Məhkəmə qərarları › İş №2(125)-6425/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6425/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6425/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus avtomobili söküb istismara yararsız vəziyyətə saldığına görə 2500 manat zərərin və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən ona məxsus avtomobilin alınıb ona verilməsi, ondan isə 1000 manat məbləğində pulun alınıb cavabdehə verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Gəncə şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin axtarış üzrə inspektoru X1, şahidlərin və qonşuların həmçinin savabdehin atası Mirzəyev Faiqin iştirakı ilə ona məxsus avtomobilin sökülmüş halda, istismara yararsız olması müəyyən edilərək ona təhvil verilmişdir. Avtomobilin təkərləri sökülmüş, qabaq alın şüşəsi, qapının aynaları çıxarılmış, arxa aynası, akymlyator, işıq sistemi, gözlə görünün mühərrikdən başqa nə varsa bütün avadanlıqlar sökülmüş halda daş kubikin üzərinə qoyulmuşdur.Dörd təkər alıb saldıqdan sonra evakuator vasitəsi ilə avtomaşın aparılmışdır. İcra məmurlarının iştirakı ilə xx.xx.2023-cü ildə akt tərtib edilərək bir surəti ona verilmişdir. Mütəxəssis rəyinə əsasən avtomobilə dəyən zərərin həcmi 2500 manat müəyyən olunmuşdur. İcra məmuru və şahidlərin iştirakı ilə tərtib edilən aktdan göründüyü kimi aitomobilin istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, dəfələrlə ona dəymiş zərəri tələb etsə də cavabdeh bundan boyun qaçırmışdır. Ona görə də cavabdeh ona vurduğu zərərə görə təqsirkar olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh «VAZ-063» markalı, 21BF943 dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, iddiaçıya məxsus avtomobil cavabdehdən alınıb iddiaçıya təhvil verilərkən istismara yararsız olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, iddiaçının iddia etdiyi avtomobil ona təhvil verilərkən sökülmüş vəziyyətdə olmuşdur. İşdə olan Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, «VAZ-063» markalı, 21BF943 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus «VAZ-063» markalı, 21BF943 qeydiyyat nömrə nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq təmir bərpa xərclərinə görə 2160 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 41,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2160 (iki min yüz altmış) manat pul və 41,60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar