Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-627/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1345(bir min üç yüz qırx beş) manat pulun və ödənilmiş 34(otuz dörd) manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavandeh Cavabdeh arasında 12.04 2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinə 1345 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixdən, tam olaraq OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir ödəniş həyata keçirməmişdir. Maliyyə arayışından göründüyü kimi 1345 manat qalıq borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Odur ki, OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1345(bir min üç yüz qırx beş) manat pul vəsaitinin və ödənilmiş 34(otuz dörd) manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə elektron ərizə ünvanlayaraq, bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu ildə işdən azad edilmişdir və ona son haqq hesab olaraq 2.72 AZN ödənilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci ildə əmək haqqı almışdır və həmin vaxtdan yoxlama ilə əlaqədar kənarlaşmaya alınmış, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, həqiqətən Oba market Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında 12.04 2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh Oba market Məhdud Məsuliyyətli Cəmiyyətinə 1345 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixdən, tam olaraq Oba market Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan işdən çıxarkən həmin borc onun son haqq-hesabı ilə əvəz edilmişdir. Odur ki, iddia tələbini qəbul etmir və iddi tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3873 manat çatışmazlıq müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh ilə Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə ilə Şirkətə olan borcunu qəbul edərəlk, həmin borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin Borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən Cavabdeh 1345 manat məbləğində borc yaranmışdır. İş materiallarda olan Oba Market MMC-nin xəbərdarlıq məktubundan görünür ki, OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyiniz dövrdə fəaliyyəti yoxlanılmış və 1345 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də «X4» MMC ilə bağlanmış maddi məsuliyyət müqaviləsinə əsasən (işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır) hazırda faktiki qalıq borcu 1313 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavandeh Cavabdeh arasında 12.04 2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinə 1345 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixdən, aylıq 269.05 manat olmaqla OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191 -ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 34(otuz dörd) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1345(bir min üç yüz qırx beş) manat maddi zərər və ödənilmiş 34(otuz dörd) manat dövlət rüsumu tutularaq iddiaçı OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1345(bir min üç yüz qırx beş) manat pul və 34(otuz dörd) manat dövlət rüsumu alınıb iddiaçı OBA MARKET Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-627/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-627/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver