Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6484/2025 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair (Açar söz: borcun qaytarılması) X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh borc olaraq verdiyi 1500 (bir min beş yüz) manat məbləğində pulun, hüquqi xidmətə görə 50 (əlli) manat və dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddia tələbinin dəqiqləşdirilməsi: Bundan sonra iddiaçı məhkəmə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh borc vermiş olduğu 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İİİ. İddia ərizəsinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xeyli müddətdir tanıyır. Hətta dəfələrlə bir yerdə oturub çörək kəsmişlər. Bildirir ki, Cavabdeh bu ilin sentyabr ayında ona bildirmişdir ki, o, kriptovalyutanın (Bitcoin) alış-satışı ilə məşğul olur. Hal-hazırda alış-satış zamanı böyük məbləğ qazandığını və həmin məbləği çıxarmaq üçün öncədən əlavə dəyər vergisi (ƏDV) ödəməli olduğunu bildirdi. Bunun üçün ondan bir həftəlik 1.500 manat məbləğində borc pul verməsini xahiş etdi. O, isə cavabdehin səmimiyyətinə inanaraq, 17 sentyabr 2025-ci ildə ona 1500 (bir min beş yüz) manat məbləğində bir həftəyə qaytarmaq şərti ilə borc pul vermişdir. Hətta Cavabdeh pulu ondan alan zaman aldığı borcdan əlavə 500 manat artıq verəcəyini bildirsə də, o, cavabdehə etiraz edərək ayıb olduğunu və bir yerdə çörək kəsdiklərini demişlər. Bundan sonra o, Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində ona olan borcunu qaytarmasına dair dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq, onun tərəfindən dolayısı yollarla imtina edilmişdir. O, mütəmadi olaraq onunla üz-üzə və ona məxsus olan (əlaqə telefonu ***-***-**-**, 055-4641-21-26) mobil nömrələri ilə əlaqə quraraq tərəfindən borc olaraq verdiyi 1.500 (min beş yüz) manat məbləğində pulun qaytarmasını tələb etsə də, hər dəfə ona olan borcunu olduğu kimi etiraf edərək, gündə bir vaxt təyin edib qaytaracağını bildirir. Lakin, cavabdeh hər dəfə verdiyi vədlərə əməl etməkdən boyun qaçıraraq, ona olan borcunu qaytarmaqdan dolayısı yolla imtina edir və onu süründürməçiliyə məruz qoyur. Beləliklə Cavabdeh ona hal-hazırda 1.500 (bir min beş yüz) manat məbləğində borcu yaranmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İV. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdehlə uzun müddətdir ki, tanışlığı vardır. 2025-ci ilin sentyabr ayında cavabdeh ona 1500 manat pula ehtiyacı olduğunu bildirmiş, o da öz növbəsində aralarında olan səmimiyyətə güvənərək cavabdehə hissəhissə olmaqla 10 gün müddətində cəmi 1500 manat borc vermişdir. Belə ki, 800 manat məbləği əlbəəl vermiş, qalan 700 manatı isə cavabdehin kart hesabına göndərmişdir. Cavabdeh borc aldığı pulu bir neçə günə qaytaracağını demişdir. Həmçinin cavabdeh ona borc aldığı puldan əlavə də pul verəcəyini bildirmiş, lakin o, razılaşmayaraq elə borc aldığı pulu qaytarmasını istəmişdir. Cavabdeh vədinə əməl etməmiş, borc aldığı məbləği qaytarmamış və o, aralarındakı məsələnin çətin həll olunacağını görərək məhkəməyə müraciət etməyə qərar vermişdir. Qeyd edilənlərin nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 yanvar 2026-cı il tarixli, 5-1-1/2-70/2026 nömrəli məktubunda məhkəmə bildirişinin qardaşına çatdırıldığı bildirilmişdir. V. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - CD diskdəki səs yazılarından aydın olur ki, tərəflər arasında olan telefon zəngi zamanı Cavabdeh İddiaçı olan borcunun 1500 (bir min beş yüz) manat təşkil etdiyini etiraf edərək, tezliklə borcunu qaytaracağını bildirmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2025-ci ilin sentyabr ayında qaytarmaq şərti ilə 1500 manat məbləğində pul vermiş, cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, iddiaçıdan borc kimi aldığı ümumilikdə 1500 manat məbləğində borcunu qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 1500 manat məbləğində pulun verilməsi iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan CD diskdə əks olunmuş iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqları ilə sübut olunur. Belə ki, həmin səs yazısında cavabdeh iddiaçıya qaytarmalı olduğu pulun 1500 manat təşkil etdiyini etiraf etmişdir. Eyni zamanda cavabdeh, iddiaçıdan borc kimi aldığı 1500 manat məbləği iddiaçıya qaytarmasına dair sübutlarını da məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan və iddiaçının xahişi nəzərə alınmaqla məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu olmaqla, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6484/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6484/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver