktyabr 2024-cü il tarixli, 10/7207 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası rəyinə əsasən İddiaçı naturada təqdim etdiyi torpaq sahəsi 393.0 kvadratmetr təşkil edir. Həmin 393.0 kvadratmetr torpaq sahəsi Azərbaycan Respublikası Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi TEKUİS və AzCAD məlumatlarına istinadən Bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsindən faktiki istifadə edə bilmədiyini bildirdi. Həmin 393.0 kvadratmetr torpaq sahəsi üzərində, atılmış zibil tullantıları mövcuddur. Gəncə şəhər İHBnin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolundan çıxarış qərarı ilə İddiaçı bağ evi tikmək üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-418311 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 400.0 kvadratmetr torpaq sahəsi, elektron kadastr baza və sistemində NECAS qeyd olunmamışdır. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsinin 66.0 kvadratmetr hissəsi, elektron kadastr baza sistemində NECAS kadastr **********2541 nömrəsi olan torpaq sahəsi ilə, 75.0 kvadratmetr hissəsi isə kadastr **********2542 nömrəsi olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüquqlarının pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını A № 418311 nömrəli Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolundan çıxarış qərarı ilə ona bağ evi tikmək üçün verilmiş Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 400 kvadratmetr torpaq sahəsi ilə əsaslandırsa da, mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş və rəyə əsasən İddiaçı naturada təqdim etdiyi torpaq sahəsi 393.0 kvadratmetr təşkil edir. Həmin 393.0 kvadratmetr torpaq sahəsi Azərbaycan Respublikası Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi TEKUİS və AzCAD məlumatlarına istinadən Bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsindən faktiki istifadə edə bilmədiyini bildirdi. Həmin 393.0 kvadratmetr torpaq sahəsi üzərində, atılmış zibil tullantıları mövcuddur. Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolundan çıxarış qərarı ilə İddiaçı bağ evi tikmək üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-418311 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 400.0 kvadratmetr torpaq sahəsi, elektron kadastr baza və sistemində NECAS qeyd olunmamışdır. İddiaçı naturada təqdim etdiyi 393.0 kvadratmetr torpaq sahəsinin 66.0 kvadratmetr hissəsi, elektron kadastr baza sistemində NECAS kadastr **********2541 nömrəsi olan torpaq sahəsi ilə, 75.0 kvadratmetr hissəsi isə kadastr **********2542 nömrəsi olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-33/2- 14059/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə **********2515 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı, aparılan araşdırma zamanı Farforist bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə tam təhvil verilmədiyi, həmçinin, iddia olunan torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bununla da müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Başqa sözlə, cavabdeh tərəfindən zir-zibil və tullantılar atılan torpaq sahəsi, nə İddiaçı, nə də Cavabdeh məxsus olmayıb, onların mülkiyyətində deyildir. Tullantıların töküldüyü sahə bələdiyyə mülkiyyətindədir. Ona görə də iddiaçının hazırki iddiası təmin edilə bilməz. İddiaçının torpaq sahəsinin planı və ölçüsü haqqında təqdim etdiyi sənəddə qeyd olunan torpaq sahəsi faktiki olaraq həmin sahəyə aid olmayıb başqa şəxslərin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1.-ci maddəsinin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə atılmış zibil tullantılarının cavabdehin hesabına götürülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə atılmış zibil tullantılarının cavabdehin hesabına götürülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar