Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-644/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 1493.99 ABŞ dolları əsas, 2389.40 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 706.35 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 4589.74 ABŞ dolları borcun və 98.03 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 4589.74 ABŞ dolları borcun və 98.03 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki 20-CZ674 dövlət qeydiyyat nişanlı, 9300-ci il buraxılışlı, gümüşü metallik rəngli “Mercedes Benz” VİTO minik markalı (ban: VSA**********6069) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) Gəncə filialından illik 28 faizlə 24 ay müddətinə 9300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 10 iyul 2012-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki **-CZ-*** dövlət qeydiyyat nişanlı, 9300-ci il buraxılışlı, gümüşü metallik rəngli cMercedes Benz VİTO minikə markalı (ban: VSA**********6069) avtomobilə dair 10 iyul 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, yüklülük dövlət qeydiyyatına alınmışdır. 10 iyul 2012-ci tarixli kredit müqaviləsinin 9.2-ci bəndinə görə, Borcalan üzərinə düşan öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1.0 faizi miqdarıda dəbbə pulu ödəməlidir. 2022-ci il oktyabr ayının 07-dək Cavabdeh1 10 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 1493.99 ABŞ dolları əsas, 9557.6 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 706.35 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 11757.94 ABŞ dolları borcu vardır. Cavabdeh1 10 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 9557.6 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləğinin 25 faizi miqdarında olmaqla, yəni 2389.40 ABŞ dolları məbləğində tələb olunur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 1493.99 ABŞ dolları əsas, 2389.40 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 706.35 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 4589.74 ABŞ dolları borcun və 98.03 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 4589.74 ABŞ dolları borcun və 98.03 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki 20-CZ674 dövlət qeydiyyat nişanlı, 9300-ci il buraxılışlı, gümüşü metallik rəngli “Mercedes Benz” VİTO minik markalı (ban: VSA**********6069) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyər izahatında göstərmişdir ki, həqiqətən 10 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASCnin (hazırkı İddiaçı ASC) Gəncə filialından illik 28 faizlə 24 ay müddətinə 9300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 10 iyul 2012-ci il tarixli Zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Həmin müddətdə bank pulunu tələb etməmiş və müddəti buraxmışdır.Odur ki, iddia müddətini tətbiq etməklə iddi tələbinin ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı istehlak kredit müqaviləsindən görünür ki, istehlak məqsədilə Bank cavabdehə illik 28 faizlə 24 ay müddətinə 9300 ABŞ dolları kredit verməyi, cavabdeh isə həmin krediti və həmin məbləğə hesablanmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı istehlak krediti müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər ümumilikdə 12246 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M- 1-0-1282-12 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsinin icrasına zamin durmuşdur. İşdə xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə ipoteka saxlayan "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı avtomobil ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 1750 manat qiymətləndirilmişdir. İşdə olan nəqliyyat vasitəsinin Qeydiyyat vəsiqəsindən görünürki, buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı avtomobil Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli 048294 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ipoteka saxlayan "xxxx" İKB ASC-nin yüklülüyü qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı Bank borclu Cavabdeh1 kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı Bank ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DİN Baş Dövlət Yol Polisi İdarəsindən xahiş etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi üzrə 1493.99 ABŞ dolları əsas, 9557.6 ABŞ dolları cərimə və əldən çıxmış fayda 706.35 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 11757.94 ABŞ dolları borcu vardır. İşdə olan "xxxx" İKB ASC-yə aid xəzinə məxaric orderindən görünür ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 bankdan 9300 ABŞ dolları məbləğində pulu aldığını imzasıyla təsdiq etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 98.03 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı Bankla xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 9300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə ipoteka saxlayan "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı avtomobil ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 1750 manat qiymətləndirilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında razılaşdırılmış qaydada kredit hesabı üzrə qrafik müəyyən edilmişdir. Cavabdehlər üzərlərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı Banka xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi üzrə 1493.99 ABŞ dolları əsas, 2389.40 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 706.35 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 4589.74 ABŞ dolları hesablanmışdır. İddiaçı Bank tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdehlər həmin borcu ödəməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı Bank öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bankla Cavabdeh1 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi də xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı deyildir. Həmin müddət özündə kəsici müddəti ehtiva edir. Göründüyü kimi iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir ki, bu da, zaminə qarşı mübahisə açmaq hüququnun itirilməsini ehtiva edir. Məhkəmə iddia tələbinin ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki 20- CZ674 dövlət qeydiyyat nişanlı, 9300-ci il buraxılışlı, gümüşü metallik rəngli “Mercedes Benz” VİTO minik markalı (ban: VSA**********6069) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün müqavilə üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ipoteka müqaviləsində qiyməti 1750 (bir min yeddi yüz əlli) manat qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı və ipoteka predmetinin ilkin satış qiyməti ipoteka 1750 (bir min yeddi yüz əlli) manat müəyyənləşdirilməlidir. İş materiallarında olan elekron portaldan çıxarışdan görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC yə olan 3878.44 ABŞ dolları borcuna 01 mart 2019-cu il tarixinə kompensasiya hesablanmış, qalıq borc 3461.15 manat təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli və iddiaçı Yelo Bank ASC-nin xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi saylı kredit müqaviləsi üzrə 2539.79 manat borcun cavabdehdən tutulması, Cavabdeh1 mülkiyyətində olan buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və borcun avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 32 manatı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 180-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1282-12 saylı kredit müqaviləsi üzrə 2539.79 (iki min beş yüz otuz doqquz) manat alınıb İddiaçı ASC-yə verilsin. Cavabdeh1 mülkiyyətində olan buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və borc avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilsin. Cavabdeh1 mülkiyyətində olan buraxılış ili 2000-ci il, ban nömrəsi VSA**********6069 olan qara-göy metallik rəngli “Mercedes Benz” Vito markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 1750 manat müəyyən edilsin. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulsun. Cavabdehdən 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-644/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-644/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver