Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6215/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş 600 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dəymiş 600 manat zərərin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin avqust ayından Yeni ünvan 1-də yaşayır. Yaşadığı dövrlərdə üst qonşusu, yəni 56V, mənzil 3-dən yaşadığı mənzilin hamam-tualeti yerləşən dəhlizinə və həmin dəhlizin çıxdığı arxa eyvana su tökülmüş, nəticədə tavan, eyvanın divarı və elektrik naqilləri bərbad hala düşmüş, qısa qapanmalar baş vermişdir. Hər dəfə də mənzil 3-də yaşayan Cavabdeh bu barədə xəbərdarlıqlar etmiş, o isə krantın yadından çıxaraq açıq qaldığını bildirmişdir. Təkrar su töküləndə yenə ona xəbərdarlıq etmiş, lakin o, suyun onun mənzilindən tökülmədiyini bildirmişdir. Sonuncu dəfə su töküləndə məcbur qalıb DİN-in 102 qaynar xəttinə və Gəncə şəhər MKTİB-in 4 saylı xidmət sahəsinə məlumat vermiş, aidiyyəti üzrə mənzilinə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul edərək, şəkər xəstəsi olduğuna görə yadından çıxdığını, həmçinin evdə nəvələri balaca olduqlarından krantı açıq qoyduqlarına görə iddiaçıya ziyanlıq verdiyini, dönə-dönə üzr istədiyini göstərmiş, xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında isə iddia tələbini qəbul etməyərək, 87-ci ildən bəri su töküldüyünü, onun evinin də bərbad vəziyyətdə olduğunu, iddiaçıya məxsus mənzilə su axıtmadığını, 363 manat pensiya aldığından neçə il çəksə də, hər ay 10 manat olmaqla dəymiş zərəri ödəyə biləcəyini göstərmişdir. Mülki iş materiallarında olan:- xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-05101-093002 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 56V, 1 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam hissədə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Yeni ünvan 1 ünvanına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilin hamam-tualeti yerləşən dəhlizinə və həmin dəhlizin çıxdığı arxa eyvana üstdə yerləşən qonşu mənzildən- bina 56V, mənzil 3-dən su axıdılmış, su axıdılmasının nəticəsində dəhlizin və eyvanın tavan və divar hissələrinə ziyan dəymişdir. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, CVN/Y 51-051/26 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Rəfi-ZadəAlmaz Mikayıl qızına məxsus olan 1 saylı mənzilə dəymiş ziyanın məbləği (görülməli işlərin və istifadə edilməli materialların dəyəri) 583 manat müəyyən edilmişdir. Qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 150 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə suyun axıdılması və iddiaçıya zərər dəyməsi iş üzrə araşdırılmış sübutlarla və tərəflərin izahatları ilə tam sübuta yetirilmişdir. Həmin zərərin məbləği mütəxəssis rəyi ilə 583 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 583 manat alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu və mütəxəssis rəyi üzrə ödənilmiş 150 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabeh Cavabdeh 583 (beş yüz səksən üç) manat, dövlət rüsumunun əvəzi olaraq 30 manat və mütəxəssis rəyi üzrə ödənilmiş 150 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6215/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6215/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver